Məhkəmə qərarları › İş №e-2-2(113)-3579/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3579/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3579/2025 07.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 197204,05 manat əsas borc, 16855,42 manat cərimə olmaqla, cəmi 214059,47 manat pul vəsaiti və 505 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 04 avqust 2025-ci il tarixli barışıq sazişindən görünür ki:

1. Bu barışıq sazişi (bundan sonra “saziş”) mübahisə tərəfləri olan İddiaçı MMC (bundan sonra “iddiaçı”) və ”AZCD Group” QSC (bundan sonra “cavabdeh”) arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır və tərəflər bu sazişdə qeyd edilənləri qəbul edir və qəbul etdiklərini imzaları ilə təsdiq edirlər. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “tərəf” və birlikdə “tərəflər” adlandırılacaqdır.

2. Tərəflər arasında 09 iyul 2024-cü il tarixli, № 20240709/ATL/044 saylı, “alqı-satqı” müqaviləsi (bundan sonra – “müqavilə”) bağlanmışdır.

3. Həmin müqavilə üzrə hazırki tarixə cavabdehin iddiaçıya ƏDV ilə birlikdə 136939,09 manat (yüz otuz altı min doqquz yüz otuz doqquz manat doqquz qəpik) ödənilməyən əsas borcu (bundan sonra – “əsas borc”) yaranmışdır.

4. Borcun ödənilməsi ilə bağlı, hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan № e-2- 2(113)-3579/2025 saylı iş üzrə tərəflər arasında məhkəmə prosesi davam edir.

5. Yuxarıda göstərilənlərə əsaslanaraq, tərəflər borcun ödənilməsi ilə bağlı aşağıdakı məzmunda (şərtlərlə) qarşılıqlı razılığa gələrək bu barışıq sazişini bağladılar: 5.1. Cavabdeh 136939,09 (yüz otuz altı min doqquz yüz otuz doqquz manat doqquz qəpik) əsas borcunu aşağıdakı qrafikə uyğun olaraq, dörd hissədə iddiaçıya ödəyəcəyini qəbul edir;

Ödənişin tarixi Ödənişin məbləği 10 sentyabr 2025-ci il tarixinə qədər ƏDV daxil 35400 (otuz beş min dörd yüz) manat 10 oktyabr 2025-ci il tarixinə qədər ƏDV daxil 35400 (otuz beş min dörd yüz) manat 10 noyabr 2025-ci il tarixinə qədər ƏDV daxil 35400 (otuz beş min dörd yüz) manat 10 dekabr 2025-ci il tarixinə qədər ƏDV daxil 30739,09 manat (otuz min yeddi yüz otuz doqquz manat doqquz qəpik)

5.2. Ödənişlər qrafikdə nəzərdə tutulmuş tarixlərə qədər ödənilməli və nəzərdə tutulmuş məbləğlərdən az olmamalıdır. Ödənişlərin qrafıkə uyğun ödənilməməsi halında, cavabdeh əsas borcla yanaşı, 6846,95 (altı min səkkiz yüz qırx altı manat doxsan beş qəpik) manat məbləğində hesablanmış cərimə borcunun iddiaçıya ödənilməsi öhdəliyini qəbul edir və həmin borcun məhkəmənin iş üzrə verəcəyi icra vərəqəsi əsasında məcburi qaydada ondan tutularaq iddiaçıya veriləcəyi ilə razılaşır. 5.3. Cavabdeh əsas borcunu yuxarıda qeyd edilmiş qrafikə uyğun ödədiyi təqdirdə, cərimə kimi hesablanmış 6846,95 manat pul vəsaiti iddiaçı tərəfindən tələb edilməyəcəkdir. Bununla da, cavabdehin bu sazişdə göstərilən mübahisə ilə bağlı bütün öhdəliklərinə xitam veriləcəkdir. 5.4. İddia tələbinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 505 manat dövlət rüsumu 10 dekabr 2025-ci il tarixinə qədər cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq ödəniləcəkdir.

6. Bu sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara, yazılı və şifahi danışıqlara, razılaşmalara və tərəflər arasında olan digər sənədlərinə istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu sazişin şərtləri etibarlı olur.

7. Saziş məhkəmə qərarı ilə təsdiq olunduğu gündən qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır.

8. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əjaqədar bir-birini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.

9. Saziş cavabdeh tərəfindən könüllü icra olunmadığı təqdirdə iddiaçının müraciəti üzrə məhkəmə tərəfindən iş üzrə icra vərəqəsi veriləcək və bu sazişdə göstərilən borc məbləği məcburi qaydada cavabdehdən tutularaq iddiaçıya veriləcəkdir.

10. Tərəflər razılaşırlar ki, hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mübahisə zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini təsdiqləyirlər.

11. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla məhkəmədə və tərəflərdə saxlanılır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. Bu barışıq sazişi (bundan sonra “saziş”) mübahisə tərəfləri olan İddiaçı MMC (bundan sonra “iddiaçı”) və ”AZCD Group” QSC (bundan sonra “cavabdeh”) arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır və tərəflər bu sazişdə qeyd edilənləri qəbul edir və qəbul etdiklərini imzaları ilə təsdiq edirlər. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “tərəf” və birlikdə “tərəflər” adlandırılacaqdır.

2. Tərəflər arasında 09 iyul 2024-cü il tarixli, № 20240709/ATL/044 saylı, “alqı-satqı” müqaviləsi (bundan sonra – “müqavilə”) bağlanmışdır.

3. Həmin müqavilə üzrə hazırki tarixə cavabdehin iddiaçıya ƏDV ilə birlikdə 136939,09 manat (yüz otuz altı min doqquz yüz otuz doqquz manat doqquz qəpik) ödənilməyən əsas borcu (bundan sonra – “əsas borc”) yaranmışdır.

4. Borcun ödənilməsi ilə bağlı, hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan № e-2- 2(113)-3579/2025 saylı iş üzrə tərəflər arasında məhkəmə prosesi davam edir.

5. Yuxarıda göstərilənlərə əsaslanaraq, tərəflər borcun ödənilməsi ilə bağlı aşağıdakı məzmunda (şərtlərlə) qarşılıqlı razılığa gələrək bu barışıq sazişini bağladılar: 5.1. Cavabdeh 136939,09 (yüz otuz altı min doqquz yüz otuz doqquz manat doqquz qəpik) əsas borcunu aşağıdakı qrafikə uyğun olaraq, dörd hissədə iddiaçıya ödəyəcəyini qəbul edir;

Ödənişin tarixi Ödənişin məbləği 10 sentyabr 2025-ci il tarixinə qədər ƏDV daxil 35400 (otuz beş min dörd yüz) manat 10 oktyabr 2025-ci il tarixinə qədər ƏDV daxil 35400 (otuz beş min dörd yüz) manat 10 noyabr 2025-ci il tarixinə qədər ƏDV daxil 35400 (otuz beş min dörd yüz) manat 10 dekabr 2025-ci il tarixinə qədər ƏDV daxil 30739,09 manat (otuz min yeddi yüz otuz doqquz manat doqquz qəpik)

5.2. Ödənişlər qrafikdə nəzərdə tutulmuş tarixlərə qədər ödənilməli və nəzərdə tutulmuş məbləğlərdən az olmamalıdır. Ödənişlərin qrafıkə uyğun ödənilməməsi halında, cavabdeh əsas borcla yanaşı, 6846,95 (altı min səkkiz yüz qırx altı manat doxsan beş qəpik) manat məbləğində hesablanmış cərimə borcunun iddiaçıya ödənilməsi öhdəliyini qəbul edir və həmin borcun məhkəmənin iş üzrə verəcəyi icra vərəqəsi əsasında məcburi qaydada ondan tutularaq iddiaçıya veriləcəyi ilə razılaşır. 5.3. Cavabdeh əsas borcunu yuxarıda qeyd edilmiş qrafikə uyğun ödədiyi təqdirdə, cərimə kimi hesablanmış 6846,95 manat pul vəsaiti iddiaçı tərəfindən tələb edilməyəcəkdir. Bununla da, cavabdehin bu sazişdə göstərilən mübahisə ilə bağlı bütün öhdəliklərinə xitam veriləcəkdir. 5.4. İddia tələbinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 505 manat dövlət rüsumu 10 dekabr 2025-ci il tarixinə qədər cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq ödəniləcəkdir.

6. Bu sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara, yazılı və şifahi danışıqlara, razılaşmalara və tərəflər arasında olan digər sənədlərinə istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu sazişin şərtləri etibarlı olur.

7. Saziş məhkəmə qərarı ilə təsdiq olunduğu gündən qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır.

8. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əjaqədar bir-birini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.

9. Saziş cavabdeh tərəfindən könüllü icra olunmadığı təqdirdə iddiaçının müraciəti üzrə məhkəmə tərəfindən iş üzrə icra vərəqəsi veriləcək və bu sazişdə göstərilən borc məbləği məcburi qaydada cavabdehdən tutularaq iddiaçıya veriləcəkdir.

10. Tərəflər razılaşırlar ki, hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mübahisə zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini təsdiqləyirlər.

11. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla məhkəmədə və tərəflərdə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar