Məhkəmə qərarları › İş №e-2-2(113)-3631/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3631/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3631/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 23/23-saylı, 27 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş müqavilə üzrə qalıq borc qismində -392.696,45 AZN məbləğində pulun, Azərbaycan Mərkəzi Bankının illik 5% uçot faiz dərəcəsinə uyğun son 1(bir) il üzrə - 19.634 AZN cərimə məbləğinin və dövlət rüsumuna görə ödənilmiş - 683 AZN pulun iş üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə saat 12:00-a təyin edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı EMİS vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, icraatınızda olan hazırki kommersiya mübahisəsi üzrə iddia tələbində əks olunan pul məbləğinin ödənilməsi istiqamətində tərəflər arasında danışıqlar aparılır. Bu halı nəzərə alaraq, hazırki halda iddia tələbinin baxılmamış saxlanması zərurəti yaranmışdır. Odur ki, e-2-2(113)-3631/2024 saylı kommersiya mübahisəsi üzrə işin baxılmamış saxlanılması barədə Qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 683 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar