Məhkəmə qərarları › İş №e-2-2(113)-3583/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3583/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3583/2025 14.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “yük daşıma müqaviləsi üzrə pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində dəymiş və bu səbəbdən tələb edilmiş zərərə görə 31 416,02 avro məbləğində pul vəsaitinin qətnamə elan edilən gün Mərkəzi Bankın avroya münasibətdə məzənnəsinə uyğun olaraq, digər işlərin icrasının ləngiməsi və hazırda mümkünsüz hala gətirilməsi ilə əlaqədar işgüzar nüfuza vurulmuş zərərə görə 10 000.00 manat , 294,83 manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsumun və hüquqi yardıma görə ödənilmiş 2650 manat məbləğində pulun Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə vəsatət ilə müraciət edərək hazırkı işi Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatında olan e-2-2(113)- 2313/2025 saylı işlə birlikdə baxılmasından ötrü göndərilməsi haqqında qərardad qəbul qəbul xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh (cavabdeh İddiaçınə (bundan sonra – “cavabdeh”, “Noytech” və ya “Ekspeditor” adlandırılacaq) qarşı dəymiş zərərin ödənilməsi tələbi ilə Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Həmin iş hazırda Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır (e-2-2(113)- 2313/2025 nömrəli iş). İcraatzda olan e-2-2(113)-3583/2025 nömrəli iş ilə yuxarıda qeyd edilən Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatında olan e-2-2(113)- 2313/2025 nömrəli iş ilə əlaqəlidir. Belə ki, hər iki iş bir xidmət müqaviləsindən irəli gələn öhdəliklərin pozulması iddiası ilə tələb edilir. Həmin e-2-2(113)-2313/2025 nömrəli işdə "xxxx" cavabdeh "X2" MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə baxılır. Qarşılıqlı iddia qaldırsa da prosessual müddət ötdüyü üçün geri qaytarılmış və yeni iddia kimi tələb edə bilinəcəyi izah edilmişdir. Bu səbəbdən də hazırda icraatda olan bu işin və hakim Zeynəb Axundovanın icraatında olan e-2-2(113)-2313/2025 saylı işin bir icraatda baxılması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Məcəllənin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı tərəfindən verilən işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətin dəlillərini əsassız hesab edir. Belə ki, hazırda iddiaçının tələb etdiyi məbləğin bizə heç bir aidiyyəti yoxdur. Hazırda məhkəmənin icraatında hazırki iş üzrə iddiaçı olan tərəfə qarşı başqa bir şirkət iddia qaldırmış, iddiaçı da eyni məbləğdə olan iddianı eyni əsaslarla bizə qarşı yönəltmişdir. Həmçinin hazırki iş üzrə iddiaçıya qarşı yönəltmiş olunan eyni tələbdə olan iddianı eyni əsaslarla həmin tərəfə qarşı yönəltmişdir. Göründüyü kimi NYUTECH LOGİSTİCA AZERBAİJAN MMC öhdəliyindən yayınmaq üçün bunlara qarşı heç bir əsası olmayan iddia qaldırmış, daha sonra da həmin iddianın onlara qarşı qaldırdıqları işlə birləşdirməyə cəhd etməklə əsassız prosessual hərəkətlər edir. Odur ki, məhkəmədən hazırkı iş üzrə iddiaçı tərəfindən verilən işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi verdiyi vəsatətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından isə görünür ki, hazırkı iş üzrə iddia ərizəsində İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “yük daşıma müqaviləsi üzrə pul” tələb ilə çıxış edir. Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı Cavabdeh İddiaçınə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı borcun tutulması tələbinə dair iddiası üzrə olan e-2-2(113)-2313/2025 nömrəli iş üzrə iddia ərizəsinin məzmunundan isə görünür ki, İddiaçı Cavabdeh İddiaçınə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən şirkətə 6431,74 manat (altı min dörd yüz otuz bir manat yetmiş dörd qəpik) gətiriləcək malın dəyəri və 3539,13 manat (üç min beş yüz otuz doqquz manat on üç qəpik) əldən çıxmış fayda olmaqla, cəmi 9970,87 manat (doqquz min doqquz yüz yetmiş manat səksən yeddi qəpik) məbləğində borc, 123 (bir yüz iyirmi üç) manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsum və hüquqi yardıma görə ödənilmiş 820 (səkkiz yüz iyirmi) manat olmaqla, ümumilikdə 10923,87 (on min doqquz yüz iyirmi üç manat səksən yeddi qəpik) manat məbləğində pulun alınaraq Cavabdeh MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını edilməsini xahiş edir. Göründüyü kimi sözügedən iki iş üzrə iddia tələbləri tərəflər arasında bağlanmış eyni müqavilədən irəli gəlir, bundan əlavə hazırkı işlərdən biri üzrə iddianın təmin edilməsi digər iş üzrə iddianın tam və ya qismən təmin edilməsi imkanını aradan qaldırır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2313/2025 saylı iş eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədə müvafiqdir. Beləliklə, hazırkı iş ilkin olaraq məhkəmənin icraatında qəbul edilmiş iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı borcun tutulması tələbinə dair e-2-2(113)-2313/2025 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “yük daşıma müqaviləsi üzrə pul” tələbinə dair e-2-2(113)-3583/2025 saylı iş iddiaçı Cavabdeh İddiaçınə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X3” MMC) qarşı “borcun tutulması” tələbinə dair e-2-2(113)-2313/2025 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar