Məhkəmə qərarları › İş №e-2-2(113)-3619/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3619/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3619/2021 14.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə GSM müqaviləsinə əsasən 2641 manat 14 qəpik xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 884 manat 84 qəpik pulun tutulması barədə kiçik iddiaya dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə GSM müqaviləsinə əsasən 2641 manat 14 qəpik xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 884 manat 84 qəpik pulun tutulması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Məhkəmə qeyd edir ki, elektron qaydada daxil olmuş iddia ərizəsindən görünür ki, hazırki iddia tələbi irəli sürülərkən iddiaçı tərəfindən dövlət rüsumu hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizə kimi göstərilməklə 10 manat məbləğində dövlət rüsumu 31.01.2020-ci il tarixdə ödənilmişdir. Halbuki, iddia ərizəsi GSM müqaviləsinə əsasən xidmət haqqının ödənilməsi ilə bağlı olmaqla iddianın qiyməti 500 manatdan çox olduğundan 30 manat dövlət rüsumu ödənilməli idi. Qeyd olunanlardan göründüyü kimi dövlət rüsumunun ödənilməsi haqqında sənədin hazırki iddia ilə heç bir bağlılığı yoxdur. Bundan başqa, iddiaçı tələbində ödəniləcək xidmət haqqının məbləğini 2641 manat 14 qəpik göstərdiyi halda, cəmi ödəniləcək məbləği isə 884 manat 84 qəpik göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə GSM müqaviləsinə əsasən 2641 manat 14 qəpik xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 884 manat 84 qəpik pulun tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçınə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar