Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-360/2024 01.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış “07” noyabr 2019-cu il tarixli, 95/209 nömrəli malların alqı-satqısı müqaviləsi üzrə ödənilməmiş 20.209,86 manat məbləğində borcun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 (iki yüz) manatın və hüquqi yardım üçün vəkilə ödənilmiş 750 manat məbləğində pul vəsaitinin, ümumilikdə 21.159,86 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, “icraçı” qismində çıxış edən İddiaçı direktoru X2 ilə “Sifarişçi” qismində çıxış edən Cavabdeh MMC-nin direktoru X1 arasında “07” noyabr 2019-cu il tarixli, 95-2019 nömrəli malların alqı-satqısı müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən, “İcraçı” bu Müqavilədə nəzərdə tutulan malları həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə “Sifarişçi”-yə verməyi, “Sifarişçi” isə bu malları razılaşdırılmış miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi və bunun müqabilində razılaşdırılmış müddətdən gec olmayaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə əsasında İddiaçı MMC tərəfindən bu müqavilədə nəzərdə tutulan mallar həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə “Sifarişçi”-ya təhvil verilmişdir. “Sifarişçi” isə bunun müqabilində 23.749,86 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürsə də, sonuncu tərəfindən bugünədək ödənişlər tam şəkildə həyata keçirilməmişdir. Belə ki, cavabdehə 23.749,86 manat məbləğindən borcun tam şəkildə ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Cavabdeh MMC tərəfindən ümumilikdə 3.540 manat məbləğində ödəniş edilmişdir. Nəticə olaraq, “07” noyabr 2019-cu il tarixli, 95- 2019 nömrəli malların alqı-satqısı müqaviləsinə əsasən, Cavabdeh MMC tərəfindən ödənilməli olan 20.209,86 manat məbləğində pul hələ də ödənilməmiş olaraq qalmaqdadır.
3. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış “07” noyabr 2019-cu il tarixli, 95/209 nömrəli malların alqı-satqısı müqaviləsi üzrə Cavabdeh MMC-nin, "xxxx" MMC-yə avans olaraq ödədiyi 3000 manat pulun, 38 manat dövlət rüsumunun və 200 manat hüquqi xidmət üçün ödənilən pulun, cəmi 3.238 manat pulun "xxxx" MMC-dən tutularaq, Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “07” noyabr 2019-cu il tarixli, 95/209 nömrəli malların alqı-satqısı müqaviləsi bağlanıb. Lakin "xxxx" MMC, bu günə qədər həmin müqavilə üzrə öhdəliyini icra etməyərək Cavabdeh MMC-yə heç bir mal təhvil verməmişdir. Bununla birlikdə həmin malların təhvil verilməsi üçün İcea MMC, Alyans MMC-yə xx.xx.2020-ci ildə, yəni müqavilə bağlanandan 9 ay sonra 2000 manat, xx.xx.2022-ci il tarixində isə 1000 manat olmaqla cəmi 3000 manat avans ödəmişdir. Buna baxmayaraq Alyas MMC, müxtəlif bəhanələr ilə həmin malları bu günə qədər təhvil vermədiyi kimi, İcea MMC-ni məhkəməyə verərək ondan təhvil vermədiyi malların qiyməti olaraq 20209,86 manat pul tələb etmişdir. Hesab edirik ki, bu qəbul edilməzdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
11. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
12. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır.
14. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında “07” noyabr 2019-cu il tarixli, 95/209 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
15. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin tapşırığına əsasən bu müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşma protokolunda göstərilən malmaterialların markalara, standartlara və digər qeyd olunmuş göstəricilərə uyğun təmin etməyi öhdəsinə götürür.
16. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı malların göndərilməsi üzrə bu müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirərək və nəqliyyat xərclərini öz üzərinə götürməklə sifarişçiyə malın hazır olan hər bir hissəsini elektron qaimə və VHF əsasında təhvil verir.
17. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi bu müqavilə üzrə göndərilmiş malların hazır olan hissəsini təxirəsalınmadan elektron qaimə faktura əsasında qəbul edir.
18. Müqavilə hər iki hüqüqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.
19. Məhkəmə ilk növbədə qeyd edir ki, həm ilkin həm də, qarşılıqlı iddianın faktiki əsasını tərəflər arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli, 95/209 nömrəli alqı-satqı müqaviləsi təşkil edir.
20. İlkin və qarşılıqlı iddia ərizələrindən göründüyü kimi, ilkin iddiaçı 23.749,86 dəyərində olan malların cavabdehə verildiyini, cavabdehin verilmiş olan mallara görə 3.540 manat ödəniş etdiyini və 20.209,86 manat borcunun qaldığını bildirir, qarşılıqlı iddiaçı isə müqavilə üzrə ona hər hansı bir malın verilmədiyini və ödəmiş olduğu 3000 manat pulun qaytarılmasını xahiş edir.
21. Bu xüsusda məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından hər iki iddiaya paralel araşdırılmaqla qiymət verilməlidir. Ona görə də, də müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə alqı-satqı müqaviləsi üzrə malların verilibverilməmidir.
22. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBAD 024870 saylı xx.xx.2019-cu il tarixli, dəyəri 20.166,20 manat olan və EBAF 380728 saylı xx.xx.2020-ci il tarixli, dəyəri 3.583,66 manat olan elektron qaimələr göndərilmişdir.
23. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdəki məbləğlərin cəmi, 23.749,86 manat təşkil edir.
24. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBAD 024870 saylı xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə xx.xx.2020-ci il tarixdə 2.000 manat, xx.xx.2020-ci il tarixdə isə həmin elektron qaimə üzrə 1.000 manat məbləğində ödəniş edilmişdir.
25. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində iddiaçı tərəfindən cavabdehə malların təhvil verilmədiyini, cavabdeh tərəfindən 3.000 manat məbləğində pulun avans olaraq ödənildiyini bildirsə də, Məhkəmə cavavdeh tərəfin qeyd edilən dəlilini əsassız hesab edir.
26. Belə ki, cavabdeh tərəfin EBAD 024870 saylı xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərdə ödəniş etməsi malların ona təqdim edilməsini halını təsdiq edir.
27. Həmçinin də, qeyd edilməlidir ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə elektron qaimə təqdim edildikdən xeyli müddət sonra ayrı-ayrı tarixlərdə - xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərdə ödəniş etməsi halı da, iddiaçı tərəfindən malların cavabdehə verilməsi halını bir daha təsdiq edir.
28. Bu xüsusda, məhkəmə o nəticəyə gəlir ki, tərəflər arasında formalaşmış olan işgüzar münasibətlər məhz elektron qaimələr üzərindən həyata keçirilmiş və iddiaçı tərəfindən cavabdehə göndərilmiş digər xx.xx.2020-ci il tarixli, dəyəri 3.583,66 manat olan elektron qaimədə də, qeyd edilmiş mallar cavabdehə təhvil verilmişdir.
29. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş və cavabdehin (alıcı) almış olduğu malların dəyərini iddiaçı (satıcıya) ödəmək öhdəliyi yaranmışdır.
30. Yuxarıda da, qeyd edildiyi kimi, hər iki elektron qaimədə əks olunmuş məbləğlərin cəmi 23.749,86 manat təşkil edir. Cavabdeh tərəf qeyd edimiş məbləğdən cəmi 3.000 manat ödəniş etmişdir. Həmçinin qeyd edilməlidir ki, ödənilmiş 3000 manat pulun ƏDV-si 540 (3000x18/100) manat təşkil edir.
31. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia əsaslı, qarşılıqlı iddia isə əsassızdır və 20.209,86 (23.749,86-3000-540=20.209,86) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.
32. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə də, əsassızdır.
33. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
34. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
35. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
36. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
37. Belə olan halda, müəyyənləşdirilməli olan məsələ öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır.
38. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş olan hər iki elektron qaimədə tərəflər arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli müqaviləyə istinad olunmuşdur. Yuxarıda da, qeyd edildiyi kimi, 07 noyabr 2019-cu il tarixli müqaviləyə istinad olunmaqla göndərilmiş olan EBAD 024870 saylı xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə son ödəniş xx.xx.2022-ci il tarixində 2.000 manat olmuşdur.
39. Məhkəmə həmçinin qeyd edir ki, 2-ci yəni EBAF 380728 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə ödəniş edilməsə də, həm bu, həm də, bir hissəsi ödənilmiş elektron qaimə özü-özlüyündə ayrıca əqd olmamaqla, bir növ 07 noyabr 2019-cu il tarixli müqavilənin müqavilənin tərkib hissəsidir.
40. Bu baxımdan Məhkəmə qeyd edir ki, iddia müddətinin axımı xx.xx.2022-ci il yəni, müqavilə üzrə edilmiş son ödəniş tarixindən hesablanmalıdır. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ötməmişdir.
41. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq ümumilikdə, 200 manat məbləğində pul Bakı 15 saylı Mediasiya təşkilatına ödənmişdir.
42. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
43. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 750 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
44. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 750 manat məbləğində pul “Mirzəyev və partnyorları” Vəkil Bürosunun hesabına ödənmişdir.
45. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 750 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
46. Beləliklə, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir.
V. Nəticə:
47. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia təmin edilsin. 07 noyabr 2019-cu il tarixli, 95/209 nömrəli alqı-satqı müqaviləsi üzrə 20.209 (iyirmi min iki yüz doqquz) manat, 86 (səksən altı) məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardım üçün vəkilə ödənilmiş 750 (yeddi yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov