Məhkəmə qərarları › İş №e-2-2(113)-3632/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3632/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3632/2021 13.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı "xxxx" Sığorta Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı "xxxx" Sığorta Şirkətinə (ləğv prosesindədir) qarşı sığorta ödənişinin ödənilməsi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinin normalarına riayət etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının kiçik iddialara dair işlər üzrə ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1, 284-4.1 284-4.1.4-cü maddələrinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunan Məcəllənin 284-4.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbi üzrə ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olmasını nəzərə alıb iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş qaydada deyil, iddia icraatı qaydasında baxılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya həmin tələblə iddia icraatı qaydasında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4-cü, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" Sığorta Şirkətinə (ləğv prosesindədir) qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizənin qəbulundan imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar