Məhkəmə qərarları › İş №e-2-2(113)-358/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-358/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-358/2023 25.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 621-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 6830 manat gecikdirilmiş borcun və hesablanmış 3571,64 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1781-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 7100 manat gecikdirilmiş borcun və hesablanmış 3202,10 manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 444-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 612 manat gecikdirilmiş borcun və hesablanmış 441,25 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi: 22256,99 manat pul vəsaitinin pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2017-ci il tarixli 1781-GL/17 nömrəli və xx.xx.2018-ci il tarixli 444-GL/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 621-GL/17 nömrəli müqavilə üzrə 6830 manat gecikdirilmiş borcu və hesablanmış 3571,64 manat cərimə borcu, xx.xx.2017ci il tarixli 1781-GL/17 nömrəli müqavilə üzrə 7100 manat gecikdirilmiş borcu və hesablanmış 3202,10 manat cərimə borcu, eləcə də xx.xx.2018-ci il tarixli 444-GL/18 nömrəli müqavilə üzrə 612 manat gecikdirilmiş borcu və hesablanmış 441,25 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək iddia ərizəsində göstərilmiş gecikdirilmiş əsas borcların cavabdeh tərəfindən tam şəkildə ödənildiyini göstərib xx.xx.2017-ci il tarixli 621-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 3571,64 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1781-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 3202,10 manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 444-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 441,25 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 7714,99 manat pul vəsaitinin pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia ərizəsində göstərilən əsas borcları tam şəkildə ödədiyini göstərib, bu səbəbdən ərizənin rədd edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixdə Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin gəlməməsinin səbəblərinin üzrlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 04 aprel 2017-ci il tarixli 621-GL/17 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 24580 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-ə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq lanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götrür. Müqavilənin 1.3-cü bəndinə texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 2-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqaviləyə 1 nömrəli Əlavə spesifikasiyadan görünür ki, cavabdehə verilmiş texnikalara görə ümumilikdə 16901 manat, güzəştdən sonrakı qalıq məbləği isə 24580 manat təşkil edir. Müqaviləyə əlavə edilmiş 2 nömrəli Əlavə 04 aprel 2017-ci il tarixli 621-GL/17 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2017- 2027-ci illərin aylar üzrə ödənilməli məbləğləri əksini tapmışdır. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 24 fevral 2018-ci il tarixli 444-GL/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 1830 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-ə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq lanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götrür. Müqavilənin 1.3-cü bəndinə texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 2-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqaviləyə 1 nömrəli Əlavə spesifikasiyadan görünür ki, cavabdehə verilmiş texnikalara görə ümumilikdə 1830 manat, güzəştdən sonrakı qalıq məbləği isə 1830 manat təşkil edir. Müqaviləyə əlavə edilmiş 2 nömrəli Əlavə 04 aprel 2017-ci il tarixli 621-GL/17 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2018- 2021-ci illərin aylar üzrə ödənilməli məbləğləri əksini tapmışdır. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 12 sentyabr 2017-ci il tarixli 1781-GL/17 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 29070 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-ə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq lanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götrür. Müqavilənin 1.3-cü bəndinə texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 2-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqaviləyə 1 nömrəli Əlavə spesifikasiyadan görünür ki, cavabdehə verilmiş texnikalara görə ümumilikdə 15150 manat, güzəştdən sonrakı qalıq məbləği isə 29070 manat təşkil edir. Müqaviləyə əlavə edilmiş 2 nömrəli Əlavə 12 sentyabr 2017-ci il tarixli 1781-GL/17 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2017-2027-ci illərin aylar üzrə ödənilməli məbləğləri əksini tapmışdır. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 18 yanvar 2017-ci il tarixli 17 nömrəli aktdan görünür ki, aktda adları göstərilən texnikalar saz, nizamlanmış və komplekt halda nümayəndəlikdən lizinq alana təhvil verilmişdir. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 22 dekabr 2017-ci il tarixli 5/836 nömrəli aktdan görünür ki, aktda adları göstərilən texnikalar saz, nizamlanmış və komplekt halda nümayəndəlikdən lizinq alana təhvil verilmişdir. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 11 avqust 2017-ci il tarixli 2/424 nömrəli aktdan görünür ki, aktda adları göstərilən texnikalar saz, nizamlanmış və komplekt halda nümayəndəlikdən lizinq alana təhvil verilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 1781-GL/17 nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş borcu 7100 manat, cərimə borcu 3202,10 manat, cəmi 10302,10 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 621-GL/17 nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş borcu 6830 manat, cərimə borcu 3571,64 manat, cəmi 10401,64 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli 444-GL/18 nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş borcu 7100 manat, cərimə borcu 3202,10 manat, cəmi 10302,10 manat təşkil edir. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixli 621-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 6830 manat gecikdirilmiş borc, xx.xx.2017-ci il tarixli 1781-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 7100 manat gecikdirilmiş borc, xx.xx.2018-ci il tarixli 444-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 612 manat gecikdirilmiş borc həmin tarixdə tam şəkildə ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 12 sentyabr 2017-ci il tarixli 1781-GL/17 nömrəli, 04 aprel 2017-ci il tarixli 621-GL/17 nömrəli və 24 fevral 2018-ci il tarixli 444-GL/18 nömrəli lizinq müqavilələri bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri vaxtında icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Belə ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli 1781-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 3202,10 manat, 04 aprel 2017-ci il tarixli 621-GL/17 nömrəli müqavilə üzrə 3571,64 manat, 24 fevral 2018-ci il tarixli 444-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 441,25 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimələrin əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə - 12 sentyabr 2017-ci il tarixli 1781-GL/17 nömrəli müqavilə üzrə 200 manat, 04 aprel 2017-ci il tarixli 621-GL/17 nömrəli müqavilə üzrə 100 manat, 24 fevral 2018-ci il tarixli 444-GL/18 nömrəli lizinq müqavilə nömrəsi ilə müqavilə üzrə isə 30 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli 00İPX********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 5 saylı Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 300 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2017-ci il tarixli 621-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 100 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1781-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 200 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 444-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 30 manat gecikdirilmiş borc, hüquqi yardımla bağlı ödənilmiş 300 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 621-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 100 (bir yüz) manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1781-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 200 (iki yüz) manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 444-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 30 (otuz) manat gecikdirilmiş borc, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat, ümumilikdə 630 (altı yüz otuz) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar