Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3586/2020 20.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Aytən Heydər qızı İddiaçı “xxxx” MMC-nin təsisçisi X2 cavabdehlər “xxxx” MMC-nin təsisçisi X1 və “xxxx” MMC-yə qarşı “pul vəsaitinin tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin təsisçisi X3 cavabdehlər “xxxx” MMC-nin təsisçisi X1 və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin təsisçisi ve qanuni təmsilçisi Novruzova Pərvanə qızı tərəfindən iddiaçının Cəmiyyət üzərində olan təsisçilik huquqlarının həyata keçirilməsinə edilən mudaxilələri, eləcə də, protokollara saxta imza edilməklə qanuni təmsilçi olması, mənimsənilmiş vəsaiti qaytarmaq niyyətində olmaması və bununla da sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi, “xxxx” MMC-nin təsisçiliyindən çıxmaqla əlaqədar 12087,040 manat pul vəsaitinin cavabdehlərdən tutulmaqla, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək “pul vəsaitinin tutulması” tələbi barədə iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə daxil olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin təsisçisi X2 cavabdehlər “xxxx” MMC-nin təsisçisi X1 və “xxxx” MMC-yə qarşı “pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3586/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3586/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver