Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3602/2021 17.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı "Sun Food” MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: "Sun Food” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1700,94 manatın və 30 manat dövlət rüsumunun - cəmi 1730,94 manat məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01.01.2020-ci il tarixli, SQ21/103 saylı “Alqı-satqı” müqaviləsi bağlanılmışdır. Daha sonra 21.02.2020-ci il, 22.02.2020-ci il, 27.02.2020-ci il tarixli 200922 nömrəli, 27.02.2020-ci il tarixli 536206 nömrəli, 03.03.2020-ci il tarixli, 11.03.2020-ci il tarixli, 26.03.2020-ci il tarixli, 26.05.2020-ci il tarixli “Malların Təhvil-Qəbul Aktı”na əsasən Cavabdeh MMC İddiaçı MMC-dən cəmi 1700,94 (min yeddi yüz manat doxsan dörd qəpik) manat dəyərində müxtəlif “Mallar” qəbul etsə də, həmin “Malların” dəyərini hazırkı vaxtadək şirkətə ödəməmişdir. Göstərilən məbləğdə “Mallar”ın şirkət tərəfindən qəbul edilməsini qeyd olunan “Malların Təhvil-Qəbul Aktları” bir daha sübut edir. Ödənişin həyata keçirilməsi üçün tərəflərindən şirkətə 21.02.2020-ci il, 22.02.2020-ci il, 27.02.2020-ci il tarixli 944283 nömrəli, 27.02.2020-ci il tarixli 938724 nömrəli, 04.03.2020-ci il tarixli, 11.03.2020-ci il tarixli, 26.03.2020-ci il tarixli, 26.05.2020-ci il tarixli “Elektron qaimə”lər də göndərilmişdir. Bununla bağlı dəfələrlə nümayəndə vasitəsilə şirkətin rəhbəri ilə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin hər hansı bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01.01.2020ci il tarixli, SQ21/103 saylı alqı-satğı müqaviləsindən görünür ki, Şirkət ("Sun Food” MMC) mülkiyyətində olan müxtəlif növ malları (bundan sonra məhsul adlandırılacaq) Müştəriyə (Cavabdeh MMC) satmaqla onun mülkiyyətinə verməyi, Müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Şirkətə ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 31.12.2020-ci il tarixli Qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya olan borcu (ƏDV daxil olmaqla) 1700,94 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin hallarından görünür ki, cavabdehin iddiaçıya (ƏDV daxil olmaqla) 1700,94 manat borcu yaranmışdır. Cavabdeh isə qeyd olunan malın əvəzinin ödənilməsinə dair hər hansı sənəd təqdim etmədiyindən və bu barədə məhkəməyə etiraz təqdim etmədiyindən məhkəmə hesab edir ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Ona görə də, iddia təmin edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 1700,94 (min yeddi yüz manat doxsan dörd qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi - cəmi 1730,94 (min yeddi yüz otuz manat doxsan dörd qəpik) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3602/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3602/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver