Məhkəmə qərarları › İş №e-2-2(113)-3593/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3593/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3593/2021 12.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə GSM müqaviləsinə əsasən 166,96 manat xidmət haqqının və ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 186,96 manat pulun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış GSM müqaviləsinə əsasən sonuncu cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 166,96 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-3.2.4-ci maddəsinə görə ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. 284-4.1.4-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduqda və ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilmədikdə məhkəmə həmin ərizənin qəbul olunmasından imtina edir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə 2015-ci ildə bağlansa da, hesab/invoice görə Cavabdeh MMC-nin 31.03.2021-ci il tarixində rabitə xidmətlərindən istifadə edərək (halbuki heç bir nömrə hazırda təyin edilmir) 445,44 manat borcun olduğu görünür, lakin iddiaçı iddia ərizəsində Cavabdeh MMC-nin 166,96 manat xidmət haqqı borcunun qaldığını qeyd etmiş, həmçinin borcun hansı dövrdə yaranması ilə bağlı sübut təqdim etməmişdir. Buna görə də həmin hissədə mübahisə olduğunu, nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 20 manat məbləğində dövlət rüsumunu 21.12.2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hesabına ödəmiş, halbuki həmin məbləğdə olan dövlət rüsumunu Bakı Kommersiya Məhkəməsinin hesabına ödəməli idi. Bu da onu göstərir ki, iddiaçı (sözügedən dövlət rüsumunun geri qaytarılması barədə məhkəmə qərardadı olmadığına görə) həmin dövlət rüsumundan artıq bir dəfə istifadə etməklə təkrarən eyni dövlət rüsumu ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 263, 264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 21.12.2018-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar