Məhkəmə qərarları › İş №e-2-2(113)-3614/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3614/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3614/2022 31.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin, Cavabdeh qarşı lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli KTA-KTT-21/5918 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə əsasən xx.xx.2022-ci il tarixə qədər 739.60 manat gecikdirilmiş əsas borc, 63.99 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə 803.59 (səkkiz yüz üç manat əlli doqquz qəpik) manat və ödənilmiş 40 manat həcmində mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı"xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi, həmçinin lizinq predmeti olan 1 ədəd “Şakalak ŞK- HM-24” markalı taxılsəpənin saz və işlək vəziyyətdə İddiaçı ASC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli KTA-KTT21/5918 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “Şakalak ŞK-HM-24” markalı taxılsəpən cavabdehə 39 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq xx.xx.2021-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 12162.00 manat təşkil etmişdir. Həmin məbləğin 4660.00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 2471.00 manat məbləğində ilkin ödəniş və 1.22 manat müqavilənin rəsmiləşdirmə komissiyası ödənilmişdir. Eyni zamanda, Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən taxılsəpən cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2022-ci il tarixə 739.60 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə qədər 63.99 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, PLX-22/0036 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 14:00-da təyin edilmiş mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 40 manat həcmində mediasiya xərci ödənmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında 24 sentyabr 2021-ci il tarixli KTA-KTT21/5918 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə qədər 739.60 manat gecikdirilmiş əsas borc, 63.99 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə 803.59 ( səkkiz yüz üç manat əlli doqquz qəpik ) manat öhdəliyi vardır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, lizinqə verilmiş aqreqata Grand Motors tərəfindən zəmanət verilməsini, aqreqatın keyfiyyətinin cavabdehlə satıcı arasında olan mübahisə olmasını nəzərə alıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə izahatında qeyd etmişdir ki, müqavilə əsasında təşkilatdan taxıl səpəni lizinq yolu ilə almışdır. Çox təəssüf ki bu aqreqatı, yəni taxıl səpəni bu günə qədər də istifadə edə bilməmişdir. Səbəb isə aldığı taxıl səpənin işləməməsi, yəni nasaz olması olmuşdur. Müqaviləyə əsasən taxıl səpənin işləməməsini yəni normaya uyğun taxılı səpmədiyini bildirmişdir. Taxıl səpənə baxış keçirilmiş və əməkdaşlar tərəfindən taxıl səpənin normaya uyğun taxıl səpməsində olan çatışmamazlıqlar aradan qaldırıla bilməmişdir. Dəfələrlə lizinq təşkilatına taxıl səpənin təmir olunaraq təhvil verilməsini bildirsə də bu günə qədər də aqreqatı təmir etməmişlər. Pulun ödənilməsini bu gün də bərpa etməyə və tam ödəməyə hazırdır. Ancaq qarşı tərəf verilən aqreqatı təmir etmək fikrində deyildir. Ona görə də təzyiq kimi pulun ödənilməsini aqreqat təmir olunaraq normal iş vəziyyətinə gətirilənə kimi dayandırmışdır. Yenə də pulu tam həcmdə ödəməyə hazırdır bir şərtlə ki, müqaviləyə uyğun olaraq taxılsəpən tam təmir olunsun və ya yenisi ilə əvəz olunsun. Hal-hazırda lizinq yolu ilə aldığı taxılsəpən dəmir yığınından başqa bir şey deyildir və lizinq obyekti olan taxıl səpən heç bir gəlir vermir. Əksinə bu gün aldığı taxıl səpən işləmədiyi üçün heç bir səpin işləri aparılmamış və gəliri olmamaqla ziyan etmişdir. Hal-hazırda Gəncə İnzibati Məhkəməsinə aldığı aqreqatın təmirinin təşkilatın üzərinə qoyulması ilə bağlı iddia qaldırmışdır, lakin heç bir tədbir görülməmişdir. Avadanlıqdakı nazaslıq 24 sıra eyni sıranın hər birindən toxum tökülməli idi. Bir sıradan 10, bir sıradansa ümumiyyətlə toxum tökülmür. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli, KTA-KTT-21/5918 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul elməyi öhdəsinə götürür. 6.3-cü bəndə əsasən satıcı lizinq alan tərəfindən müəyyən edildiyi üçün, alqı-satqı müqaviləsinin lizinq verən tərəfindən imzalandığı andan, Satıcı tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsi ilə əlaqədar bütün riskləri, habelə lizinq obyektinin keyfiyyəti, komplekdiyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə satıcıya irəli sürülən iddialara olan hüquqları lizinq alan öz üzərinə götürür və bütün mümkün olan xərcləri və zərərləri lizinq verənə ödəyir. Lizinq verən lizinq obyektinin keyfiyyəti, komplektliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə heç bir iddiaları lizinq alandan qəbul etmir. 8.2.1-ci bəndə əsasən “lizinq alan”ın lizinq obyektinin faktiki vəziyyətindən asılı olmayaraq, “lizinq verən” tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək, 8.2.2-ci bəndə əsasən lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq obyektinin istifadəsi ilə bağlı göstərişlərdə nəzərdə tutulan bütün öhdəliklər üzrə (vergilər, rüsumlar, digər haqqlar), habelə lizinq obyektinin qeydiyyatı, saz və işlək vəziyyətdə saxlanılması texniki baxışdan keçirilməsi ilə ba bağlı bütün xərcləri ödəmə vəzifəsi vardır. 11.3-cü bəndə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. 12.1-ci bəndə əsasən lizinq obyekti 5 il müddətinə lizinq verən tərəfindən sığortalanır və lizinq obyektinin sığortalanması üçün Lizinq verən tərəfindən çəkilmiş bütün xərclər və sığorta haqqı lizinq alan tərəfindən lizinq verənə ödənilir. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli, KTA-KTT-21/5918 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əlavə № 2-nin təsdiqlənmiş surətindən məlum olur ki, 5031 manat məbləğində kredit 39 ay müddətinə aylıq ödəniş 129 manat olmaqla İddiaçı ASC tərəfindən Cavabdeh verilməsi müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli 21/545 nömrəli lizinq obyektinin təhvil-təslim aktına əsasən 1 ədəd “Şakalak ŞK-HM-24” markalı taxılsəpən Cavabdeh təhvil verilmişdir. 16 iyun 2022-ci il tarixli PLM-22/0217/1 saylı maliyyə arayışında qeyd olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 24 sentyabr 2021-ci il tarixli KTA- KTT-21/5918 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “Şakalak ŞK-HM-24” markalı taxılsəpən cavabdehə 39 ay müddətinə lizinqə verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 12162.00 manat təşkil etmişdir. Həmin məbləğin 4660.00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 2471.00 manat məbləğində ilkin ödəniş və 1.22 manat müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətə ödənilmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən taxılsəpən cavabdehə təhvil verildikdən sonra, onun lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 739.60 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 %-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixinə qədər 63.99 manat cərimə borcu mövcuddur. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında 24 sentyabr 2021-ci il tarixli KTA-KTT-21/5918 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə qədər 739.60 manat gecikdirilmiş əsas borc 63.99 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə 803.59 (səkkiz yüz üç manat əlli doqquz qəpik) manat öhdəliyi vardır. xx.xx.2022-ci il tarixli BD5 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının bank hesabına 40 manat ödənilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli PLX-22/0036 nömrəli pretenziya məktubunda pretenziya məktubu çatdırıldıqdan 3 iş günü ərzində borcun ödənilməsi tələb olunmuş, əks halda lizinq müqaviləsindən birtərəfli qaydada imtina edilməsi, lizinq obyektinin geri qaytarılması və satışı, lizinq müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.3-cü maddəyə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Qanunvericilik lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən İddiaçı ASC ilə lizinqalan Cavabdeh arasında lizinq müqaviləsi bağlanmış və 1 ədəd “Şakalak ŞK-HM-24” markalı taxılsəpən müqavilədə razılaşdırılmış şərtlərlə Cavabdeh lizinqə verilmişdir. İddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Əlavə olaraq məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh lizinq müqaviləsi üzrə ödənişləri dayandırmış və ödəməmişdir. Belə olan halda məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərcinin əvəzi 40 manat cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli KTA-KTT-21/5918 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” ləğv edilsin. Lizinq predmeti olan 1 ədəd “Şakalak ŞK-HM-24” markalı taxılsəpənin saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 24 sentyabr 2021-ci il tarixli KTA-KTT-21/5918 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə qədər 739.60 manat gecikdirilmiş əsas borc 63.99 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə 803.59 (səkkiz yüz üç manat əlli doqquz qəpik) manat və ödənilmiş 40 manat həcmində mediasiya xərci Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar