Məhkəmə qərarları › İş №e-2-2(113)-3577/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3577/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3577/2025 17.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8395 manat əsas borc, 2016 manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 2915 manat olmaqla, ümumilikdə 13326 manat pul vəsaitinin, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 383 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.1. xx.xx.2022-ci il tarixli B-053-SA-22 saylı Müqavilənin icra edilməmiş öhdəlikləri nəticəsində cavabdeh tərəfindən iddiaçıya yaranmış borc və dəymiş zərər də daxil olmaqla tərəflərin yekun razılığına əsasən fərdi sahibkar Cavabdeh İddiaçı MMC-yə 8000.00 (səkkiz min) manat ödəniş etməyi öhdəsinə götürür; - Fərdi sahibkar Cavabdeh bu müqaviləni imzaladığı gün 1500 (bir min beş yüz) manat İddiaçı MMC-nin kassasına nağd şəkildə ödəyir və İddiaçı MMC tərəfindən ödənişin edilməsi barədə cavabdehə kassa mədaxil orderi təqdim edilir; - Fərdi sahibkar Cavabdeh nağd şəkildə edilən ödənişdən sonra ödənilməmiş olaraq qalan 6500.00 (altı min beş yüz) manat məbləğində borcu xx.xx.2025-ci il tarixindən ilkin ödəniş edilmək şərtilə 5 (beş) ay ərzində hər ay 1300 (bir min altmış yeddi) manat ödəməklə hissə-hissə İddiaçı MMC-yə geri qaytarır. Pul vəsaiti nağd və ya köçürmə yolu ilə ödənilir. 1.2. Fərdi sahibkar Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən soma 10 (on) gün müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.1. xx.xx.2022-ci il tarixli B-053-SA-22 saylı Müqavilənin icra edilməmiş öhdəlikləri nəticəsində cavabdeh tərəfindən iddiaçıya yaranmış borc və dəymiş zərər də daxil olmaqla tərəflərin yekun razılığına əsasən fərdi sahibkar Cavabdeh İddiaçı MMC-yə 8000.00 (səkkiz min) manat ödəniş etməyi öhdəsinə götürür; - Fərdi sahibkar Cavabdeh bu müqaviləni imzaladığı gün 1500 (bir min beş yüz) manat İddiaçı MMC-nin kassasına nağd şəkildə ödəyir və İddiaçı MMC tərəfindən ödənişin edilməsi barədə cavabdehə kassa mədaxil orderi təqdim edilir; - Fərdi sahibkar Cavabdeh nağd şəkildə edilən ödənişdən sonra ödənilməmiş olaraq qalan 6500.00 (altı min beş yüz) manat məbləğində borcu xx.xx.2025-ci il tarixindən ilkin ödəniş edilmək şərtilə 5 (beş) ay ərzində hər ay 1300 (bir min altmış yeddi) manat ödəməklə hissə-hissə İddiaçı MMC-yə geri qaytarır. Pul vəsaiti nağd və ya köçürmə yolu ilə ödənilir. 1.2. Fərdi sahibkar Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən soma 10 (on) gün müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar