Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3575/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi, dəbbə pulu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 27.599 ABŞ dolları məhkəmə qətnaməsi tam icra olunduğu tarixə olan manatın dollara nisbətdə olan manat ekvalenti ilə məbləğində pulun, iddianın qaldırılması üçün ödənilmiş 230,76 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət haqqı kimi ödənilmiş 320 manat məbləğində pulun tutularaq, İddiaçı MMC-nin xeyrinə tutulması, Cavabdeh MMC-dən 27.599 ABŞ dolları pul məbləğinin xx.xx.2023cü il tarixdən etibarən hesablanmalı olan illik 5 faizinin tutularaq ödənildiyi günə qədər hesablanılmaqla İddiaçı MMC-nin xeyrinə tutulması, eyni zamanda xx.xx.2023-cü il tarixdən ödənilməmiş 27.599 ABŞ dolları pula görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinin 7.5 % olmasını əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (bundan sonra “Sifarişçi” adlanacaq) və İddiaçı MMC (bundan sonra “Daşıyıcı”) arasında xx.xx.2023-cü il tarixli, 077/2023 saylı Avtomobil Nəqliyyatı ilə X2 Təşkilatı haqqında” Müqavilə bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasənmüqavilənin ümumi məbləği 1.158.550,00 manat təşkil edir. Ödəmə günü, ödəniş Azərbaycan Milli Bankının valyutası ilə manat şəklində ödənilir. Həmin Müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli, 00519/2023 saylı “Xidmətin göstərilməsinə dair” Təhvil-təslim aktına əsasən göstərilən xidmətlərin dəyəri 145.000,00 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli, 00602/2023 saylı “Xidmətin göstərilməsinə dair” Təhvil-təslim aktına əsasən göstərilən xidmətlərin dəyəri 150.800 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Eyni zamanda, xx.xx.2023-cü il tarixli, 00659/2023 saylı “Xidmətin göstərilməsinə dair” Təhvil-təslim aktına əsasən göstərilən xidmətlərin dəyəri 368.300 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 10 avtonəqliyyat olmaqla sifariş həyata keçirilmiş və qalıq ödənilməyən borc məbləği ümumilikdə 29.000 ABŞ dolları təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 10 ədəd maşın olmaqla həyata keçirilmiş və qalıq ödənilməyən borc məbləği ümumilikdə 29.000 dollar təşkil etmişdir. xx.xx.2023cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 10 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 29.000 dollar təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 10 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 29.000 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 10 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 29.000 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 03 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 8700 dollar təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 03 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 8.700 dollar təşkil etmişdir. (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 03 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 8.700 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 02 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 5.800 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 03 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 8700 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 02 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 5.800 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 03 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 8700 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 01 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 2.900 dollar təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma DEMURAJ 12 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 1.200 dollar təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 03 maşının gözləmə məbləği ümumilikdə 600 dollar təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən park pulu məbləği 940 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən gözləmə məbləği ümumilikdə 300 dollar təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir(invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 04 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 11.600 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 04 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 11.600 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 04 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 11.600 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 01 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 2.900 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 04 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 11.600 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma 05 maşın olmaqla həyata keçirilmiş və borc məbləği ümumilikdə 14.500 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən daşıma gözləmə haqqı məbləği ümumilikdə 100 dollar təşkil etmişdir (invoys qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı invoysa əsasən 04 maşının gözləmə haqqı məbləği ümumilikdə 400 dollar təşkil etmişdir. (invoys qoşma olaraq əlavə edilir). Beləliklə, Cavabdeh MMC tərəfindən ödənilməli olan ümumi borc məbləği 676.340 dollar – 1.149.778,00 manat təşkil etmişdir. Cavabdeh tərəfindən ödənilən məbləğ isə ümumilikdə 648.741 dollar – 1.102.859,70 manat olmuşdur. Belə ki, ödənilən püllar barədə məlumat: xx.xx.2023-cü il tarixdə 145.000 dollar – 246.500 manat X3 vasitəsilə ödənilmişdir (qəbz qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixdə 11.765 dollar – 20.000 manat X3 vasitəsilə ödənilmişdir (qəbz qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixdə 139.035 dollar – 236.360 manat X3 vasitəsilə ödənilmişdir (qəbz qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixdə 235.294 dollar – 400.000,00 manat YapıKredi Bank vasitəsilə ödənilmişdir (qəbz qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixdə 58.824 dollar – 100.000 manat Yapı-Kredi Bank vasitəsilə ödənilmişdir (qəbz qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixdə 23.529 dollar – 40.000 manat YapıKredi Bank vasitəsilə ödənilmişdir (qəbz qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixdə 35.294 dollar – 60.000 manat Yapı-Kredi Bank vasitəsilə ödənilmişdir (qəbz qoşma olaraq əlavə edilir). Beləliklə, “Daşıyıcı” tərəfindən Müqavilələrdən yaranan bütün öhdəliklər tam şəkildə, vaxtı-vaxtında icra edilmiş və xx.xx.2023-cü il tarixli, 00519/2023 saylı, xx.xx.2023-cü il tarixli, 00602/2023 saylı və xx.xx.2023-cü il tarixli, 00659/2023 saylı “Xidmətin göstərilməsinə dair” Təhvil-təslim aktına əsasən göstərilən xidmətlərin dəyəri 145.000,00 dollar, 150.800,00 dollar və 368.300,00 dollar – cəmi 664.100 dollar və əlavə olaraq, maşınların gözləmə haqqı və digər xərclər də hesablandıqda, “Daşıyıcı”ya ödənilməli olan ümumi məbləğ 676.340 dollar təşkil etmişdir. “Sifarişçi” tərəfindən isə müvafiq ödənişlər tam şəkildə yerinə yetirilməmiş, ümumi borcdan - 676.340 dollar məbləğindən cəmi 648.741 dollar ödəniş həyata keçirilmiş, qalan 27.599 dollar isə hələ də “Daşıyıcı” ya ödənilməmişdir. Müqavilənin 4.3-cü bəndinə əsasən malların yüklənməsi sonunda, Daşıyıcı və Sifarişçi göstərilən xidmətlərlə bağlı təslimat-qəbul aktı imzalayır. Müqavilənin 4.4-cü bəndinə əsasən 15/20 gün ərzində həyata keçirilmiş daşınmalar üzrə tərəflər arasında imzalanmış təhvil-təslim aktlar ilə müəyyən olunmuş malların daşınma dəyəri, üzləşmə aktı imzalandığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq, bu müqavilədə göstərilən bank məlumatlarına əsasən, Daşıyıcının cari hesabına köçürülür. Müqavilənin 2.5-ci bəndinə əsasən Sifarişçi sənədləşdirmə işini, o cümlədən gömrük işlərinin rəsmiləşdirilməsinin yerinə yetirilməsini nəzərə alaraq, Ərizəyə əsasən nəqliyyat vasitəsinin veriləcəyi andan etibarən 48 saatdan gec olmayaraq, malların yüklənməsini və 48 saatdan gec olmayaraq malların boşaldılmasını təmin etməlidir. Müqavilənin 5.4-cü bəndinə əsasən Müştəri 2.5-ci bəndində nəzərdə tutulmuş və aşağıdakı hallarda və məbləğdə maliyyə məsuliyyəti daşıyır: 5.4.1. Yükləmədə olan nəqliyyat vasitəsi: · Birinci 2 (iki) sutka ödənişsiz; · 2 (iki) sutkadan çox – 100 (yüz) ABŞ dolları hər sutkaya görə; 5.4.2. Boşaldılmada olan nəqliyyat vasitəsi: · Birinci 3 (üç) sutka ödənişsiz; · 3 (üç) sutkadan çox – hər sutka üçün 100 Dolları. Belə ki, qeyd edilənlərdən göründüyü kimi, “Daşıyıcı” tərəfindən Müqavilələrdən yaranan bütün öhdəliklər tam şəkildə və vaxtı-vaxtında icra edilməsinə baxmayaraq, bunun müqabilində “Sifarişçi” tərəfindən müvafiq ödənişlər tam şəkildə yerinə yetirilməmiş, daşıma haqqının ödənilməsi gecikdirilmiş və hələ də icra edilməmişdir. Nəticədə, “Sifarişçi”nin ödənilməmiş borcu 27599 ABŞ dolları təşkil edir. Qeyd olunanlara və borcun ödənilməsi ilə bağlı “Sifarişçi”yə dəfələrlə - xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli pretenziyalarla müraciət edilməyinə baxmayaraq, yuxarıda qeyd olunan məbləğ hələ də ödənilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, 077/2023 saylı Avtomobil Nəqliyyatı ilə X2 Təşkilatı haqqında” Müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənməli olan borc 27.599 ABŞ dolları – (46918,30 manat), əlavə olaraq dövlət rüsumuna görə 230,76 manat və məhkəmədə hüquqlarımın müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 320 manat məbləğində müqavilə pulu təşkil edir. Beləliklə, Cavabdeh MMC-dən ödənilməmiş 27.599 ABŞ dolları - 46918,30 manat məbləğində pul, iddianın qaldırılması üçün ödənilmiş 230,76 manat məbləğində dövlət rüsumu və məhkəmədə hüquqların müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 320 manat məbləğində müqavilə pulu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd edilənlərlə əlaqədar xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə elektron qaydada, həmçinin xx.xx.2024-cü il tarixdə poçtla Cavabdeh MMC-yə pretenziya göndərilmişdir. Elektron qaydada qəbul olunub, lakin, xx.xx.2024-cü il tarixdə poçtla göndərilən pretenziya cavabdeh tərəfindən qəbul edilməyərək imtina edilmişdir, Bununla da, məhkəməyə müraciət edilməyinə zəruriyyət yaranmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ bugünkü tarixədək gecikdirilmiş və ödənilməmişdir. Bu səbəbdən, 27599 ABŞ dolları pul məbləğinin xx.xx.2023-cü il tarixdən etibarən hesablanmalı olan illik 5 faizinin tutularaq ödənildiyi günə qədər hesablanılmaqla cavabdeh tərəfindən İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Beləliklə, xx.xx.2023-cü il tarixdən 27599 ABŞ dolları məbləğində pula görə gecikdirilmiş vaxt üçün məhkəmə Qətnaməsi tam icra olunduğu tarixə olan Azərbaycan Respublikası Mərkəzi Bankınınbank uçot dərəcəsini əsas götürməklə icra şöbəsi tərəfindən hesablanaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə Qətnamə qəbul edilməsi məqsədə müvafiqdir. xx.xx.2024-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankıbank uçot dərəcəsini 7.5% müəyyən etmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək Cavabdeh MMC-dən ödənilməmiş 27.599 ABŞ dolları məhkəmə qətnaməsi tam icra olunduğu tarixə olan manatın dollara nisbətdə olan manat ekvalenti ilə məbləğində pulun, iddianın qaldırılması üçün ödənilmiş 230,76 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət haqqı kimi ödənilmiş 320 manat məbləğində pulun tutularaq, İddiaçı MMC-nin xeyrinə tutulması, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixdən ödənilməmiş 27.599 ABŞ dolları pula görə gecikdirilmiş vaxt üçün məhkəmə Qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinin 7.5 % olmasını əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq, yəni 2.070 ABŞ dolları pul məbləğinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 077/2023 saylı “Avtomobil Nəqliyyatı ilə Beynəlxalq Yük daşıması Təşkilatı haqqında” müqaviləyə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən Daşıyıcı, hazırkı Müqavilənin hissəsi hesab olunan Əlavə 1 ilə müəyyən olunmuş malların daşınması ilə bağlı sifarişlərdə göstərilən həcmdə və bu Müqavilənin ayrılmaz hissəsi olan 2 saylı Əlavəyə uyğun formada daşınma ərizəsinin (bundan sonra. "Ərizə" adlanacaq) şərtlərinə uyğun olan marşrut və müddətdə daşınması işini həyata keçirməyi və malların qəbul edilməsi üçün səlahiyyətli şəxsə (yük qəbul edənə) təhvil verməyi öz öhdəsinə götürür. Şifarişçi isə öz növbəsində malların göndərilməsini təmin etməyi, karqo qəbulunu və daşmma xidmətləri üzrə ödəniş etməyi qəbul edir. Ərizə, Sifarişçinin səlahiyyətli şəxsi tərəfindən imzalanmalı və möhürlənməlidir. Müştəri ərizədə yer alan məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişçii, malların yükləndiyi tarixdən qabaq 24 saatdan gec olmayaraq, mallann avtomobil nəqliyyatı vasitəsilə daşınması ilə bağlı ərizəni Daşıyıcıya təqdim etməlidir. Mallann təcili daşınması zəruridirsə, göstərilən müddət Tərəflərin razılığı ilə qısaldıla bilər. Mallann yükləndiyi tarixdən qabaq 12 saatdan gec olmayaraq, ərizəyə əlavələr edilə və dəy işdirilə bilər.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən ərizə qəbul edildikdən sonra. Daşıyıcı yerinə yetirilməsi mümkün olduğu təqdirdə, imzalanmış və möhür və ştampla təsdiqlənmiş şəkildə nəqliyyat vasitəsinin nömrəsini sürücü haqqında məlumatları Ərizədə qeyd edərək, ərizənin qəbul olunduğunu yazılı şəkildə Sifarişçiyə bildirir. Bu şəkildə təsdiqlənib elektron poçtla göndərilən ərizə hüquqi qüvvəyə malikdir.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi, ərizədə göstərilən yerdə və vaxtda malların daşınması üçün Daşıyıcını təmin etməlidir.
13. Müqavilənin 2.4-cü bəndinə əsasən sifarişçi, malın xüsusiyyətləri, daşınma şərtləri barədə məlumatların və sənədlərin, eləcə də bu müqavilə nəzdində Daşıyıcının öhdəliklərini icra etməsi üçün zəruri olan digər məlumatların vaxtında Daşıyıcıya verilməsini təmin etməlidir.
14. Müqavilənin 2.5-ci bəndiə əsasən sifarişçi sənədləşdirmə işini, o cümlədən gömrük işlərinin rəsmiləşdirilməsinin yerinə yetirilməsini nəzərə alaraq, Ərizəyə əsasən nəqliyyat vasitəsinin veriləcəyi andan etibarən 48 saatdan gec olmayaraq malların yüklənməsini və 48 saatdan gec olmayaraq malların boşaldılmasını təmin etməlidir.
15. Müqavilənin 3.4-cü bəndinə əsasən daşıyıcı daşınılacaq malları qəbul etməli, malların yüklənməsi, yerləşdirilməsi, təhlükəsizliyinə, malların qablaşdırılmasının bütövlüyünə nəzarət etməli, nəzarət ərzində aşkara çıxan pozuntular, eləcə də nəqıiyyat vasitəsinin ümumi çəkisinin artması barədə Sifarişçiyə məlumat verməlidir.
16. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş valyutası ABŞ dolları ilə hesablanır. Müqavilənin ümumi məbləği 1.158550.00 manat təşkil edir. Ödəmə günü, ödəniş Azərbaycan Milli Bankının valyutası ilə manat şəklində ödənilir.
17. Müqavilənin 4.2-ci bəndinə əsasən avans müqavilə məbləğinin 30%-i 347565.00 manat təşkil edir.
18. Müqavilənin 4.3-cü bəndinə əsasən malların yüklənməsi sonunda. Daşıyıcı və Sifarişçi göstərilən xidmətlərlə bağlı təslimat-qəbul aktı imzalayır.
19. Müqavilənin 4.4-cü bəndinə əsasən 15/20 gün ərzində həyata keçirilmiş daşınmalar üzrə tərəflər arasında imzalanmış təhvil-təslim aktlar ilə müəyyən olunmuş malların daşınma dəyəri, üzləşmə aktı imzalandığı tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq, bu müqavilədə göstərilən bank məlumatlarına əsasən, Daşıyıcının cari hesabına köçürülür.
20. Müqavilənin 4.5-ci bəndinə əsasən sifarişçi tərəfindən İcraçıya edilən bütün ödənişlərdən, avans istisna olmaqla, hər ödənişin 30% məbləğini Sifarişçi özündə saxlayır.
21. Müqavilənin 4.6-cı bəndinə əsasən malların daşınması ilə bağlı yaranan əlavə xərclər zamanı, Daşıyıcının çəkdiyi xərcləri təsdiqləyən sənədi təqdim etdikdə, Sifarişçi ayrı-ayrı verilmiş fakturalar əsasında bu xərcləri geri ödəyir.
22. Müqavilənin 5.1-ci bəndinə əsasən daşıyıcı aşağıdakı hallarda və məbləğdə maliyyə məsuliyyəti daşıyır:
23. Müqavilənin 5.1.1-ci bəndinə əsasn yükləmə tarixinə 12 saatdan az; vaxt qalmış sifarişin yerinə yetirilməsindən imtina edildikdə, 100 (yüz) ABŞ dolları;
24. Müqavilənin 5.1.2-ci bəndinə əsasn nəqliyyat vasitəsinin yükləmə üçün verilməsi gecikdirildikdə hər sutkaya görə 100 (y üz) ABŞ dolları, amma 2 (iki) sutkadan çox olmayaraq. Əgər nəqliyyat vasitəsi 2 (iki) sutka ərzində verilməzsə, sifariş ləğv edilir. Bununla əlaqədar olaraq Tərəflər bir-birinə heç bir irad bildirə bilməz.
25. Müqavilənin 5.4-cü bən dinə əsasən müştəri 2.5-ci bənddə nəzərdə ttulmuş və aşağıdakı hallarda və məbləğdə maliyyə məsuliyyəti daşıyır:
26. Müqavilənin 5.4.1-ci bəndinə əsasən yükləmədə olan nəqliyyat vasitəsi: - birinci 2 (iki) sutka ödənişsiz; - 2 (iki) sutkadan çox - 100 (yüz) ABŞ dolları hər sutkaya görə;
27. Müqavilənin 5.4.2-ci bəndinə əsasən boşaldılmada olan nəqliyyat vasitəsi: - birinci 3 (üç) sutka ödənişsiz; - 3 (üç) sutkadan çox hər sutka üçün 100 (yüz) Dollar. 28.xx.xx.2023-cü il tarixli 077/2023 saylı “Avtomobil Nəqliyyatı ilə Beynəlxalq Yük daşıması Təşkilatı haqqında” müqavilə 1 saylı əlavəyə əsasən yük daşıma qiyməti cəmi ******* manat müəyyən edilmişdir. 29.xx.xx.2023-cü il tarixli 077/2023 saylı “Avtomobil Nəqliyyatı ilə Beynəlxalq Yük daşıması Təşkilatı haqqında” müqavilə üzrə xidmətlərin göstərilməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli 00519/2023 saylı təhvil-təslim aktına əsasən görülmüş işlərin dəyəri 145000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli, 00602/2023 saylı təhvil-təslim aktına əsasən 150800 ABŞ dolları, xx.xx.2023-cü il tarixli, 00659/2023 saylı təhvil-təslim aktına əsasən 368300 ABŞ dolları dəyərində xidmət göstərilmiş və aktla hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir. 30.“X3 Azərbaycan” QSC-nin xx.xx.2023-cü il tarixli aparılmış əməliyyat qəbzinə əsasən cavabdeh MMC tərəfindən 246500 manat dəyərində, xx.xx.2023-cü il tarixli qəbzinə əsasən 20000 manat dəyərində, xx.xx.2023-cü il tarixli əməliyyat qəbzinə əsasən 236360 manat dəyərində, xx.xx.2023-cü il tarixli əməliyyat qəbzinə əsasən 400000 manat dəyərində, xx.xx.2023-cü il tarixli əməliyyat qəbzinə əsasən 100000 manat dəyərində, xx.xx.2023-cü il tarixli əməliyyat qəbzinə əsasən 40000 manat dəyərində, xx.xx.2023-cü il tarixli əməliyyat qəbzinə əsasən 60000 manat dəyərində ödənişlər edilmişdir.
31. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli 077/2023 saylı müqavilə üzrə göstərilmiş xidmətlər dair xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi e-qaimələr göndərilmişdir.
32. Məhkəmə iddiaçı tərəflərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
34. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
35. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
36. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
37. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
38. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
39. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 40.İşdən göründüyü kimi Cavabdeh MMC ( “Sifarişçi”) və İddiaçı MMC ( “Daşıyıcı”) arasında xx.xx.2023-cü il tarixli, 077/2023 saylı Avtomobil Nəqliyyatı ilə X2 Təşkilatı haqqında” Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş valyutası ABŞ dolları ilə hesablanır. Müqavilənin ümumi məbləği 1.158550.00 manat təşkil edir. Ödəmə günü, ödəniş Azərbaycan Milli Bankının valyutası ilə manat şəklində ödənilir. 41.Məhkəmə ilkin olaraq iddiaçının müqavilə üzrə hesbalanmış və ödənilməmiş 27.599 ABŞ dolları tələbinə dair hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
42. İlk olaraq məhkəmə iddiaçının hazırkı tələbinin müqavilənin 4.1-ci bəndinin şərtlərinə əsasən ABŞ dolları ekvavilentində deyil, Azərbaycan manatı olaraq dəyərləndirmə aparılmasını qanuni və əsaslı hesab edir. Belə ki, tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri və bu vaxta kimi edilmiş ödənişlərin Azərbaycan manatı ilə aparılması da məhkəmənin bu qənaətə gəlməsini qanuni və əsaslı hesab edir.
43. İş materiallarında olan xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktlarına və iddia ərizəsinin məzmununa əsasən iddiaçı tərəfindən cavabdeh MMC-yə göstərilmiş xidmətin dəyəri cəmi 664100 ABŞ dolları (1128970 manat) həcmində olmuş və bu fakt hər iki tərəfin imza və möhürü ilə təsdiq edildiyindən məhkəmə bu halı işin mübahisəsiz halı kimi qəbul edir.
44. Bundan əlavə cavabdeh tərəfindən göstərilmiş xidmətlər üzrə edilmiş manat ödənişlərin cəmi 1.102.860 manat məbləğində olmuş və bu da məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilmişdir.
45. Göründüyü kimi iddiaçı tərəfindən 1.128.970 manat (664100 ABŞ doları) həcmində sifarişin icrası həyata keçirilmiş, həmin sifarişin qarşılığında cavabdeh tərəfindən 1.102.860 manat məbləğində ödənişlər həyata keçirilmiş və 26110 manat məbləğində müqavilə üzrə cavabdeh tərəfindən ödənilməmiş öhdəliklər qalmışdır (1.128.970 manat – 1.102.860 manat =26110 manat).
46. Bundan başqa iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair e-qaimələr də sübut qismində iş materiallarına əlavə edilmişdir.
47. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
49. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, yüklərin təhvil-təsliminə dair aktlar, elektron qaimələr, hissəvi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 26110 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
50. Bundan başqa iddiaçı iddia tələbində aralarında bağlanmış müqavilənin 2.5-ci bəndinə istinad edərək cavabdeh tərəfindən müqavilənin qeyd olunan bəndində nəzərdə tutulmuş müddətin keçirildiyini və buna dair də borc yarandığını bildirmiş, lakin cavabdeh MMC tərəfindən malların yüklənməsində və ya boşaldılmasında gecikmələrin olmasına dair sübut əlavə etməmişdir. Belə ki, müqavilənin 5.4-cü bəndinə əsasən malların yüklənməsi üçün 2 sutka və boşaldılması üçün isə 3 sutka ödənişsiz vaxt müəyyən edildiyi, lakin iddiaçı tərəfindən bunlardan hansı müddətlərin pozulmasına dair əlavə sənəd-sübut təqdim edilməmiş, sadəcə müqavilənin şərtlərinə istinad edilməklə kifayətlənilmişdir. Bundan əlavə həmin bənd üzrə iddiaçının hər hansı pretenziyası olması və bununla bağlı cavabdehə müraciəti də iş materillarında da öz əksini tapamış və buna görə də məhkəmə hesab edir ki, tələb o hissədə əsassız olduğundan təmin edilməməlidir.
51. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 2070 ABŞ dolları məbləğində borc hesablanmışdır və onun xeyrinə tutulmasını xahiş etmişdir.
52. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
53. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
55. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında imzalanmış sonuncu təhvil-təslim aktının tarixi xx.xx.2023-cü il tarixə təsadüf etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən isə məhkəmə tərəfindən cavabdehin iddiaçıya 26110 manat borcun qaldığı və bugünə kimi ödənilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərinə əsasən ödənişlər manatla aparılmalı ölduğu üçün (və bugunə kimi aparılan ödənişlər manatla həyata keçirildiyi üçün) və borcun mövcüdluğu müəyyən edildiyi üçün, 26110 manat borca dair illik 5% ilə hesablanan 1306 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
56. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 26110 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 26110 manat əsas bоrc, illki 5% ilə hesablamaqla 1306 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
27. Bundan əlavə iddiaçı 320 manat vəkil xərcinin və 230,76 manat ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmidir. (sübutlar iş materiallarında mövcüddur).
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) 174 manat və vəkil xərcinin əvəzi olaraq 320 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən 26110 (iyirmi altı min yüz on manat) manat borc məbləği, borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 1306 (bir min üç yüz altı manat) manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 320 (üç yüz iyirmi manat) manat və dövlət rüsumunun əvəz olaraq 174 (bir yüz yetmiş dörd manat) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edlsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova