Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3610/2024 14.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, 03/03.23 saylı müqavilənin ləğv edilməsi və pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı, Logistics and Transport Services MMC ilə Cavabdeh MMC arasında bağlanılan xx.xx.2023-cü il tarixli №03/03.23 saylı müqavilənin ləğv edilməsi, sentyabr ayı üzrə 19.228,72 manat əsas, oktyabr ayı üzrə 3726,92 manat əsas, 172.62 manat ƏDV borcunun və 160 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq Logistics and Transport Services MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Logistics and Transport Services MMC ilə Cavabdeh MMC-nin bağladığı xx.xx.2023-cü il tarixli №03/03.23 saylı müqaviləyə əsasən icraçı əks olunan xidmətləri sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə bu xidmətlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Logistics and Transport Services MMC tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. xx.xx.2023-cü il tarixində imzalanmış müqavilənin tərkib hissəsi olan qiymət razılaşma protokoluna əsasən icraçı tərəfindən Sifarişçiyə təqdim olunan xidmətin dəyərini növbəti ayın 20-30 tarixlərini arasında ödəməli idi. Belə ki, sentyabr ayı üzrə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 22.689.89 (ƏDV daxil) məbləğində, oktyabr ayı üzrə xx.xx.2023-cü il tarixli 08 nömrəli təhvil-təslim aktına əsasən 4397.77 manat(ƏDV daxil) məbləğində xidmətlər təhvil verilmişdir. Lakin Sifarişçi tərəfindən ödəniş tam ödənilmədiyi üçün həmin müqavilənin 4.4.-cü maddəsi kobud şəkildə pozulmuşdur. Bununla bağlı Cavabdeh MMC-yə pretenziya qaydasında xx.xx.2024-cü il tarixdə müraciət edərək sentyabr ayı xidmət haqqı 19.228,72 manat əsas məbləğ, oktyabr ayı xidmət haqqı 3726,92 manat əsas, 172.62 manat ƏDV borcu məbləğini 5 (beş) gün ərzində şirkətə qaytarılmasını tələb edilib. Əks halda pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə və hüquqmühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilib. Müraciətə cavab verilmədiyi üçün xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə iddia ərizəsi göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, müqavilənin ləğv edilməsi hissəsində ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Mülki Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırkı halda iddiaçı müqavilənin ləğv edilməsinə dair tələb irəli sürsə də, Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin ləğvi ilə bağlı cavabdehə təklif verilməsini, lakin həmin təklifdən imtina edilməsini və ya təklifdə göstərilən müddətdə cavab verilməməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə isə təsbit olunmuşdur ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi müqavilənin ləğv edilməsi hissəsində MPM-in 259.0.1-ci maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılan xx.xx.2023-cü il tarixli №03/03.23 saylı müqavilənin ləğv edilməsi tələbinə dair hissədə baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3610/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3610/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver