Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3587/2021 01.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı Holcim (Azərbaycan) ASC-nin Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsi üzrə borc» haqqında ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Holcim (Azərbaycan) ASC Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.02.2020-ci il tarixində bağlanmış ********** saylı alqı-satqı müqaviləsi üzrə 107017 (bir yüz yeddi min on yeddi) manat məbləğində əsas borcun, 11745.3 (on bir min yeddi yüz qırx beş manat otuz qəpik) manat cərimə məbləğinin, cəmi 118762.3 (bir yüz on səkkiz min yeddi yüz altmış iki manat otuz qəpik) manat məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 (otuz) manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05.02.2020-ci il tarixində bağlanmış ********** saylı alqı-satqı müqaviləsi üzrə 76136,32 (yetmiş altı min yüz otuz altı manat otuz iki qəpik) manat məbləğində əsas borcun, 11745,3 (on bir min yeddi yüz qırx beş manat otuz qəpik) manat cərimə məbləğinin və köçürülmüş dövlət rüsumuna görə 30 (otuz) manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 01.12.2021-ci il tarixə saat 12:30-a təyin edilmişdir. İddiaçı Holcim (Azərbaycan) ASC-nin nümayəndəsi Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə 26.11.2021-ci il tarixdə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, işin baxılmamış saxlanılması barədə ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Holcim (Azərbaycan) ASC-nin Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3587/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3587/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver