Məhkəmə qərarları › İş №e-2-2(113)-3612/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3612/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3612/2023 16.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 07 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 12 və 13 saylı razılaşma protokollarına əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 39.914,22 manat, 10.000 manat penya, habelə ödənilmiş mediasiya xərcinə görə 200 manat məbləğində vəsaitin, ümumilikdə 50.114,22 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 07 yanvar 2022-ci il tarixli alqısatqı müqaviləsinin 12 və 13 saylı razılaşma protokollarına əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 31.521,02 manat, penya üzrə 10.000 manat, habelə ödənilmiş mediasiya xərcinə görə 200 manat məbləğində vəsaitin, ümumilikdə 41.521,02 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 16 oktyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Barışıq sazişinin predmetini Tərəflər arasında imzalanmış 07 yanvar 2022-ci il tarixli alqı- satqı müqaviləsinin 12 və 13 saylı razılaşma protokollarına əsasən yaranmış borcun ödənilməsi üzrə mübahisənin həll edilməsi təşkil edir. 2.1. Cavabdeh Tərəflər arasında imzalanmış 07 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 12 və 13 saylı razılaşma protokolları üzrə yaranmış borcun 16 oktyabr 2023-cü i tarixə ƏDV daxil 31.521,02 manat və mediasiyaya görə ödənilmiş 200 manat, ümumilikdə 31.721,02 manat məbləğində olduğunu təsdiq edir və aşağıdakı tarixlərdə ödənilməsini öhdəsinə götürür: 2.1.1. 25 oktyabr 2023-cü il tarixədək 10.574 manat 2.1.2. 25 noyabr 2023-cü il tarixədək 10.574 manat 2.1.3. 25 dekabr 2023-cü il tarixədək 10.574 manat 3.1. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.2. Bu barışıq saziş ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaq. 3.3. Bu barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüwəvə malik 3 (üç) nüsxədə imzalanmışdır. Tərəflərin hər birində bir nüsxədə və məhkəmədə bir nüxsə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 16 oktyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.1. Barışıq sazişinin predmetini Tərəflər arasında imzalanmış 07 yanvar 2022-ci il tarixli alqı- satqı müqaviləsinin 12 və 13 saylı razılaşma protokollarına əsasən yaranmış borcun ödənilməsi üzrə mübahisənin həll edilməsi təşkil edir. 2.1. Cavabdeh tərəflər arasında imzalanmış 07 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 12 və 13 saylı razılaşma protokolları üzrə yaranmış borcun 16 oktyabr 2023-cü i tarixə ƏDV daxil 31.521,02 manat və mediasiyaya görə ödənilmiş 200 manat, ümumilikdə 31.721,02 manat məbləğində olduğunu təsdiq edir və aşağıdakı tarixlərdə ödənilməsini öhdəsinə götürür: 2.1.1. 25 oktyabr 2023-cü il tarixədək 10.574 manat 2.1.2. 25 noyabr 2023-cü il tarixədək 10.574 manat 2.1.3. 25 dekabr 2023-cü il tarixədək 10.574 manat 3.1. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.2. Bu barışıq saziş ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaq. 3.3. Bu barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüwəvə malik 3 (üç) nüsxədə imzalanmışdır. Tərəflərin hər birində bir nüsxədə və məhkəmədə bir nüxsə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar