Məhkəmə qərarları › İş №e-2-2(113)-3597/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3597/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3597/2025 11.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə satılmış malların dəyərinin ödənilməməsi nəticəsində yaranmış 24413,37 manat əsas borcun,1400 manat faiz məbləğinin,168 manat dövlət rüsumunun və 300 manat vəkil xidmətinə görə ödənilmiş məbləğin,cəmi 26281.71 (iyirmialtımin iki yüz səksən bir) manat məbləğində pul vəsaitinin “Cavabdeh” "xxxx"MMC -dən tutularaq “İddiaçı” "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Azər Abbasov arasında xx.xx.2023-cü il tarixli,190 ASM/2023 nömrəlimüqavilə bağlanılmışdır.Müqavilənin 5.1 maddəsi ilə müqavilənin qüvvədə olma müddəti 1 ilmüəyyən edilmişdir. Həmin müddətdə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, EBDR nömrəli e-qaimə ilə 389.4 manat, xx.xx.2023-cü il tarixli, EBDR 579560 nömrəlie-qaimə ilə 100 manat, xx.xx.2023-cü il tarixli, EBDR 579278 nömrəlie-qaimə ilə 165 manat, xx.xx.2023- cü il tarixli, EBOS 566786 nömrəli e-qaimə ilə 88.50, xx.xx.2023-cü il tarixli, EBDT 124640 nömrəli eqaimə ilə 101.48 manat, xx.xx.2023-cü il tarixli, EBDV 755906 nömrəlie-qaimə ilə 73.16,1 manat,xx.xx.2024-cü iltarixli, EBDW 719810 nömrəlie-qaimə ilə 219.48 manat, xx.xx.2024-cü il tarixli EBDX 105832 nömrəlie-qaimə ilə 330.40 manat, xx.xx.2024-cü il tarixli EBDX 105487 nömrəlie-qaimə ilə 219.48 manat, xx.xx.2024-cü il tarixli EBDX 831018 nömrəlie-qaimə ilə 200.60 manat, xx.xx.2024-cü il tarixli EBDZ 058038 nömrəlie-qaimə ilə 710.00 manat, xx.xx.2024-cü il tarixli EBDZ 065308 nömrəli e-qaimə ilə 230.00 manat, xx.xx.2024-cü il tarixli, MT 2***-******* nömrəli e-qaimə ilə 10001.53manat, xx.xx.2024-cü il tarixli, MT 2***- *******6 nömrəli e-qaimə ilə 3727.68 manat, xx.xx.2024-cü il tarixli, MT 2***-*******1 nömrəli e-qaimə ilə 685.19 manat, xx.xx.2024-cü il tarixli,2***-*******0 nömrəli e-qaimə ilə 6992.60 manat, xx.xx.2024-cü il tarixli, MT 2***-*******3 nömrəli e-qaimə ilə 70.80 manat ,xx.xx.2024cü il tarixli, MT 2408- 10855418 nömrəli e-qaimə ilə 899.55 manat və xx.xx.2024-cü il tarixli, MT 2***-*******0 nömrəli e-qaimə ilə 2036 manat dəyərində ehtiyyat hissələri verilmişdir. Verilmiş həmin mallar,təhvil-təslim aktları ilə X3 tərəfindən qəbul olunmuşdur. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə satılmış malların dəyərinin ödənilməsi ilə bağlıAlıcı tərəfindən vədlər verilsədə bu vədlərə əməl olunmamışdır.Yalnız bir dəfə ,xx.xx.2024-cü il tarixdə 777.75 manat əsas borcdan və 139.99 manat ƏDV ödənilmişdir.Tərəflər arasında bağlanılmış 21 noyabr 2024-cü il tarixli Üzləşmə aktı ilə Aıcının 24413.37 manat borcu olduğu təsdiq edilmişdir. Cavabdeh "xxxx" MMC-nin müqavilə əsasında sifarişi ilə verilmiş mallar üzrə yuxarıda qeyd edilmiş qaimələr üzrə ödənilməyən borc məbləği 24413.37(iyirmi dörd min dörd yüz on üç manat otuz yeddi qəpik) manat məbləğində olmuşdur. Müqavilə öhdəliklərinizi qısa müddətdə yerinə yetirməyi, borclu olduğunuz məbləği müqavilə şərtlərinə əməletməklə ödəmənizlə bağlı Cavabdehə Pretenziya göndərilmiş,lakin hər hansı tədbir görülməmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsininə əsasən malın dəyərinin Müqavilədə göstərildiyi müddətdə ödənilmədiyinə görə hər sifariş olunan malın dəyərinə cərimə tətbiq edilməklə iddiaçıya ödəniləcək məbləğə 1400 manat faiz hesablanmalıdır.Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun8.1.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmişdir. İddiaçı "xxxx" MMC tərfindən 168.34 manat miqdarında dövlət rüsumu ödənilmişdir. Eynizamanda "xxxx" MMC tərfindən 300 manat miqdarında vəkil xidmətinə görə muzd ödəmişdir

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 190ASM/2023 saylı Alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1-ci bəndinə əsasən Satıcı, avtomobil ehtiyat hissələrini (bundan sonra "Mallar") Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Malların əvəzində razılaşdırılmış pulu Satıcıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı Mallarla birlikdə təhvil-təslim sənədlərini də Alıcıya təqdim etməlidir.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən təhvil verilmə anında Malların kəmiyyətində və yaxud keyfiyyətində çatışmazlıq üzə çıxarsa, bu çatışmazlıqlar barədə qüsur akti tərtib olunmaqla müəyyən ediləcəkdir.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən alıcı Malları qanuvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etməlidir.

12. Müqavilənin 2.4-cü bəndinə əsasən Mallar Alıcı tərəfindən təhvil alındıqdan sonra Malların kəmiyyəti barəsində Satıcıya qarşı iddia irəli sürülə bilməz.

13. Müqavilənin 3.1-ci bəndinə əsasən Satıcı tərəfindən hər dəfə edilən sifarişə uyğun olaraq tərtib edilmiş qaimə-fakturaya əsasən müəyyən olunur.

14. Müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş Alıcı tərəfindən bank vasitəsilə nağdsız formada həyata keçirilir.

15. Müqavilənin 3.3-cü bəndinə əsasən malların dəyəri hər sifariş zamanı tam olaraq əvvəlcədən ödənilməlidir.

16. 23 iyul 2024-cü il tarixli 13№ təhvil-təslim aktına əsasən müxtəlif çeşiddə 10001,53 manat dəyərində, 23 iyul 2024-cü il tarixli №12 təhvil təslim aktına əsasən müxtəlif çeşiddə 3727,68 manat dəyərində, 1 avqust 2024-cü il tarixli №16 təhvil-təslim aktına əsasən müxtəlif çeşiddə 6992,60 manat dəyərində, 29 iyul 2024-cü il tarixli №15 təhvil-təslim aktına əsasən 685,20 manat dəyərində, 6 avqust 2024-cü il tarixli №17 təhvil-təslim aktına əsasən 70,80 manat dəyərində, 14 avqust 2024-cü il tarixli №18 təhvil-təslim aktına əsasən müxtəlif çeşiddə 899,55 manat dəyərində, 16 avqust 2024-cü il tarixli №19 təhvil-təslim aktına əsasən 2036 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

17. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə satılmış mallara dair xx.xx.2023-cü il tarixli, EBDR579872 nömrəli - 389.4 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDR 579560 nömrəli 100 manat, xx.xx.2023-cü il tarixli, EBDR 579278 nömrəlie-qaimə ilə 165 manat, xx.xx.2023- cü il tarixli, EBOS 566786 nömrəli e-qaimə ilə 88.50 manat, xx.xx.2023-cü il tarixli EBDT 124640 nömrəli 101.48 manat, xx.xx.2023-cü il tarixli, EBDV755906 nömrəli 73.16 manat, xx.xx.2024-cü il tarixli, EBDW 719810 nömrəli 219.48 manat, xx.xx.2024-cü il tarixli EBDX 105832 nömrəli 330.40 manat, xx.xx.2024-cü il tarixli EBDX105487 nömrəli 219.48 manat, xx.xx.2024-cü il tarixli EBDX 831018 nömrəli 200.60 manat, xx.xx.2024-cü il tarixli EBDZ 058038 nömrəli 710.00 manat, xx.xx.2024-cü il tarixli EBDZ065308 nömrəli 230 manat, xx.xx.2024-cü il tarixli, MT 2***-******* nömrəli 10001,53 manat, xx.xx.2024-cü il tarixli, MT 2***-*******6 nömrəli 3727.68 manat, xx.xx.2024-cü il tarixli, MT 2***-*******1 nömrəli 685.19 manat, xx.xx.2024-cü il tarixli,2***-*******0 nömrəli 6992.60 manat, xx.xx.2024-cü il tarixli, MT 2***-*******3 nömrəli 70.80 manat ,xx.xx.2024-cü il tarixli, MT 2408- 10855418 nömrəli 899.55 manat və xx.xx.2024-cü il tarixli, MT 2***-*******0 nömrəli 2036 manat dəyərində e-qaimələr göndərilmişdir.

18. 21 noyabr 2024-cü il tarixli Üzləşmə Aktına əsasən xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 24.413,37 manat təşkil etmişdir. Akt hər iki tərəfin imza və möhürləri ilə təsdiq etmişlər.

19. 16.04.2025-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı MMC tərəfindən Nümayəndə hesabına vəkil xidməti haqqı qismində 300 manat məbləğində ödəniş edilmişdi.

20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər .

26. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 190ASM/2023 saylı Alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı, avtomobil ehtiyat hissələrini Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Malların əvəzində razılaşdırılmış pulu Satıcıya ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 24.413,37 manat ödənilməmiş borcu qalmışdır.

27. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim və üzləşmə aktları ilə ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 24.413,37 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 24.413,37 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 24.413,37 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

29. Bundan əlavə iddiaçı borcun ödənişinin gecikdirilməsinə görə 1400 manat faiz borcunun cavabdehdən tuulmasını xahiş etmişdir. Bu tələbin əsası kimi Mülki Məcəllənin 449-cü maddəyə istinad olunmuşdur. Məhkəmə bu hissədə tələbi qismən əsaslı hesab edir.

30. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

31. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə satılmış mallara görə göndərilmiş e-qaimələr və 2024-cü il tarixli təhvil-təslim aktları üzrə borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur. Beləliklə, bu hissədə iddia qismən təmin edilərək borcun ödənişinin bir il gecikdirilməsinə görə 1220 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 300 manat məbləğində vəkil xərci və 169 manat dövlət rüsumu ödənilmişdir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 168 manat və vəkil xərcinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 24.413,37 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 1220 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 300 manat, dövlət rüsumunun əvəzi olaraq 168 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar