Məhkəmə qərarları › İş №e-2-2(113)-3636/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3636/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3636/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 572,5 manat (beş yüz yetmiş iki manat əlli qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% (beş faiz) məbləğində hesablanmaqla, 42,61 manat (qırx iki manat altmış bir qəpik), 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında 7 aprel 2023-cü il tarixli, 2023/47 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci maddəsinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 5.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, alıcı müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan qəbul edilməsi və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin 11.1-ci maddəsində qeyd olunub ki, alıcı müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya satıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar alıcıya təhvil verildikdən sonra dəyəri ödənilir. Cəmiyyət tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Cavabdeh MMC tərəfindən öhdəliklər tam və vaxtında icra edilmədiyindən İddiaçı MMC-yə 572,51 manat (beş yüz yetmiş iki manat əlli bir qəpik) ziyan dəymişdir. Qeyd edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilən sifarişlər üzrə müxtəlif vaxtlarda elektron qaiməfakturalar: 1. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 861890 nömrəli, 359,99 manat (üç yüz əlli doqquz manaq doxsan doqquz qəpik) dəyərində qaimə; 2. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 290563 nömrəli, 240 (iki yüz qırx) manat dəyərində qaimə; 3. xx.xx.2023cü il tarixli, EBDG seriyalı, 702460 nömrəli, 180 (yüz səksən) manat dəyərində qaimə; 4. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 553546 nömrəli, 152,5 manat (yüz əlli iki manat əlli qəpik) dəyərində qaimə göndərilmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, 572,50 ( beş yüz yetmiş iki manat əlli qəpik) manat dəyərində əsas borc məbləği alıcı tərəfindən satıcıya bu günədək ödənilməmiş və alıcı tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. Belə ki, iddaçı öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdehnə isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Həmçinin qeyd edilir ki, cavabdeh "xxxx" MMC öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də iddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5% miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. İllik gecikdirmə faizinə görə ümumilikdə 42,61 manat (qırx iki manat altmış bir qəpik) borc yaranmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 07 aprel 2023-cü il tarixli, 2023/47 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalınma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, alıcı malları sifariş edir, satıcı isə həmin malları təqdim edir; 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsi öz öhdəsinə götürür; 5.2-ci bəndinə əsasən alıcı müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür; 11.1-ci bəndinə əsasən alıcı müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya satıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar alıcıya təhvil verildikdən sonra dəyəri ödənilir.

7. xx.xx.2023-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışın məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 861890 nömrəli elektron qaimə üzrə 54,91 manat ƏDV ödənişi edilmişdir.

8. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə 572,51 manat əsas, illik gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 42,61 manat faiz borcu vardır. Arayışdan görünür ki, son üç qaimə üzrə ödəniş edilməmişdir.

9. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

10. İddiaçı MMC tərəfindən tərtib edilmiş göndərilən qaimələrin siyahısından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 861890 nömrəli elektron qaimə üzrə 359,99 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 290563 nömrəli elektron qaimə üzrə 240 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 702460 nömrəli elektron qaimə üzrə 180 manat (ƏDV daxil), xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 553546 nömrəli elektron qaimə üzrə 152,5 manat (ƏDV daxil) təşkil edir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 572,51 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

14. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən alıcı malları sifariş edir, satıcı isə həmin malları təqdim edir və alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsi öz öhdəsinə götürür. İddiaçı müqaviləyə əsasən malları cavabdehin mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır.

15. İddia tələbinin bir hissəsini cavabdehdən 07 aprel 2023-cü il tarixli, 2023/47 saylı müqavilə üzrə 572,5 manat məbləğində qalıq borcun tutulması təşkil edir.

16. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 07 aprel 2023-cü il tarixli, 2023/47 saylı müqavilə üzrə 572,50 manat (beş yüz yetmiş iki manat əlli qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

17. Belə ki, İddiaçı MMC tərəfindən göndərilmiş qaimələrin siyahısından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 4 elektron qaimə üzrə ümumi dəyəri 932,49 manat olan mal göndərilmişdir. Erkon” MMC tərəfindən xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 861890 nömrəli elektron qaimə üzrə ümumilikdə 359,99 manat (305,08+54,91=359,99) ödəniş edilmiş, 3 elektron qaimə üzrə isə ödəniş edilməmiş, 572,5 manat qalıq borc (932,49-359,99=572,5) yaranmışdır.

18. İddia tələbinin digər hissəsini gecildirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 42,61 manat faiz borcunun tutulması təşkil edir.

19. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə iddia təmin olunmalı və cavabdehdən əsas borc məbləğinə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 42,61 manat (qırx iki manat altmış bir qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Həmin məbləğin hesablanmasına dair iddiaçı tərəfindən müvafiq hesablama təqdim edilmişdir (hər elektron qaimə üzrə gecikdirilmiş günlərin sayı və ona uyğun hesablanan məbləğ).

20. Eləcə də, iddiaçı 30 manat dəyərində dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

21. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və hüquqi yardım xərci olaraq 320 (üç yüz iyirmi) manat cavabdehdən tutularaq İddiaçı MMCyə ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 572,50 manat ( beş yüz yetmiş iki manat əlli qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 42,61 manat (qırx iki manat altmış bir qəpik ) faiz məbləği, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci olmaqla, ümumilikdə 965,11 manat (doqquz yüz altmış beş manat on bir qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar