Məhkəmə qərarları › İş №e-2-2(113)-36/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-36/2023

30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-36/2023 30.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə X1 müvəqqəti təminat tədbiri barədə ərizənin qismən təmin edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-5283/2021 nömrəli qərardadının ləğvi məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən **********00000 saylı abonent kodu olan istixanaya 28 iyul 2020-ci il tarixdə çıxarılmış ********** nömrəli qaz sayğacını yerinə quraşdıraraq təbii qazın verilməsinin bərpa edilməsi və 112934,20 manat borcun ödənilməməsinə görə istixanaya təbii qazın verilməsinin dayandırılmasının Cavabdehnə qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-5283/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən **********00000 saylı abonent kodu olan istixanaya 112934.20 manat borcun ödənilməməsinə görə təbii qazın verilməsinin dayandırılmasının Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Eyni zamanda iddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus Şəmkir rayonu, Dəllər kəndində yerləşən istixanaya xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 112934,20 manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5237/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2022-ci il tarixdə icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş və artıq qətnamə icra edilmişdir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2. Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır Beləliklə, məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirinin əlaqəli olduğu iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi artıq icra edildiyindən onun mövcudluğu ilə bağlı bağlı zərurət aradan qalxmışdır. Odur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-5283/2021 nömrəli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilməli, təbii qazın verilməsinin dayandırılması ilə bağlı cavabdehin üzərinə qoyulmuş qadağa götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-5283/2021 nömrəli qərardadı ilə tətbiq edilmiş Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən **********00000 saylı abonent kodu olan istixanaya 112934.20 manat borcun ödənilməməsinə görə təbii qazın verilməsinin dayandırılmasının Cavabdehnə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar