Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3606/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8397.23 manat dəyərində borcun və 103,97 manat məbləğinə dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Sabirabad Filialıilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4/23-283 saylı alğı-satqı müqaviləsinə əsasən Sabirabad rayonu, Quruzma kəndi ərazisində yerləşən 10.00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 16603.80. manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalıdı. Cavabdehin sifarişi əsasında 330.00 manat məbləğində çöp doğrama, 750.00 manat məbləğində 1- ci şum, 675.00 manat məbləğində 2-cişum, 720.00 manat məbləğində mala çəkmə, 51.80 manat məbləğində kanal çəkmə, 255,00 manat məbləğində çiyid səpini, 702.00 manat məbləğində kultivasiya, 280.00 manat məbləğində rotasiyon-kultivasiya, 252.00 manat məbləğində kultivasiya-baraza, 784.00 manat məbləğində dərman səpini, 900.00 manat məbləğində 1-ci üz maşınla pambıq yığımı, 252.00 manat məbləğində baraza-gübrə ilə, 1500.00 manat məbləğində çiyid, 4802.00 manat məbləğində dərman/gübrə, 4350.00 manat avans, becərmə, suvarmaya, cəmi: 16603.80 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq, mövsümbaşa çatsa da 8206,57 manat məbləğində 10258.21 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 8397.23 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli yekun aktı heç bir səbəb göstərmədən imza etməkdən imtina etdi. Cavabdehin borclu qalməsi onun tərəfindən imzalanan iş aktları qaimələr və digər sənədlərlə təsdiq edilir.
3. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, o, Sabirabad rayonu, Quruzma Bələdiyyəsinin mülkiyyəti olmaqla icarəsində olan 15 ha əkin təyinatlı torpaq sahədə 2018-ci ildən İddiaçı MMC-nin Sabirabad zavodu ilə müqavilə bağlamaqla həmin sahədə pambıq əkir. Müqaviləm müxtəlif illərdə fərqli hektarlarla olmuş – 5,7,10 və 12 ha təşkil etmişdir. Məlumat üçün qeyd edir ki, bu vaxta qədər heç vaxt şirkətə borclu qalmamışdır. Bir tək 2019-cu ili istisna etməklə. Belə ki, 2019-cu məhsul ilində əkin zamanı Aqronomun, pambıq nümayəndəsinin sahədə olmaması, nəzarət etməməsi səbəbindən Əli adlı traktorist toxum səpməni düzgün etməmişdir. O başqa qonşu torpaq sahəsinin xüsusiyyətinə uyğun toxumu 10 sm qoymaqla səpmə aparmış və onun istifadəsində olan torpaq sahəsi xüsusiyyəti isə daha yumuşaq və münbit olduğundan əkilmiş toxum daha dərinə düşmüş, nəticədə isə pambığın çıxışını zəif almış və özü 1000 manat borclu qalsa da 5 ha əkin sahəsinə əkdiyi pambıqdan nəinki xeyir götürmək, hətta bir neçə min də öz büdcəsinə ziyan dəymişdir. Həmin zaman baş verənlərin səbəbləri və nəticələri bağlı Sabirabad D.A.İ.M-nin direktoru Heydər Yaqubov, zavodun rəhbərliyinə - Xalid, Soltan, Əhməd müəllim və başqa şəxslər, həmçinin o vaxtkı pambıq nümayəndəsi olan Amil Hüseynovun məlumatları olmuş, həmin vaxt olanları onlar da təsdiq edə bilərlər. Yəni bir sözlə bu faktdan başqa onun zavoda heç bir vaxt borcu olmamışdır. Amma İddiaçı MMCnin Sabirabad filialında olan zavodun o və digər fermerlərlə bir çox problemləri olmuşdur. O, bir sıra halları aşağıda qeyd edir. 1. Demək olar ki, əkin sahəsində fermerlərlə lazım olan və məhsuldarlğıa böyük təsir edən bütün xidmətlər şumlama, mala, əkin, baraza, kultivasiya, dərman səpini gecikdirilir və.s xidmətlərın aparılması üçün lazım oaln texnikanın vaxtında gəlməməsi, gələn zaman nazas olması; 2. Torpaq sahəsinin əkinə hazırlanması ərəfəsində görüləcək işlərə lazımı maddi dəstəyin, avansın vaxtında verilməməsi, az məbləğdə verilməsi və ya ümumiyyətlə verilməməsi; 3. Pambığın becərilməsi üçün Alağpulları deyilən maddi vəsaitin çox gecikmə ilə və az ayrılması 4. Gübrə və dərmanların lazım olan vaxtda həmçinin aqronomun, mütəxəssisin nəzarəti ilə verilməməsi; 5. Dərmanların keyfiyyətinin aşağı olması və dərman səpini zamanı bəzi traktoristlərin nəzarərsizlikdən istifadə edərək, gecikmələrə yol verməsi və ya lazım olan miqdardan az dərman səpmək yolu ilə dərman oğurlaması; 6. Zavod əkdiyin minlərlə hektar pambığa yalnız yaşlı bir aqronomun nəzarət etməsi; 7. Səhlənkərlığın əhəmiyyətli bir növü olan əkdiyi ərazidə “Pambıq nümayəndəsi” deyilən zavod işçisinin ümumiyyətlə mövcud olmaması; 8. Bu faktlarla bağlı dəfələrlə zavod rəhbərliyinə-Xalid Məmmədova şifalı şəkildə, yazılı qaydada məktub, ərizə, şikayətlər göndərmiş, eyni zamanda teleqram formasında şikayət və iradlarını bildirmişdir. 9. 2023-cü ildə onun kimi başqa fermerlərə də ziyan dəymişdir. Həmin dəyən ziyanı fermerlər toxum, dərman, texniki xidmətlər və.s səbəblərlə əlaqələndirsələr də zavod rəhbərliyi bunu 2023-cü ilin yayının əsasda avqust ayının yağıntılı və çox isti keçməsi ilə əlaqələndirmişlər, hava şəraiti ilə əlaqədar pambığın məhsuldarlığının aşağı olduğunu qeyd etmişlər. 10. Həmçinin aralarında bağlanmış müqaviləyə əsasən hər ay tərəflər arasında üzləşmə aktı tərtib olunmalıdır. Lakin müqavilədə göstərildiyi kimi hər ay üzləşmə aktı tərtib olunmamışdır. 11. Məhkəməyə təqdim olunmuş imzası olmayan üzləşmə aktı vaxtında tərtib olunmamışdır, yalnız onun 2024-cü ilin fevral ayında prokrorluğuna şikayətlərindən sonra başlanmış araşdırma zamanı qanunsuz olaraq aprel ayında ona telefon vasitəsi ilə X3 tərəfindən imzalamağı təklif olunmuşdur. 12. O, hələ məhkəməyə iddia verilməmişdən çox uzun müddət əvvəl zavodda olan qanun pozuntuları, səhlənkarlıqlar barədə məhsul yığımının intensiv vaxtında, yəni xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin rəhbərliyi cənab Azər Əlizadəyə yazılı şəkildə şikayət ərizəsi göndərmişdir. Lakin bu günə kimi müraciət və şikayətlərinə yazılı cavab gəlməmiş, heç bir tədbir görülməmişdir. 13. Eyni zamanda məhkəməyə təqdim olunmuş sənədlərin bir neçəsində onun adına olan imzalar ona məxsus deyil, o imza etməmişdir. 14. Müqavilənin 5-ci bəndində qarşısıalınmaz qüvvə bəndi öz təsdiqini tapmışdır.(fors major hallar, təbii hava şəraiti və.s buna aiddir) Yəni avqust ayında hava şəraitinin çox yağıntılı olmasına görə məhsuldarlığın aşağı olmasında fermerlərin hər hansı təqsiri yoxdur. Hava şəraiti ilə əlaqədar məhsuldarlığın aşağı olmasını bunun zavod və kənd təsərrüfatı mütəxəssislərinin özlərinin təsdiq etməsi; 15. Heç bir təqsiri olmadan məhsudarlıq aşağı olmuşdur. Bundan ən çox ziyan çəkən fermerlər olmuşdur. Ayrıca hər hansı səbəbdən borclu qalsalar belə zavodun onunla müqavilə bağlamamaqla onu bir növ daha ziyana salmışlar. Eyni zamanda başqa pambıq zavodları onunla bu il yəni 2024-cü il heç bir müqavilə bağlamamadıqları vəziyyətlərini daha ağırlaşdırmaqla yanaşı yaranmış vəziyyətın bərpasına doğru heç bir yol qoymamışdır. 16. O, 10 ha torpaq sahəsi üçün müqavilə bağlasa da 14 ha yaxın torpaq sahəsində pambıq əkmişdir. Hər il 25-30 sent pambıq təhvil verildiyi halda bu il təxminən 9-10 senter miqdarında da pambıq təhvil vermişdir. 17. Deməli o, hər il hər hektardan təxminən 600-700 manat xalis gəlir götürdüyü halda 2023-cü il zavodun səhlənkarlığı və saxtakarlığı səbəbindən nəinki gəlir əldə etmək, hətta 8400 manat ziyana düşmüşdür. 18. Bu məsələlərlə bağlı o, 2024-cü ilin fevral ayından Sabirabad prokrorluğuna yazılı şikayət göndərmişdir. Həmin şikayəti üzrə hazırda araşdırma davam edir. Hörmətli məhkəmə, İddiaçı MMC ilə aralarında müqavilədə olan öhdəliklərini tam icra etmişdir. Həmin öhdəliklərin tərəfindən pozulması ilə bağlı rəsmi irad bildirişin olmaması da baxılan iddianın sonradan formal şəkildə tərtib olunaraq verilməsindən xəbər verir. O, özü uzun müddətdir ki, kənd təsərrüfatı ilə məşğuldur. Bu sahədən hər il kifayət qədər gəlir etsə də bu il qarşı tərəfin səhlənkarlıqları ucbatından ziyan görmüşdür. Onun ərazisində “pambıq nümayəndəsinin” olmaması və aqronomun nəzarəti, lazımı nəzarəti yerinə yetirməməsi, toxum, dərman və texnikanın xidməyinin keyfiyyətsizliyi maddi vəsaitin az və vaxtında göstərilməməsi, hər ay üzləşmə aktının tərtib olunmasının tələb olunduğu halda hər ay və ümumi üzləşmə aktının tərtib olunmaması, sənədlərdə imza saxtakarlıqlarına yol verilməsi, zavod rəhbərliyi tərəfindən pambıq becərməsində hər hansı təlimata uymayan pozuntuya yol verməyi barədə hər hansı iradın bildirişin rəsmi və şifahi şəkildə ona çatdırmaması, aqronomun məhsuldarlığının aşağı olmasını 2023-cü ilin avqust ayında olan hava şəraiti ilə yağıtılarla əlaqələndirməsi, şirkət rəhbərliyinə və zavod rəhbərliyinə bu barədə dəfələrlə yazılı və şifahi qaydada şikayət və iradlarını göndərməsi, eyni zamanda 2024-cü ilin fevral ayında qeyd olunanlar barədə Sabirabad prokrorlukuna göndərdiyi şikayət üzrə araşdırmanın hazırda davam etməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Səfərəliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra edərək ümumi dəyəri 1500 manat olan çiy toxum, ümumi dəyəri 4802 manat olan gübrə və pestisidlər cavabdehə verilmiş, verilmiş malların müvafiq uyğunluq sertifikatları olmuş, cavabdeh malları qəbul etmiş, onlara hər hansı irad bildirməmişdir. Bundan əlavə, cavabdehin müraciəti əsasında ona ümumi dəyəri 5951,80 manat dəyərində müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, əlavə olaraq cavabdehə 4350 manat avans vəsaiti ödənilmişdir. Lakin cavabdeh tərəfindən onlara bunun müqabilində təhvil verilmiş xam pambığın dəyəri cəmi 8206,57 manat olmuşdur. Bu səbəbdən hazırda qalıq borc tərəflərindən tələb edilir. Pambığa vaxtında qulluq etmək, sahəni nəzarətdə saxlamaq bilavasitə cavabdehin vəzifəsidir. Pambıqda məhsuldarlığın aşağı olmasının onlara hər hansı aidiyyəti yoxdur. Əlavə olaraq bildirdi ki, akların bəziləri cavabdehin özü tərəfindən imzalanmış, lakin bəzi aktları onun nümayəndələri imzalamışdır, belə ki, tərəflərindən fermerə xidmət göstərildikdən sonra rəsmiləşdirmə işi aparılanda fermer sahədə olmadığı üçün iddiaçı həmin aktları sahədə olan nümyəndəyə imzalatmalı olmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən yalnız fermerin sifariş verdiyi xidmətlər icra edilmişdir.
6. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edib yazılı etirazının məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən ona 4350 manat avans ödənildiyini, ona ümumi dəyəri 5951,80 manat olan xidmətlərin göstərildiyini, 4802 manatlıq gübrə və pestisid, 1500 manatlıq çiy toxumun verildiyini qəbul etsə də, onun bunların əvəzində iddiaçıya ümumi dəyəri cəmi 8206,57 manat olan xam pambığın verilməsinin səbəbi ehtimal edir ki, ona verilən gübrə və pestisid, habelə toxumun keyfiyyətinin aşağı olmasıdır. Belə ki, bu səbəbdən onun sahəsindən yığılan pambığın məhsuldarlığı ötən illərlə müqayisədə aşağı olmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən ona vaxtlı-vaxtında xidmətlər göstərilməmiş, məsələn sahə vaxtında dərmanlanmamış, bu səbəbdən məhsuldarlıq aşağı olmuşdur.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC-nin Sabirabad Fililalı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14/23-283 nörməli müqaviləyə görə cavabdeh Sabirabad rayonu, Quruzma kəndi ərazisində yerləşən 10 hektar sahədə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətləri razılaşdırılmış müddət, qiymət, həcmdə və keyfiyyətlə yerinə yetirilməsi, fermer isə tərəfindən yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində Filiala təhvil verilməsini, Filial isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
9. Müqavilənin 3.2-ci bəndinə əsasən məhsulun olmaması və ya az olması fermeri göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir.
10. Müqavilənin 4-cü bəndinə görə İddiaçı MMC-nin Sabirabad Filialı qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı fermerdən aşağıdakı qiymətlərə qəbul edir: l növ-800 azn/ton, ll növ-780 azn/ton, lll növ-740 azn/ton, lV növ- 700 azn/ton.
11. Müqavilənin 2.2.3-cü bəndinə əsasən iddiaçı tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən mineral gübrənin, pestisidlərin və verilən toxumun dəyərini müəyyən olunmuş müddətdə tam şəkildə ödəmək fermerin vəzifəsidir.
12. Müqavilənin 1 saylı Əlavəsində iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin dəyəri razılaşdırılmışdır.
13. Cavabdehə məxsus sahədə xx.xx.2023-cü il tarixli 10 nömrəli akta görə 15 ha sahədə çöp doğrama işi, xx.xx.2022-ci il tarixli 18 nömrəli akta görə 7,5 sahədə 1 şum işi, xx.xx.2022-ci il tarixli 04 nömrəli akta görə 7,5 ha sahədə 1 şum işi, xx.xx.2023-cü il tarixli 14 nömrəli akta görə 10,6 ha sahədə 2 şum işi, xx.xx.2023-cü il tarixli 13 nömrəli akta görə 4,4 ha sahədə 2 şüm işi, xx.xx.2023-cü il tarixli 22 nömrəli akta görə 16 ha sahədə Şirvan Mala işi, xx.xx.2023-cü il tarixli 01 nömrəli akta görə 12 ha sahədə mala işi, xx.xx.2023-cü il tarixli 35 nömrəli akta görə 3 ha sahədə mala işi, xx.xx.2023-cü il tarixli 15 nömrəli akta görə 5 ha sahədə Şirvan Mala işi, xx.xx.2023-cü il tarixli 37 nömrəli akta görə 1 ha sahədə çiyid səpini, xx.xx.2023-cü il tarixli 03 nörməli akta görə 6 ha sahədə çiyid səpini, xx.xx.2023-cü il tarixli 27 nömrəli akta görə 8 ha sahədə çiyid səpini, xx.xx.2023-cü il tarixli 15 nömrəli akta görə 8 ha sahədə kultivasiya, xx.xx.2023-cü il tarixli 01 nömrəli akta görə 6 ha sahədə kultivasiya, xx.xx.2023-cü il tarixli 15 nömrəli akta görə 7 ha sahədə kultivasiya, xx.xx.2023-cü il tarixli 02 nömrəli akta görə 6 ha sahədə kultivasiya, xx.xx.2023-cü il tarixli 06 nömrəli akta görə 5 ha sahədə kultivasiya, xx.xx.2023-cü il tarixli 06 nömrəli akta görə 14 ha sahədə kultivasiya, xx.xx.2023-cü il tarixli 25 nömrəli akta görə 7 ha sahədə kultivasiya işi, xx.xx.2023-cü il tarixli 08 nömrəli akta görə 6 ha sahədə baraza işi, xx.xx.2023-cü il tarixli 03 nömrəli akta görə 8 ha sahədə baraza işi, xx.xx.2023cü il tarixli 05 nömrəli akta görə 13 ha sahədə dərman səpini, xx.xx.2023-cü il tarixli 16 nömrəli akta görə 6 ha sahədə zəhər səpini, xx.xx.2023-cü il tarixli 08 nömrəli akta görə 8 ha sahədə zəhər səpini, xx.xx.2023-cü il tarixli 01 nömrəli akta görə 10 ha sahədə zəhər səpini, xx.xx.2023-cü il tarixli 49 nömrəli akta görə 12 ha sahədə dərman vurma, xx.xx.2023-cü il tarixli 42 nömrəli akta görə 6 ha sahədə yığım, xx.xx.2023-cü il tarixli 05 nömrəli akta görə 8 ha sahədə kultivasiya, baraza və gübrələmə, xx.xx.2023-cü il tarixli 14 nömrəli akta görə 6 ha sahədə baraza və gübrə işləri iddiaçı tərəfindən icra edilmişdir.
14. 27.06.2023-cü il tarixli 037528 nömrəli qaiməyə görə 1000 manat məbləğində karbomid, xx.xx.2023-cü il tarixli ******* nömrəli qaiməyə görə 1200 manat məbləğində azot və 1000 manat məbləğində karbomid, xx.xx.2023-cü il tarixli 036689 nömrəli qaiməyə görə 20 manat məbləğində algomek və 21 manat məbləğində goldplan, xx.xx.2023-cü il tarixli 021999 nömrəli qaiməyə görə 168 manat məbləğində goldplan və 160 manat məbləğində alqomek, xx.xx.2023-cü il tarixli 036690 nömrəli qaiməyə görə 600 manat məbləğində plemort, xx.xx.2023-cü il tarixli 036959 nömrəli qaiməyə görə 442 manat məbləğində doruk ultra, 036894 nömrəli qaiməyə görə 40 manat məbləğində ucar (lifsiz), xx.xx.2023-cü il tarixli 036471 nömrəli qaiməyə görə 273 manat məbləğində viaduct, xx.xx.2023-cü il tarixli 021542 nömrəli qaiməyə görə 400 manat məbləğində ucar BA-540, 530 manat məbləğində BA-440-440 və 530 manat məbləğində BA-1010 iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
15. xx.xx.2024-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktına görə fermer tərəfindən 8397,23 manat ödəniş edilməlidir.
16. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 1000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 1000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 1000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 650 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 700 manat məbləğində avans ödənilmişdir.
17. 27.10.2023-cü il tarixli 590669 nömrəli pamıq qəbulu qəbzinə görə 2389 manat, xx.xx.2023-cü il tarixli 590645 nömrəli pamıq qəbulu qəbzinə görə 1405,82 manat, xx.xx.2023-cü il tarixli 590644 nömrəli pamıq qəbulu qəbzinə görə 1742,57 manat, xx.xx.2023-cü il tarixli 590643 nömrəli pamıq qəbulu qəbzinə görə 2669,18 manat dəyərində olan pambıq iddiaçı tərəfindən cavabdehdən qəbul edilmişdir.
18. Məhkəmə tərəflərin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 4350 manat avans ödənilmiş, 5951,80 manat dəyərində xidmətlər göstərilmiş, işlər icra edilmiş, 4802 manat dəyərində olan gübrə və pestisidlər, 1500 manat dəyərində toxumluq çiyid verilmiş, cavabdeh tərəfindən iddiaçıya 8206,57 manat dəyərində xam pambıq təhvil verilmişdir. İddiaçı hazırda qalıq borcun ödənilməsini (iddiaçı tərəfindən verilmiş malın, göstərilmiş xidmətin ümumi dəyəri olan 16603,80 manat – cavabdeh tərəfindən verilən xam pambığın dəyəri olan 8206,57 manat) tələb edir.
27. Cavabdeh iddiaya etiraz edərək ona verilmiş malın (toxumluq çiyid, habelə dərman gübrə azot və pestisidlər) lazımi keyfiyyətdə olmaması səbəbindən əldə edilmiş məhsuldarlığın aşağı olması, bu səbəbdən iddiaçıya lazımi miqdarda xam pambıq verə bilməməsi ilə əlaqədar olaraq borcunun əmələ gəldiyini bildirir.
28. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır.
29. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş P-210044 saylı sertifikat, habelə xx.xx.2023-cü il tarixli uyğunluq sertifikatlarına əsasən toxum əkin üçün yararlıdır.
30. Bundan əlavə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə malı qəbul etmiş alıcı (cavabdeh) malı qəbul etdikdən sonra malın keyfiyyəti ilə bağlı iddiaçıya hər hansı irad bildirməmiş, mala dair hər hansı bildiriş verməmişdir.
31. Cavabdeh bundan əlavə, etirazında ona göstərilən xidmətlərin lazımi səviyyədə olmaması, habelə vaxtında ona xidmət göstərilmədiyini bildirsə də, xx.xx.2023-cü il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən hər hansı bir xidmətin sifariş verilib lakin iddiaçı tərəfindən icra edilmədiyini təsdiq edən hər hansı sübutu təqdim etməmiş, bundan əlavə görülmüş iş və xidmətlər cavabdeh tərəfindən iradsız qəbul edilmişdir. Bundan əlavə, sözügedən müqavilənin 2.2.7-ci bəndinə əsasən əkin sahəsinə lazımi qulluğun göstərilməsi (suvarılma, aqrotexniki tədbirlərin aparılması, mineral gübrə və pestisidlərin verilməsi) cavabdehin vəzifəsi kimi müəyyən edilmişdir.
32. Cavabdeh məhsuldarlığın aşağı olmasının ondan asılı olmaması səbəbindən hər hansı borcunun olmaması barədə dəlilinə cavab olaraq məhkəmə bildirir ki, xx.xx.2023-cü il tarixli müqavilənin 3.2-ci bəndinə əsasən bu hal onu müqavilə üzrə öhdəliklərindən azad etmir.
33. Cavabdehin yazılı etirazında olan ona vaxtında avans ödənilməməsi barədə dəlilinə cavab olaraq məhkəmə bildirir ki, materiallardan görünür ki, tərəflər arasında müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü il tarixdə 650 manat, xx.xx.2023-cü il tarixdə 700 manat avans ödənilmişdir.
34. xx.xx.2023-cü il tarixli müqavilədə avansın hansı müddətdə ödənilməli olması göstərilməmişdir.
35. Belə ki, Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8397,23 manat pul tutularaq iddiaçıya ödənilməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 103,97 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməldir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8397,23 manat məbləğində pul, ödənilmiş 103,97 manat dövlət rüsumu, ümumilikdə 8501,20 (səkkiz min beş yüz bir manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova