Məhkəmə qərarları › İş №e-2-2(113)-3571/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3571/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3571/2022 24.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2.887,97 manat əsas borcun, 519,83 manat əlavə dəyər vergisi, 837,51 manat dəbbə pulu olmaqla ümumilikdə 4245,31 o cümlədən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin, 63 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Kiçik iddia üzrə sadələşdirilmiş qaydada ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, verilmiş tələbi təsdiq edən sənədlər iddiaçı tərəfindən təqdim olunmamışdır, belə ki, iddiaçı tərəfindən “AZEMİS” məhkəmə elektron sisteminə yüklənilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktı və qarşılıqlı hesablaşma aktını Cavabdeh MMC-nin direktoru imzalamamış və möhürlə təsdiq etməmişdir. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, 06 iyun 2022-ci il tarixli MŞB/6- 2945 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı MMC 60 manat məbləğində mediasiya xərci ödədiyindən və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edildiyindən məhkəməyə müraciət edərkən 2,45 manat (tələb – 4245,31 manat) məbləğində dövlət rüsumu ödəməlidir. Beləliklə, qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçı ərizəsində qeyd etdikləri ilə bağlı “AZEMİS” məhkəmə elektron sisteminə verilmiş tələbi təsdiq edən sənədləri əlavə etmədiyindən İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, Q Ə R A R A A L D İ M: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 63 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********** nömrəli, xx.xx.2022-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, mediasiya xərclərini ödəmiş tərəf həmin həcmdə dövlət rüsumunun ödənilməsindən azaddır. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar