Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3604/2023 02.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.110,30 manat məbləğində əsas borcun və ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya haqqının və hüquqi xidmələrin göstərilməsinə görə ödənilmiş 1000 manat vəsaitin cavabdeh "AZ-MEP GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə "AZ-MEP GROUP” MMC arasında malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən, Tərəflər müqavilədə qeyd edilən əşyaların "xxxx" QSC tərəfindən "AZ-MEP GROUP” MMC-yə verilməsi, "AZ-MEP GROUP” MMC tərəfindən isə həmin əşyaların qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı razılığa gəliblər. Satılan əşyalar razılaşdırılmış vaxtda təqdim edilmiş və ödəniş üçün tələb olunan hesab-fakturalar tam şəkildə "xxxx" QSC tərəfindən göndərilmişdir. Lakin, müqavilə üzrə ödənişlərin icrası müddətinin keçməsinə baxmayaraq, "AZ-MEP GROUP MMC tərəfindən ödəniş cari tarixədək həyata keçirilməmişdir. Yuxarıda qeyd olunmuş elektron qaimələr üzrə borc məbləği aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixli 011022 nömrəli elektron qaimə üzrə 8.951,48 manat, xx.xx.2021-ci il tarixli 349447 nömrəli elektron qaimə üzrə 14.158,82 manat olmaqla, ümumilikdə 23.110,30 manat məbləğində borc mövcuddur. Mövcud borcun ödənilməsi üçün "xxxx" QSC tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, 27 aprel 2023-cü il tarixində cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq elektron formada pretenziya məktubu göndərilərək borcun ödənilməsi üçün 7 (yeddi) gün müddət verilmiş, lakin cavabdeh mövcud borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Buna görə də mübahisənin həlli üçün "xxxx" QSC tərəfindən 12 saylı mediasiya təşkilatına müraciət edilmişdir. 06 iyun 2023-cü il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və mediasiya təşkilatı tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməmisinə dair arayış təqdim edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
10. Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
11. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. Həmin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
14. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında alqı-satqı münasibətləri mövcud olmuşdur.
15. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi tərəflər arasında yazılı alqı-satqı müqaviləsinin olmadığını, tərəflər arasında əvvəllər də ticarət münasibətlərinin olduğunu bildirərək, cavabdehin ödənilməmiş 23.110,3 manat borcunun qaldığını bildirmişdir.
16. Məhkəmə qeyd edir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
17. Məhkəmə həmçinin qeyd edir ki, qeyd edilən halın müəyyənləşdirilməsi üçün tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna diqqət yetirilməlidir.
18. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 2.837,90 manat olan EBBD seriyalı 670441 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə göndərilmiş və sonuncu da, qeyd edilmiş elektron qaimədə göstərilmiş məbləği iddiaçıya ödəmişdir.
19. Qeyd edilən hal o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlər məhz elektron qaimə üzrə həyata keçirilmişdir.
20. İş materiallarından görünür ki, EBBG seriyalı 011022 nömrəli xx.xx.2021-ci il tarixli dəyəri 8.951,48 manat olan və EBBH seriyalı 349447 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 14.158,82 manat olan elektron qaimələr İddiaçı tərəfindən Cavabdehnə göndərilmişdir.
21. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 23.110,3 manat təşkil edir.
22. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən elektron qaimələrdə göstərilmiş mallar cavabdehə verilmiş və ona görə də, onun verilmiş malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.
23. Ona görə də, iddia təmin olunmalı, 23.110,3 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənməlidir.
24. İş materiallarında olan MŞB/xx/xx/00526 nömrəli xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq ümumilikdə, 200 manat məbləğində pul Bakı 12 saylı Mediasiya təşkilatına ödənmişdir.
25. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.
26. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 1000 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
27. İş materiallarına əlavə edilmiş İddiaçı direktoru X1 ilə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 247 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1000 (bir min) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir.
28. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına ödənmişdir.
29. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 1000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə əsas borc üzrə 23.110 (iyirmi üç min yüz on) manat, 30 (otuz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov