Məhkəmə qərarları › İş №e-2-2(113)-3595/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3595/2023

24.06.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3595/2023 24.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 121,89 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3542,02 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx.xx.1980-ci il, doğulduğu yer – Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 121,89 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 121,89 manat), Dövlət Sosial Müdafiə Fonduna 3542,02 manat, İşsizlikdən sığorta fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat olmaqla, ümumilikdə 3663,91 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********955100 nömrəli, xx.xx.2023-cü il tarixli **********796600 nömrəli, xx.xx.2023-cü il tarixli **********947200 nömrəli və xx.xx.2023-cü il tarixli **********262600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs ərizəyə yazılı etiraz (sonuncu şəxsi hesab vərəqəsi ilə birlikdə) təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ona qarşı qaldırdığı "Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında" iddia ərizəsinin əsassız olduğunu, qanuni təmsilçisi olduğu "xxxx" MMC tərəfindən iddia ərizəsində qeyd olunan xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində gələn borc bildirişlərinə əsasən borcların aprel və may aylarında tam şəkildə ödəndiyini, yeni yaranmış borc üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğunu qeyd edərək, ona qarşı qaldırılmış əsassız borc iddiasının baxılmamış saxlanmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Mədaxil qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən Dövlət Vergi Xidməti - Milli Gəlirlər Departamenti və Dövlət Vergi Xidməti – DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 2023-cü ilin mart-iyun aylarını əhatə edən dövr üzrə müxtəlif vaxtlarda və məbləğlərdə pul vəsaiti ödənilmişdir. "xxxx" MMC-nin (VÖEN: **********) sonuncu şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin (xx.xx.2023-xx.xx.2023-cü illəri əhatə edən dövr üçün, eləcə də həmin dövrlərdə maraqlı şəxs tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla) xx.xx.2023-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna olan borcu 3.604,64 manat, dövlət büdcəsinə olan borcu 5.402,74 manat təşkil edir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********955100 nömrəli, xx.xx.2023-cü il tarixli **********796600 nömrəli, xx.xx.2023-cü il tarixli **********947200 nömrəli və xx.xx.2023-cü il tarixli **********262600 nömrəli bildirişlərin surətlərindən görünür ki, "xxxx" MMC-dən borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxsdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergiləri, dövlət sosial sığorta haqlarını ödəmək öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Vergi ödəyicisinə borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. MPM-in 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. İddia ərizəsində qeyd olunan xx.xx.2023 və xx.xx.2023-cü il tarixli borc bildirişlərinə əsasən borcların aprel və may aylarında tam şəkildə ödənilməsi barədə maraqlı şəxsin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, birincisi, Bakı şəhəri Lokal Gəlir Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında verilmiş ərizədə "xxxx" MMC-nin 2023-cü ilin mart ayına deyil, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə həmin şirkətin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması xahiş edilmişdir. İkincisi, hazırkı ərizədə hüquqi şəxsin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 121,89 manat, Dövlət Sosial Müdafiə Fonduna isə 3542,02 manat məbləğində borcunun olması göstərildiyi halda maraqlı şəxs tərəfindən ərizədə göstərilən tarixdən sonrakı dövrə dair yalnız iki ədəd ödəniş sənədi (xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna cəmi 2350,59 manat məbləğində ödəniş edilməsini təsdiq edən) təqdim edilmişdir, maraqlı şəxsin təqdim etdiyi digər ödəniş sənədləri isə Lokal Gəlirlər Baş İdarəsinin ərizəsində göstərilən tarixdən əvvəlki dövrə aiddir. Odur ki, təqdim edilmiş ödəniş sənədləri hüquqi şəxs tərəfindən ərizədə göstərilən tarixə mövcud olmuş dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcun tam olaraq ödənilməsini təsdiq etmir. Bundan əlavə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixinə olan şəxsi hesab vərəqəsindən aydın görünür ki, maraqlı şəxsin istinad etdiyi ödənişlər edildikdən sonra hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna 3.604,64 manat, dövlət büdcəsinə 5.402,74 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Odur ki, maraqlı şəxsin istinad etdiyi dəlillər hazırkı ərizənin rədd edilməsi üçün əsas vermir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, üçün "xxxx" MMC-nin icra orqanının rəhbəri – xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-in 355-7.4-cü maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna olan borcun ödənilməsini təmin etmək üçün "xxxx" MMC-nin icra orqanının rəhbəri – xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar