Məhkəmə qərarları › İş №e-2-2(113)-3582/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3582/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3582/2025 18.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, müqavilənin etibarsızlığı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC-nin (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 iyul 2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan 268.851,2 manat (ƏDV daxil) pul məbləği və 558,85 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 18 iyul 2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, iddaçı İddiaçı MMC satıcı qismində “X1”nda göstərilən miqdarda gübrə və ya dərman vasitələrini alıcı qismində Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, cavabdeh isə müqavilənin dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqaviləyə uyğun olaraq, mallar müvafiq tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və X3 qeyd edilmiş ünvanda alıcıya təhvil verilməlidir. Tərəflər arasında X4 qismində 18 iyul 2024-cü il tarixlimüqaviləyə 4 ədəd əlavə imzalanmışdır. Əlavələr üzrə ümumilikdə 487.200 (dörd yüzsəksən yeddimin iki yüz) manat məbləğində Malın alıcıya təhvil verilməsi razılaşdırılımışdır. Əlavələrdə malın təhvil verilmə məntəqələri kimimüxtəlif ərazilər qeyd edilmişdir. İddiaçı və cavabdeh şirkətlər tərəfindən imzalanaraq möhürlənmiş 4 ədəd təhvil-təslim aktına əsasən, iddiaçı (satıcı) İddiaçı MMC tərəfindən cavabdeh (alıcı) Cavabdeh MMC-yə ümumilikdə 29000 (iyirmi doqquz min) litr müqavilədə nəzərdə tutulmuş Mal qismində “Saxalinski” kalium humatı təhvil verilmişdir. İddiaçı və cavabdeh arasında təsdiqlənmiş 18 iyul 2024-cü il tarixli müqaviləyə 4 ədəd əlavədə Malın (“Saxalinski” kalium humat) 1 litri üçün 16,80 manat (on altımanat səksən qəpik) satış qiymətimüəyyən olunmuşdur. Bu hesabla, İddiaçı (satıcı) İddiaçı MMC tərəfindən cavabdeh (alıcı) Cavabdeh MMC-yə 487.200 manat (dörd yüz səksən yeddi min iki yüz) məbləğində malsatılmışdır. Lakin cavabdeh şirkət tərəfindən həmin mallar üzrə ona təqdim olunmuş xx.xx.2024-cü il tarixli 10036174 nömrəli və xx.xx.2024-cü il tarixli 10034475 nömrəli elektron qaimələr üzrə ümumilikdə 268.851,2 (iki yüz altmış səkkiz min səkkiz yüz əlli bir manat iyirmi qəpik) manat (ƏDV daxil) pulməbləğini ödəməmişdir. Bununla bağlıcavabdehə pretenziya məktubu təqdim olunmuşdur. Cavabdeh tərəfindən pretenziya məktubuna münasibət bildirilməmişdir. Hazırda hesab edirik ki, ümumilikdə 268.851,2 (iki yüz altmış səkkiz min səkkiz yüz əlli bir manat iyirmi qəpik) manat (ƏDV daxil) pul məbləği və 558,85 (beş yüz əlli səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, 18 iyul 2024-cü il tarixli müqavilə, həmin müqavilənin xx.xx.2024-cü il tarixli 1,2,3,4 nömrəli Əlavələri və onların əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1,2,3,4 nömrəli malların təhvil təslim aktlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 18 iyul 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh MMC-dən 268.851,2 (iki yüz altmış səkkiz min səkkiz yüz əlli bir manat iyirmi qəpik) manat ƏDV daxil pul məbləği və 558,85 (beş yüz əlli səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumunun tutulması barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. 18 iyul 2024-cü il tarixli müqavilənin və onun əlavələrinin mətnindən göründüyü kimi İddiaçı MMC Cavabdeh MMC-yə ümumilikdə 487,200 (dörd yüz səksən yeddi min iki yüz) manat dəyərində malı satmalı və Cavabdeh MMC-də həmin malların dəyərini ödəməlidir. Ödəniş olunduğu tarixdən 3-5 iş günü ərzində mallar İddiaçı MMC Cavabdeh MMC-yə müvafiq olaraq, Bərdə, İsmayıllı, Tərtər, Bakı ərazisində təhvil verməlidir. 18 iyul 2024-cü il tarixli müqavilə, həmin müqavilənin 1,2,3,4 nömrəli “Əlavələr”inin və onların əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1,2,3,4 nömrəli “malların təhvil təslim aktı”ları etibarsızdır, yəni ki yalan əqddir. İşin faktiki halları: Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bugünədək heç bir işgüzar münasibətlər olmamış, yəni etibarlı və inama əsaslanan hər hansı müqavilə aralarında imzalanmamışdır. Hazırkı müqavilənin bağlanılmasına səbəb İddiaçı MMC ilə işgüzar əlaqəsi olan Rza Seyidov adlı şəxsin Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə təklifi olmuşdur. Rza Seyidovun təklifi ondan ibarət olmuşdur ki, onun özünün hüquqi şəxsi olmadığından İddiaçı MMC-dən malları rəsmi olaraq ala bilmədiyini bildirmiş və həmin malların alıcısı qismində Cavabdeh MMC-ni göstərərək onun bank hesabına pul vəsaiti qoyub köçürmə edərək malların alınmasının mümkün olduğunu və bunun müqabilində Qanuni nümayəndə əldə edəcəyi qazancdan gəlir verəcəyini bildirmişdir. Rza Seyidov İddiaçı MMC-nin bu cür müqavilə (faktiki olaraq malların alıcısının Rza Seyidovun olduğunu) münasibətindən xəbərdar olduğunu yanlız alıcı qismində hər hansı hüquqi şəxs olmasının kifayət olduğunu bildirmişdir. Bu minvalla Rza Seyidov şablon müqaviləni və onun əlavələrini habelə təhvil təslim aktlarını Qanuni nümayəndə göndərmiş və imzalamasını söyləmişdir. Bir müddət sonra İddiaçı MMC-dən Qanuni nümayəndələ əlaqə saxlanılmış və Rza seyidovun malları götürüb və ödənişlərini etmədiyi bildirilmiş, lakin müqavilə üzrə cavabdehlik hüquqi şəxsin üzərində olması bildirilmiş və ödəniş tələb edilmişdir. Qanuni nümayəndə öz növbəsində bildirmişdir ki, sözügedən malları görməmiş və təhvil almamışdır, Rza Seyidovla əlaqə keçmək istəsə də, ölkə xaricində olduğu barədə məlumat almışdır. AR Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. 18 iyul 2024-cü il tarixli müqavilənin, həmin müqavilənin 1,2,3,4 nömrəli “Əlavələr”inin və onların əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1,2,3,4 nömrəli “malların təhvil təslim aktları”nın yalan əqd olmasına və Cavabdeh MMC ilə faktiki müqavilə münasibətlərinə daxil olunmadığını sübut edən aşağıdakılara diqqət edilməlidir. 1. 18 iyul 2024-cü il tarixli müqavilənin 1,2,3,4 nömrəli “Əlavələr”ində qeyd edilmişdir ki, “Təslim müddəti: ödəniş olduğu tarixdən 3-5 iş günü ərzində” 18 iyul 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə heç bir ödəniş edilməmişdir. Necə ola bilər ki, heç bir ödəniş edilmədən 487.200 (dörd yüz səksən yeddi min iki yüz) manat dəyərində mal Cavabdeh MMC-yə təhvil verilmişdir. 2. 18 iyul 2024-cü il tarixli müqavilənin, həmin müqavilənin 1,2,3,4 nömrəli “Əlavələr” üzrə elektron qaimə fakturalar xx.xx.2024-cü il tarixdə göndərilmiş, yəni müqavilənin bağlanılmasından 24 gün sonra edilmişdir. 3. 18 iyul 2024-cü il tarixli müqavilənin 1,2,3,4 nömrəli “malların təhvil təslim aktları”nın 18 iyul 2024-cü il tarixdə imzalandığı aydındır. İddia ərizəsinə əsasən malların 18 iyul 2024-cü il tarixində təhvil verildiyini qeyd edilmişdir. Əgər elədirsə, iddiaçın nümayəndəsi və vəkili 19 may 2025-ci il tarixdə “166-yükdaşıma və logistika” şirkətinə vəkil sorğusu vermiş və Cavabdeh MMC adına 2024-cü il İYUL- AVQUST ayları ərzində sifarişlər barədə məlumat əldə etmək istəmişdir. Göründüyü kimi iddiaçı tərəfdə 18 iyul 2024-cü il tarixli müqavilənin 1,2,3,4 nömrəli “malların təhvil təslim aktları”nın formal bağlanıldığını özüdə bilmədən bilavasitə etiraf etmişdir. Bundan əlavə müqavilənin 5.1-ci maddəsinə əsasən malları çatdırmaq Satıcının öhdəliyi olaraq göstərilmişdir. Malların Cavabdeh MMC tərəfindən faktiki olaraq götürlmədiyini iddiaçı tərəfdə bilir, lakin formal olaraq bağlanılmış müqavilə Cavabdeh MMC ilə olduğundan məhkəməyə Rza Seyidovu verə bilməmişdir. 4. 18 iyul 2024-cü il tarixli müqavilənin 1,2,3,4 nömrəli “Əlavələr”nə əsasən ümumilikdə 487.200 (dörd yüz səksən yeddi min iki yüz) manat məbləğində mallar satılmışdır. Lakin məhkəmədə mübahisələndirilən 268.851,2 (iki yüz altmış səkkiz min səkkiz yüz əlli bir manat iyirmi qəpik) manat ƏDV daxil olmuşdur. Cavabdeh MMC tərəfindən heç bir ödəniş olunmadığı halda, 218,348,8 (iki yüz on səkkiz min üç yüz qırx səkkiz manat səksən qəpik) manat olan pul vəsaiti Cavabdeh MMC-dən tələb edilmir. 218,348,8 (iki yüz on səkkiz min üç yüz qırx səkkiz manat səksən qəpik) manat olan pul vəsaitini ehtimal ki, birbaşa nağd qayda da Rza Seyidov iddiaçıya ödəmişdir. Bu səbəbdən Cavabdeh MMC-dən həmin məbləğ tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsini Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.” Odur ki, işin hallarından da göründüyü kimi AR Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı alqı-satqı müqaviləsini Rza Seyidov adlı şəxslə deyil, məhz cavabdehlə bağlamış, mallar cavabdehə təhvil verilmişdir. Müqavilə üzrə təhvil verilmiş malların bir qismi (218348,80 manat dəyərində) iddiaçıya geri qaytarılmış, bu səbəbdən həmin mallarla bağlı cavabdehə göndərilmiş elektron qaimələr ləğv edilmişdir. Qalıq borc hazırda iddiaçıya ödənilməmişdir.

6. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə ilk iddia ərizəsinə etiraz edib, ilk iddia ərizəsinin təmin olunmamasını xahiş etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verib, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə və onun əlavələri, təhvil aktını imza etdikdən sonra onun iddiaçı ilə hər hansı əlaqəsi olmamış, bir müddət sonra iddiaçı onunla əlaqə saxlayıb malların dəyərinin ödənilmədiyini bildirib pulun ödənilməsini tələb etdikdə, o, Rza Seyidova əlaqə saxlamaq istəmiş, ölkə xaricinə qaçdığını bilmiş, bundan sonra Rza Seyidovun atası tərəfindən malların bir qismi iddiaçıya geri qaytarılmış, qalan hissəsi ehtimal ki, satıldığı üçün qaytarıla bilməmişdir. Hazırda borcun ondan deyil, Rza Seyidovdan tutulmasını xahiş edir.

7. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 ilk iddia ərizəsinə etiraz edib, ilk iddia ərizəsinin təmin olunmamasını xahiş etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verib, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada “X1”nda göstərilən miqdarda gübrə və ya dərman vasitələrini alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edərək müqavilə dəyərinin ödənilməsini öhdəsinə götürür.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən malın miqdarı, qablaşdırma növü, təhvil yeri və göndərilmə müddəti hazırki müqavilənin ayrılmaz hissəsi sayılan “X2”larında göstərilir.

11. Müqavilənin 2-ci bəndinə görə hər bir sifariş üzrə malların dəyəri və ödəniş qaydası razılaşma protokoluna əsasən müəyyən edilir və bu müqaviləyə uyğun olaraq (elektron-qaimə, hesab-faktura və s. ilə) rəsmiləşdirilir.

12. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 001 nömrəli əlavəyə əsasən satılacaq malların ümumi dəyəri ədv daxil 168000 manat təşkil edir.

13. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 002 nömrəli əlavəyə əsasən satılacaq malların ümumi dəyəri ədv daxil 00800 manat təşkil edir.

14. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 003 nömrəli əlavəyə əsasən satılacaq malların ümumi dəyəri ədv daxil 168000 manat təşkil edir.

15. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 004 nömrəli əlavəyə əsasən satılacaq malların ümumi dəyəri ədv daxil 50400 manat təşkil edir.

16. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli, 001 nömrəli təhvil-təslim aktına əsasən “Saxalinski” kalium humatı 10000 litr həcmdə alıcı tərəfindən təhvil alınmışdır.

17. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli, 002 nömrəli təhvil-təslim aktına əsasən “Saxalinski” kalium humatı 6000 litr həcmdə alıcı tərəfindən təhvil alınmışdır.

18. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli, 003 nömrəli təhvil-təslim aktına əsasən “Saxalinski” kalium humatı 10000 litr həcmdə alıcı tərəfindən təhvil alınmışdır.

19. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli, 004 nömrəli təhvil-təslim aktına əsasən “Saxalinski” kalium humatı 3000 litr həcmdə alıcı tərəfindən təhvil alınmışdır.

20. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2408 10036174 nömrəli 100819,20 manat məbləğində elektron qaimə göndərilmişdir.

21. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2408 10034475 nömrəli 168032 manat məbləğində elektron qaimə göndərilmişdir.

22. Cavabdeh tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş məktuba əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə hər hansısa bir sifariş daxil olmadığından (2024-cü ilin iyul-avqust ayları daxil olmaqla) "xxxx" MMC tərəfindən həmin şirkətə yükdaşıma fəaliyyəti həyata keçirilməmişdir.

23. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir.

24. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır.

25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən “... məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır”.

26. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında da vurğulamışdır ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

29. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

31. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

32. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

33. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

34. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı etibarsızlığını tələb etdiyi müqavilənin, habelə həmin müqavilənin əlavələrinin etibarsızlığından qanuni təmsilçisinin məhkəmə iclasında bildirdiyi kimi 2024-cü ilin 11 iyulundan məlumatlı olmasına baxmayaraq hazırkı iddia tələbi ilə yalnız 2025-ci ilin 28 avqust ayında məhkəməyə müraciət etmişdir.

35. Mülki Məcəllənin 354.2-ci maddəsi Mülki Məcəllənin əqdlərin etibarsızlığını müəyyən edən fəslində (XİV fəsil) nəzərdə tutulmaqla həmin norma Mülki Məcəllənin iddia müddətini və onun tətbiq olunma əsaslarını müəyyən edən fəslin (XVİİİ fəsil) normalarından fərqli qaydanı müəyyən edir və iddia müddəti kimi dəyərləndirilmir.

36. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırır.

37. Bundan əlavə, qarşıqlıqlı iddiaçı tərəf qeyd edilən müqavilənin və əlavələrinin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.

38. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.

39. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.

40. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

41. Məhkəmə həmçinin vurğulayır ki, qarşılıqlı iddiaçı müqavilənin ilk iddiaçı ilə işgüzar münasibətləri olan Rza Seyidovun təklifi ilə imzalandığını, malların ona deyil, Rza Seyidova təhvil verildiyini, müqavilənin formal olaraq qarşılıqlı iddiaçının adına rəsmiləşdirildiyini bildirsə də, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə ilk iddiaçının göstərilən haldan məlumatlı olmaqla malları məhz Rza Seyidova adlı şəxsə satmasını (alıcının qarşılıqlı iddiaçı deyil, özünün bildirdiyi kimi Rza Seyidov olması) təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

42. Bundan əlavə, qarşılıqlı iddiaçı keçən bu müddət ərzində hazırkı müqaviləni ümumiyyətlə mübahisələndirməmiş, bu barədə ilk iddiaçıya hər hansı məlumat verməmiş, hazırkı müqavilə ilə bağlı ilk iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə etiraz etməmiş, onların ləğv edilməsini tələb etməmişdir.

43. Cavabdehin qanuni təmsilçisi ona hər hansı mal təhvil verilmədiyi, habelə borcun gələcəkdə qarşılıqlı iddiaçıdan tələb ediləcəyini, MMC-nin vergi öhdəliklərinin yarana biləcəyini bildiyi halda, hansı səbəbdən küllli miqdarda (yəni 487200 manat dəyərində) malları təhvil alması barədə 4 ədəd təhvil aktını imza edib MMC-nin möhürü ilə təsdiq etməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir.

44. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir.

45. Məhkəmə ilk iddia ərizəsinin təmin edilməli olması qənaətinə gəlir.

46. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

47. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

48. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

49. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

50. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

51. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

52. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

53. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra edərək ümumi dəyəri 487200 manat dəyərində malları cavabdehə təhvil vermişdir.

54. Müqavilə üzrə təhvil verilmiş malların bir qisminin (yəni 218348,80 manat dəyərində) iddiaçıya geri qaytarılması barədə materiallarda hər hansı yazılı sübut olmasa da, belə bir halın baş verdiyini hər iki tərəfin nümayəndələri məhkəmə iclasında təsdiq etmişlər.

55. İddiaçı hazırda qalıq 268851,20 manat pulun geri qaytarılmasını tələb etməklə haqlıdır.

56. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, cavabdehdən 268851,2 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyindən 558,85 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməli, ilk iddiaçı tərəfindən artıq ödənilmiş 131 manat dövlət rüsumu ona geri qaytarılmalıdır.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh MMC-dən 268851,2 manat məbləğində pul, 558,85 manat dövlət rüsumu, ümumilikdə 269410,05 (iki yüz altmış doqquz min dörd yüz on manat sıfır beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İlk iddia ərizəsi verilərkən artıq ödənilmiş 131 (bir yüz otuz bir) manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddiası ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar