Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3570/2025 28.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İdddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldığı sement məhsullarına görə 6902,24 AZN, geri qaytarmadığı taxta altlığa görə991.2 AZN pulun, borcun gecikdirilməsinə görə 10752,6 AZN cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 146 AZN pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, O000877723saylıalqı-satqı müqaviləsinə (bundan sonra “Müqavilə” adlanacaq) əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır,cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvilalmışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən Alıcımalın dəyərinimalıəldə etdiyi tarixdən 30 gün müddətində Satıcıya ödəməlidir. Müqavilənin 9.2-ci bəndində qeyd olunur ki, Alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavələrə əsasən taxta altlığın bir ədədinin dəyəri ƏDV ilə 28.32 AZN müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 6902,24 (altı min doqquz yüz iki manat iyirmi dörd qəpik ) AZN məbləğində olan hissəsini ödəməmişdir. Hər birinin dəyəri28,32 AZN, ümumi dəyəri991.2 (doqquz yüz doxsan bir manat iyirmi qəpik) AZN olan 35 ədəd taxta altlığı şirkətimizə geri qaytarmamışdır. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvilaldığımalların dəyərini ödəməmişdir. Müqavilənin 9.2-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 10752,6 (on min yeddi yüzəlli ikimanat altmış qəpik ) AZN təşkiledir. Cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərib borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyini bildirmişik. Cavabdehə pretenziya məktubu təqdim edilmişdir. Bundan başqa pretenziya məktubu xx.xx.2024cü il tarixində vergi portalı vasitəsilə cavabdehə göndərilmişdir. Müqavilənin 13.2-ci maddəsinə əsasən tərəflər razılaşırlar ki, tərəflər arasında mübahisələrə satıcının ( Holcim (Azərbaycan) ASC-nin ) hüquqi ünvanının yerləşdiyi yerin yurisdiksiyası üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılır.
3. Daha sonra iddiaçı iddia tələbinin həcmninin azaldılması barədə ərizə verərək, : Cavabdeh aldığı sement məhsullarına görə 6802,24 AZN, geri qaytarmadığı taxta altlığa görə 991.2 AZN pulun, borcun gecikdirilməsinə görə 10752,6 AZN cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 146 AZN pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 12 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.2-ci bəndinə əsasən malın qəbul məntəqəsi müqaviləyə edilən əlavələrdə və yük-nəqliyyat qaimələrində göstərilir. - 3.1-ci bəndinə əsasən mal və qiymətlər müqaviləyə edilən əlavələrdə göstərilir. - 4.1-ci bəndinə əsasən ödəniş Alıcı tərəfindən alınacaq hər Malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən Satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. - 4.3-cü bəndinə əsasən satıcı müqavilə dövrü ərzində tətbiq etdiyi kredit siyasətinə əsaslanaraq Alıcıya sonradan, ödəmə şərti ilə Mal buraxılışı həyata keçirə bilər. Bu barədə razılıq müqavilənin əlavəsinə daxil edilir və Alıcı qəbul etdiyi malın dəyərini qaimə-fakturanı və ya elektron qaimə-fakturanı qəbul etdiyi tarixdən 30 gün ərzində ödəməlidir. Elektron qaimə fakturanın Alıcıya göndərilməsi Alıcının malı qəbul etdiyi faktını təsdiq edir. Tərəflərfərqli ödəniş müddətini bu müqaviləyə edilən əlavələrdə tənzimləyirlər. Kredit siyasətinin şərtlərini Satıcı müəyyənləşdirir və dəyişdirir. Sonradan ödəmə şərti ilə mal buraxılışından yararlanmaq üçün X7 Qarantiya Məktubu və ya digər zəmanət sənədi tələb edə bilər. - 5.3-cü bəndinə əsasən malın daşınma xərcləri alıcı tərəfindən ödənilir. - 7.1-ci bəndinə əsasən hazırkı müqavilə xx.xx.2021-ci il tarixində qüvvəyə minir və 31 dekabr 2021-ci il tarixinədək qüvvədə olur. - 7.2-ci bəndinə əsasən hazırki müqavilənin qüvvədə olma müddəti bitməmişdən 15 iş günü əvvəl tərəflərdən biri müqaviləyə xitam verilməsinə dair digər tərəfə bildiriş göndərməzsə, müqavifə avtomatik olaraq 1 (bir) il müddətinə uzadılır. Avtomatik uzadılan dövr ərzində Alıcı Satıcı ilə heç bir əməliyyat aparmazsa müqaviləyə həmin ilin 31 dekabr tarixində xitam verilir. Hər bir halda, avtomatik uzadılma 3 (üç) dəfədən çox ola bilməz və bununla da, hazırki müqavilə ən çoxu 3 (üç) il müddətinə uzadıla bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi və ya müqaviləyə xitam verilməsi tərəfləri həmin ana qədər yaranmış öhdəliklərin icrasından azad etmir. - 9.2-ci bəndinə əsasən alıcı öz öhdəsinə götürür: Bu müqavilənin şərtlərinə uyğun olaraq Malı vaxtlı-vaxtında qəbul etmək və onun dəyərini vaxtında ödəmək. - Ödəniş bu müqavilədə və ya onun Əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcdan 0,1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəmək. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.
10. İddiaçı tərəfindən cavabdehə EBAW 428239 nömrəli xx.xx.2021-ci il tarixli 4392.09 manat, EBAW 428240 nömrəli xx.xx.2021-ci il tarixli 3960.15 manat, EBBL 077900 nömrəli xx.xx.2021-ci il tarixli 509.76 manat, EBBO 958628 nömrəli xx.xx.2021-ci il tarixli 509.76 manat məbləğində elektron qaimələr göndərilmişdir.
11. xx.xx.2021-ci il tarixli yol-nəqliyyat qaimələrinə əsasən “Holcim (Azərbaycan)” ASC tərəfindən göndərilmiş mallar (müvafiq olaraq yükün çəkisi 28.80 ton və 28.80 ton olan sement)və 18 ədəd altlıq alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. Təhvil-təslim aktları Cavabdeh tərəfindən də imzalanmışdır. V. Tətbiq edilən hüquq:
12. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
15. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
16. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilmiş qaimələrlə, qiymət razılaşdırma protokolları və təhvil-təslim aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
18. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 6802,24 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, cavabdehə məhkəmə iclasları barədə rəsmi məlumat verilsə də, müqavilə üzrə hər hansı ödənişlər edilməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh 6802,24 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
19. Bundan əlavə iddiaçı cavabdehin geri qaytarmadığı taxta altlığa görə 991.2 manat pulun tutulmasını xahiş etmişdir.
20. Belə ki. iş materiallarınaəalvə olunmuş xx.xx.2021-ci il tarixli yük-nəqliyyat qaiməsi ilə təsdiq olunur ki, cavabdeh tərəfindən 18 ədəd altlıq təhvil alınmışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, həmin hissədə də iddia tələbi əsaslı olduğundan təmin edilməli və 991.2 manatcavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 10752,6 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
23. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 340 manat dəbbə pulu tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 146 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
25. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 101 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6802.24 manat əsas borc, cavabdehin geri qaytarmadığı taxta altlığa görə 991.2 manat,340 manat dəbbə pulu və ödənilmiş 101 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova