Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3613/2023 11.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh MMC arasında malların alğı-satqısına dair xx.xx.2022-ci il tarixli 115 №-li müqavilə üzrə yaranmış 67.854,71 manat (ƏDV daxil) məbləğində əsas borcun, borcun gecikdirilməsinə görə hesablanmış 20.968,99 manat dəbbə pulunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat mediasiya haqqının və hüquqi xidmələrin göstərilməsinə görə ödənilmiş 1.000 manat vəsaitin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edəsiniz.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında malların alğı-satqısına dair xx.xx.2022-ci il tarixli 115 №-li müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 1-ci maddəsinə əsasən satıcı - "xxxx" QSC alıcı - Cavabdeh MMC-yə onun sifarişi əsasında bu Müqaviləyə əlavə edilmiş 1№-li Əlavədə müəyyən edilmiş malı satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin Müqavilənin 4.1-ci maddəsinə əsasən "xxxx" QSC malı Cavabdeh MMC-yə bu Müqaviləyə uyğun olaraq təhvil verəndən sonra Cavabdeh MMC həmin mala görə ödənişi 30 təqvim günü ərzində həyata keçirir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən Cavabdeh MMC bu Müqavilənin 4.1-ci maddəsində qeyd olunan müddət ərzində ödənişi yerinə yetirmədikdə, hər gecikdirilən gün üçün malın ümumi dəyərinin 0.1%-i məbləğində cərimə ödəməlidir. Satılan əşyalar razılaşdırılmış vaxtda təqdim edilmiş və ödəniş üçün tələb olunan hesab-fakturalar tam şəkildə iddiaçı tərəfindən göndərilmişdir. Lakin, müqavilə üzrə ödənişlərin icrası müddətinin keçməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən ödəniş cari tarixədək həyata keçirilməmişdir. "xxxx" QSC ilə Cavabdeh MMC arasında “Borcun ödənilmə Öhdəliyi”nə dair xx.xx.2023-cü il tarixli Müqaviləyə əsasən Cavabdeh MMC onunla iddiaçı arasında bağlanan 115 №-li müqavilə üzrə yaranmış 67.854,71 manat (ƏDV daxil) borcu qəbul etmiş və xx.xx.2023-cü il tarixinə qədər borcun tam ödənilməsini öhdəsinə götürmüşdür. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
10. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
13. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində 115 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
14. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı-"xxxx" QSC alıcı-Cavabdeh MMC-yə onun sifarişi əsasında müəyyən edilmiş malı satmağı, alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
16. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.
17. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
18. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
19. İşdən görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixli EBBT seriyalı 865891 nömrəli dəyəri 7.1244,14 manat, xx.xx.2022-ci il tarixli EBBY seriyalı 080876 nömrəli dəyəri 7.271,75 manat, xx.xx.2022-ci il tarixli EBBY seriyalı 083961 nömrəli dəyəri 3.194,85 manat, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 540764 nömrəli dəyəri 386,16 manat, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 537884 nömrəli dəyəri 21.891,97 manat, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 586478 nömrəli dəyəri 62,3 manat, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 585952 nömrəli dəyəri 1.253,16 manat, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 603388 nömrəli dəyəri 7.453,93 manat, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 586478 nömrəli dəyəri 62,3 manat, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 580806 nömrəli dəyəri 505.04 manat, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 364296 nömrəli dəyəri 10.790,63 manat olan elektron qaimələr alıcı Cavabdehnə göndərilmişdir.
22. Bundan başqa, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “borc ödənilmə öhdəliyi müqaviləsi” adlı razılaşmadan görünür ki, Cavabdeh MMC "xxxx" QSCyə xx.xx.2022-ci il tarixili 115 nömrəli alqı-satqı müqaviləsi üzrə 67.854,71 manat borcunun qaldığını etiraf etmiş və qeyd edilmiş borcun xx.xx.2023-cü il tarixinədək qaytarılmasını öhdəsinə götürmüşdür.
23. Belə olan halda Məhkəmə hesab edir ki, malların verilməsinə görə Cavabdeh MMC-nin "xxxx" QSC-yə 67.854,71 manat borcu qalmışdır. Həmçinin də, cavabdeh tərəfin məhkəmə iclasına gəlməməsi və tələb edilən məbləğin ödənilməsi barədə hər hansı bir sənədin təqdim edilməməsini cavabdehin qeyd edilən məbləğdə borcunun qalması barədə iddiaçının dəlilini əsaslı hesab edir.
24. Məhkəmə hesab edir ki, iddia tələbi 67.854,71 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.
26. Məhkəmə hesab edir ki, cərimə borcunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.
27. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən Cavabdeh MMC bu Müqavilənin 4.1-ci maddəsində qeyd olunan müddət ərzində ödənişi yerinə yetirmədikdə, hər gecikdirilən gün üçün Malın ümumi dəyərinin 0.1%-i məbləğində cərimə ödəməlidir.
28. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
29. Hazırki işin hallarından görünür ki, cavabdehin 67.854,71 manat borcuna münasibətdə 3.400 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
30. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci Bakı 12 saylı mediasiya təşkilatına ödənmişdir.
31. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
32. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" QSC ona hüquqi yardım göstərilməsi üçün “Mirzəyev və Partnyorları” vəkil bürosunun hesabına 1.000 manat məbləğində pul köçürülmüşdür.
34. Belə olan halda yəni cavabdeh tərəfindən borcun ödənilməməsi səbəbinə görə iddiaçının ona göstərilmiş hüquqi yardıma görə ödəmiş olduğu 1000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 115 saylı alğı-satqı müqaviləsi üzrə 67854 manat 71 qəpik (ƏDV daxil) əsas, 3.400 manat dəbbə borcu olmaqla, cəmi 71.254 manat, 71 qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1.000 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov