Məhkəmə qərarları › İş №e-2-2(113)-358/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-358/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-358/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı”-in Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X1 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Elmi-İstehsalat Firması "xxxx" MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı “İddiaçı” (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müqavilə üzrə geri qaytarılmalı olan 4.719.092,98 Rusiya Rublunun, 364 manat dövlət rüsumunun, 1140 manat gecikmə faizinin və hüquqi xidmət xərcləri olaraq 436.650,0 Rusiya Rublunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə və etibarnamə əsasında hüquqlarını müdafiə etdiyim “ООО НПФ КОМТЕРМ” (bundan sonra - İddiaçı) ilə "xxxx"PMMC (bundan sonra - Cavabdeh) arasında biznes münasibətləri mövcud olmuş və tərəflər arasında xx.xx.2024-cü il tarixli, 240214/01 nömrəli “Alqı-satqı” müqaviləsi (bundan sonra– Müqavilə) imzalanmışdır. Qeyd olunan Müqavilənin 1.1-ci bəndinə əsasən Alıcı olan İddiaçının ödənişi müqabilində Satıcı olan Cavabdeh tərəfindən müxtəlif adda elektrotexniki avadanlıqların və əlaqəli mal və materialların Alıcıya təqdim olunması barədə razılığa gəlinmişdir. Müqavilə üzrə Satıcı tərəfindən xx.xx.2024 tarixində4.719.092,98 Rusiya Rublu ödənilmiş, lakin hal-hazıradək qeyd olunan ödəniş müqabilində heç bir mal təqdim olunmamışdır. 3. Eyni zamanda Cavabdeh tərəfindən təqdim olummuş, xx.xx.2024. tarixli məktubda malların təqdim olunmasının mümkün olmadığı bildirilmiş və vəsaitlərin xx.xx.2024-cü il tarixinədək geri qaytarılacağı barədə könüllü öhdəlik götürülmüşdür. 4. Müqavilənin 3.3-cü bəndinə əsasən Salıcı tərəfindən öncədən ödəniş zamanı mallar 90 gün ərzində göndərilməlidir, əks halda isə ödəniş Satıcı tərəfindən komissiyalar çıxmamaqla 30 gün ərzində geri qaytarılmalıdır. Müqavilənin müvafiq müddəasını tətbiq edərək belə qənaətə gəlmək olar ki, malların son təqdim olunma tarixi xx.xx.2024-cü il kimi müəyənləşdirilməli, təqdim olunmadıqda isə ödəniş xx.xx.2024-cü il tarixinədək geri qaytarılmalı idi. Lakin Cavabdeh xx.xx.2024-cü il tarixindən artıq malları təqdim etməyəcəyini bildirmiş və həmin vaxtdan İddiaçının vəsaitlərini əsassız olaraq özündə saxlamağa davam etmişdir. Lakin bildirmək istərdik ki, Cavabdeh tərəfindən götürülmüş öhdəliklər bugunədək icra edilməmişdir və İddiaçının vəsaitləri əsassız olaraq saxlanılmışdır. Həmçinin bu hal üzrə müvafiq məhkəmə qərarı olmazsa, İddiaçının da ölkəsində maliyyə vəsaitlərinin ölkədən çıxarılaraq geri qaytarılmaması səbəbindən əlavə sanksiyalar yükünə səbəb olacaqdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi imzalanmış, və onun hesabına iddiaçı tərəfindən iddia ərizsəində qeyd olunan məbləğdə pul köçürülmüşdür, lakin onun tərəfindən pul malları almaq üçün digər şirkətin hesabına köçürüldükdə həmin pul məbləği sanskiyaya düşdüyündən, malları alması mümkün olmamışdır..Yaranmış borcu qəbul etmiş və müqavilə üzrə öhdəlilərinin onlardan asılı olmayan səbəbdən vaxtında icra edə bilmədiyindən ona vaxt verilməsini xahiş etmişdir. III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

7. Elmi-İstehsalat Firması "xxxx" MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında 240214/1 nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən Satıcı aşağıdakıları satır, Alıcı isə alır və dəyərini ödəyir: Elektrotexniki avadanlıq, digər yanaşı mallar və materiallar (bundan sonra - Mallar). - 1.2-ci bəndinə əsasən malların adı (siyahısı), miqdarı, bir vahidinin qiyməti, tədarük şərtləri və ümumi dəyəri bu Müqavilənin ayrılmaz hissəsi olan hesab-fakturalarda göstərilir. - 8.1-ci bəndinə əsasən Müqavilənin ümumi məbləği 4 719 093 rubl təşkil edir və Malın dəyərini, qablaşdırma, markalanma xərclərini ehtiva edir. Müqavilənin valyutası Rusiya rubludur. Müqavilə üzrə ödəniş valyutası Rusiya rubludur. - 8.2-ci bəndinə əsasən tədarük olunmuş mala görə ödənişlər alıcı tərəfindən hesabfakturalarda göstərilmiş şərtlərlə və müddətdə Satıcının bu müqavilədə göstərilmiş hesablaşma hesabına bank köçürməsi yolu ilə həyata keçirilir. Ödəniş tarixi Alıcının hesabından ödənişin daxil olması tarixi hesab edilir. - 8.3-cü bəndinə əsasən Bu müqavilənin 3.3 bəndinə əsasən əvvəlcədən ödənişin qaytarıldığı halda, malın dəyərinin ödənilinəsi Alıcı tərəfindən Satıcının malın göndərilməyə hazır olması haqqında məlumatı alındıqdan sonra həyata keçirilir. - 8.4-cü bəndinə əsasən Alıcının bankında bütün xərclər və komissiya haqlarını Alıcı, Satıcının bankında bütün xərclər və komissiya haqlarını Satıcı ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Elmi-İstehsalat Firması "xxxx" MMC ilə “X2” MMC arasında xx.xx.2024-cü il tarixli Hüquqi Xidmətlərin Göstərilməsi haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən İcraçı, aşağıda 1.1.1 və 1.1.2 maddələrdə nəzərdə tutulmuş həcmlərdə və şərtlərdə hüquqi xidmətlərin (bundan sonra - "Xidmətlər") təqdim edilməsinə öhdəlik götürür. Sifarişçi isə təqdim olunan xidmətlərin ödənişini bu Müqaviləyə uyğun olaraq həyata keçirməyə razıdır. - 1.1.1-ci bəndinə əsasən "X3” MMC-dən debitor borclarının məhkəməyə qədər alınması: - Borcalanın kommunikasiya məqsədləri üçün əlaqə məlumatlarının, hüquqi və faktiki ünvanının müəyyən edilməsi; - Borcalanla telefon əlaqəsi qurmaq, firmamızı sizin şirkətinizin hüquqşünasları kimi təqdim etmək və Borcalanla vəziyyəti müzakirə etmək, öhdəliklərin yerinə yetirilməməsinin hüquqi nəticələrini izah etmək; - Rəsmi pretenziya məktubu, hansı ki, borcun ödənilməsi üçün konkret müddət müəyyən edə bilər və qanunlara istinadla ödənilməmənin nəticələrini (bütün xərclər, cərimələr və s.) göstərə bilər. - 4.1- ci bəndinə əsasən 1.1.1 -ci maddədə göstərilən xidmətlərin dəyəri 145 550,00 Rusiya rubludur və xidmətlərə başlamazdan əvvəl ödənilməlidir. - 4.2- ci bəndinə əsasən 1.1.2-ci maddədə göstərilən xidmətlərin dəyəri 291 100,00 Rusiya rubludur və xidmətlərə başlamazdan əvvəl ödənilməlidir (tərcümə xərcləri və məhkəmə xərcləri buna daxil deyil). - 4.3-cü bəndinə əsasən Bu Müqavilədə əks olunmadığı halda, xidmətlərin təqdimatı ilə bağlı bütün əlavə xərclər, o cümlədən tərcümə və notarius xərcləri, dövlət rüsumları, Sifarişçi tərəfindən İcraçı tərəfindən təsdiqlənmiş xərclər əsasında əlavə olaraq ödəniləcək. - 4.4-cü bəndinə əsasən Sənədlərin notarius tərcüməsinin dəyəri səhifə üçün 1750 Rusiya rubludur (300 söz / səhifə) və tərcümə olunacaq sənədlərin həcmi və səhifə sayı Tərəflər tərəfindən müəyyən edildikdən və razılaşdırıldıqdan sonra ödəniləcək.

9. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehin hesabına 4719092.98 manat pul köşürülmüşdür.

V. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

VI. Məhkəmənin mövqeyi:

12.Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. 13.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilə üzrə ödənişləri cavabdehə ödəmiş, cavabdeh isə ödənilən pulun müqabilində iddiaçıya mal verməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 4.719.092,98 rubl məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarıma əlavə ediliş və məhkəmə iclaslarında tədqiq edilmiş, alqı-satqı müqaviləsi ilə təsdiq edilir. Həmçinin avabdehin səlahiyətli nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla müəyyən olunu ki, tərəflər arasında müqavilənin imzalanması, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsində qeyd olunan məbləğdə pulun köçürülməsi və malin cavabdehdə tərəfindən iddiaçıya çatdırılmaması işin mübahisəsiz halıdır. 14.Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqaviləyə əsasən ödənilən məbləğin müqabilində iddiaçını müqavilə ilə nəzərdə tutulmuş mal ilə təchiz etməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 4.719.092,98 rubl məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 4.719.092,98 rubl borc tutularaq iddiaçıya ödənilməlidir.

15. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 1140 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

16. Məhkəmə cavabdeh tərəfindən öhdəkilərin icra edilməsi üçün gecikdirildiyi müddəti, yəni xx.xx.2024-cü il tarixdən (pretenziya məktubu göndərilən tarix) keçən müddəti və əsas borc məbləğini nəzərə alaraq hesab 1140 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 364 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

18. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 364 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

19. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 1000 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4.719.092,98 (dörd milyon yeddi yüz on doqquz min doxsan iki rubl doxsan səkkiz) Rusiya Rublu əsad borc, 1140 (bir min yüz qırx) manat gecikmə faizini və hüquqi xidmət xərcləri olaraq 1000 manat və 364 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq iddiaçı Komterm Elmi-İstehsalat Firmasına ("xxxx" “İddiaçı”ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar