Məhkəmə qərarları › İş №e-2-2(113)-3574/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3574/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3574/2024 12.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "X1 Taahhüt ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialına qarşı xx.xx.2019-cu il tarixli, POA Ref No ANL_MOT_PRC_30 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "X1 Taahhüt ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialına qarşı xx.xx.2019-cu il tarixli, POA Ref No ANL_MOT_PRC_30 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməyən 36.684,99 manat (ƏDV daxil) pulun, dövlət rüsumuna görə ödənilmiş 205 manat pulun, tərcümə xidmətlərinə görə ödənilmiş 124 manat pulun, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1000 manat pul olmaqla cəmi 38.013,99 manat pulun cavabdeh "X1 Taahhüt ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialından alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi (əlavə cavabdehin ("X1 Taahhüt ve Ticaret Anonim Şirketi") cəlb edilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilənləri nəzərə alaraq, müqavilə üzrə ödənilməyən 36.684,99 manat (ƏDV daxil) pulun, dövlət rüsumuna görə ödənilmiş 205 manat pulun, tərcümə xidmətlərinə görə ödənilmiş 124 manat pulun, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1000 manat pul olmaqla cəmi 38.013,99 manat pulun cavabdehlər "X1 Taahhüt ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı və "X1 Taahhüt ve Ticaret Anonim Şirketi"ndən alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMCnin cavabdeh "X1 Taahhüt ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialına qarşı xx.xx.2019-cu il tarixli, POA Ref No ANL_MOT_PRC_30 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iş üzrə "X1 Taahhüt ve Ticaret Anonim Şirketi"nin əlavə (başqa) cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında məhkəmədənkənar qaydada razılıq əldə olunduğuna görə işin baxılmamış saxlanılması və iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC iddia ərizəsinin qaytarılması haqqında vəsatət verdiyindən Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı MMC-nin cavabdeh "X1 Taahhüt ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialına və "X2 Taahhüt ve Ticaret Anonim Şirketi"nə qarşı xx.xx.2019cu il tarixli, POA Ref No ANL_MOT_PRC_30 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi qaytarılsın. İddia verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 205 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar