Məhkəmə qərarları › İş №e-2-2(113)-3599/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3599/2023

16.06.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3599/2023 16.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 13473109,65 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 9527,95 manat, İşsizlikdən sığorta fonduna olan 336,98 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1511,45 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. MPM-nin 153.2.1 maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Elektron məhkəmə” informasiya sistemindən məlum olur ki, hazırki iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixinə ölümü qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar