Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3602/2025 19.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, S258/22 saylı müqavilə üzrə 1.725,83 manat əsas, 172,58 manat dəbbə pulu və 39 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 1.937,41 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə arasında S258/22 saylı “Təchizat” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 1725.83 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni "xxxx" MMC-yə ödəməmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2-2(113)- 3602/2025 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Əsas borc üzrə 1.725 (bir min yeddi yüz iyirmi beş) manat 83 (səksən üç) qəpik, cərimə borcu üzrə 172 (bir yüz yetmiş iki) manat 58 (əlli səkkiz) qəpik olmaqla, cəmi 1.898 (bir min səkkiz yüz doxsan səkkiz) manat 41 (qırx bir) qəpik məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 (otuz doqquz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2- 2(113)-3602/2025 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə ərizə verərək, e-2-2(113)- 3602/2025 saylı iş üzrə qiyabi qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-2(113)- 3602/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, e-2-2(113)-3602/2025 saylı qiyabi qətnaməsi ləğv edilmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
11. İş materiallarından görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında S258/22 saylı xx.xx.2022-ci il tarixli təchizat müqaviləsi bağlanmışdır.
12. İddiaçı tərəf hazırda cavabdeh tərəfindən müəyyən ödəniş edildikdən sonra 1.725,83 manat borcunun qaldığını bildirir.
13. İddiaçı iddia ərizəsi üzrə borc məbləğini iş materiallarına əlavə edilmiş 2023-cü ilə aid elektron qaimələrə əsaslanaraq cavabdehdən tələb etmişdir.
14. Məhkəmənin iclasında iştirak edən Cavabdeh, iddiaçı ilə müqavilə bağladığını, malları aldığını qəbul etmiş, malların dəyərini İddiaçı MMC-nin işçisi Mətləb adlı şəxsə verdiyini, iddiaçıya borcunun olmadığını bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, 2023-cü ilin noyabr 23-dək İddiaçı MMC-də ekspeditor vəzifəsində işlədiyini, Cavabdeh verilmiş mallara görə bütün pulları ödədiyini, Cavabdeh pulu ona verdiyini, onun isə İddiaçı MMCyə verdiyini və Cavabdeh hər hansı bir borcunun olmadığını bildirmişdir.
16. Göründüyü kimi, iş üzrə şahid qismində dindirilmiş iddiaçının işçisi olmuş şəxs cavabdehin hər hansı bir borcunun qalmadığını və pulları ona veridiyini, onun isə iddiaçıya verdiyini bildirmişdir.
17. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh tərəfin hər hansı bir borcu qalmamışdır.
18. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov