Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3586/2023 09.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun ödənilməsi ” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1920 əsas borcun, 192 (yüz doxsan iki) manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 49 manat pulun və 70 manat mediasiya haqqının cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, satıcı ”Mopedo.AZ” MMC ilə Cavabdeh3 arasında 27/21 saylı, xx.xx.2021-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə 3380 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin şərtlərinə uyğun olaraq “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı MMC ilə digər Cavabdeh4 arasında 27/21 saylı, xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh4 “Satıcı” İddiaçı MMC qarşısında “Alıcı” Cavabdeh3 Nisyə Alqı-Satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən “Satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. 16 Sentyabr 2021-ci il tarixli Nisyə Alqı-Satqı Müqaviləsinin 3.2-ci bəndinə əsasən müəyyən edilmiş müddət ərzində nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyi təqdirdə “Alıcı” “Satıcı”ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiyası ödəyir. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği, ümumilikdə, 3612 (üç min altı yüz on iki) manat təşkil etsə də iddiaçı tərəfindən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 10 %-i həcmində,cəmi 192 manat dəbbə pulu tələb edilməkdədir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh3 (alıcı) arasında 27/21 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi, 01 saylı əlavə (nəqliyyat vasitələrinin siyahısı, dəyəri və ödəniş qaydaları) bağlanmışdır.
12. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus əlaqədar texniki (servis kitabçası, zəmanət kitabçası) alıcının mülkiyyətinə verir, alıcı isə bu nəqliyyat vasitələrinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq satıcıya tam ödəyir.
13. Müqavilənin 2.1.5-ci bəndinə əsasən hazırkı müqavilənin əlavələri (təhvil-təslim aktları) əsasında nəqliyyat vasitələrini və ona məxsus əlaqədar texniki sənədləri alıcıya təhvil verir.
14. Bundan başqa, nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin təminatı kimi İddiaçı ilə Cavabdeh4 arasında 27/21 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
15. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin alıcının xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı qarşısında üzərinə götürdüyü öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.
16. Alqı-satqı müqaviləsi, 01 saylı əlavə, zaminlik müqaviləsi hər iki tərəfin imzası, həmçinin hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
17. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, alınmış mopedin kuryer xidməti üçün istifadə edilməsi məqsədi üçün alındığını, müqavilə ilə nəzərdə tutulmuş 1 ədəd RKS Spontini 110cc markalı 2020-ci il buraxılışlı, boz rəngli mopedi Cavabdeh3 verildiyini, lakin sonuncu tərəfindən ödənişlərin tam ödənilmədiyini bildirmişdir.
18. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehlərin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilsə də məhkəmə iclaslarında iştirak etməmişlər, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Lakin cavabdehlərdən Cavabdeh4 məhkəməyə xx.xx.2023-cü il tarixdə teleqram ünvanlayaraq xx.xx.2023-cü il tarixli məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini, mopedin oğurlandığını və bu barədə DİN-nə şikayət edildiyini bildirmişdir.
19. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və Cavabdeh3 arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun tutulması ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
20. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən “RKS Spontini 110cc” markalı, Boz rəngli, L8YTCHBP0LKA00814 ban nömrəli moped nəqliyyat vasitəsini alıcıya (İddiaçı MMC-yə) təhvil vermişdir.
21. Məhkəmə qeyd edir ki, “RKS Spontini 110cc” markalı, Boz rəngli, L8YTCHBP0LKA00814 ban nömrəli moped nəqliyyat vasitəsinin İddiaçı MMC-yə təhvil verilməsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuş 01 saylı əlavə (alqı-satqı predmetini təşkil edən nəqliyyat vasitələrinin təhvil-təslim aktı) ilə təsdiq olunur.
22. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi və 01 saylı əlavədən görünür ki, “RKS Spontini 110cc” markalı, Boz rəngli, L8YTCHBP0LKA00814 ban nömrəli moped nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətinə verilmişdir.
23. Yəni ki, mübahisəli olan moped İddiaçı MMC mülkiyyətində olmuş və o da, qeyd edilən mopedi öz növbəsində Cavabdeh3 satmışdır.
24. İş materiallarında olan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və ona olan 01 saylı əlavədən görünür ki, “RKS Spontini 110cc” markalı, Boz rəngli, L8YTCHBP0LKA00814 ban nömrəli mopedin ümumi dəyəri 3.380 manat olmuşdur. Qeyd edilmiş məbləğdən ilkin ödəniş olaraq 500 manat məbləğində ödəniş edilmiş, qalan məbləğ isə 12 aya hissə-hissə ödənilməsi şərti ilə moped Cavabdeh3 verilmişdir.
25. İşdə olan maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 240 manat, xx.xx.2021-ci il tarixdə 240 manat, xx.xx.2022-ci il tarixdə 480 manat məbləğində ödəniş edilmişdir.
26. Həmçinin o da, qeyd edilməlidir ki, müqavilə üzrə son ödəniş müddəti xx.xx.2022ci il tarixdə bitmişdir.
27. Göründüyü kimi, cavabdeh tərəfindən ona verilmiş olan mopedə görə ilkin ödənişlə birlikdə cəmi 1.460 manat məbləğində ödəniş edilmişdir.
28. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdehin ödənilməmiş 1.920 (3.380- 1.460) manat məbləğində borcu vardır.
29. Zamin olan Cavabdeh4 teleqramda göstərilmiş mopedin oğurlanması ilə bağlı dəlilinə münasibətdə isə Məhkəmə qeyd edir ki, mopedin oğurlanması halı, alqı-satqı müqaviləsi üzrə ödəliyin icra edilməməsi üçün əsas vermir.
30. Beləliklə Məhkəmə hesab edir ki, 27/21 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1.920 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.
32. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən müəyyən edilmiş müddət ərzində nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyi təqdirdə “Alıcı” “Satıcı”ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiyası ödəyir.
33. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
34. Hazırki işin hallarından görünür ki, cavabdehin 1920 manat məbləğində əsas borcuna münasibətdə 100 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir.
35. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 49 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
36. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2023-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 5 ay sonra yəni, 14.06.23-cü il tarixində verilmişdir.
37. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 40 (1.920x5/100=96 (1 il üçün), 96/12=8(1 ay üçün), 8x5=40 (5 ay üçün) manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
38. İş materiallarında olan xx.xx.2022-cü il tarixli ödəniş sənədindən və xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xidmət haqqı olaraq 70 manat məbləğində pul Bakı 02 saylı mediasiya təşkilatına ödənmişdir.
39. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul müştərək qaydada Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçınə verilməlidir.
40. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI.Nəticə:
41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.920 (bir min doqquz yüz iyirmi) manat, cərimə borcu üzrə 100 (bir yüz) manat olmaqla, cəmi 2.020 (iki min iyirmi) manat məbləğində pul müştərək qaydada Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 40 (qırx) manat məbləğində pul müştərək qaydada Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul müştərək qaydada Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov