Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3641/2025 24.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdehlər X6, X7, X8, X1 və X4 qarşı “müqaviləninvə yüklülüyün ləğvi, istifadə hüquqlarına xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılması və əmlakın təhbil verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə müraciət məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə X10rasında bağlanmış xx.xx.2023-cü il tarixli, D140 SaylıDaxili lizinq müqaviləsinin ləğv edilməsi; (lizinq və alqı-satqı müqavilələrinin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin (X5 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutulması; cavabdehlər X11, X12, X9, X3İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, bu şəxslərin mənzildən qeydiyyatdan çıxarılması və mənzildən çıxarılması; lizinq obyekti olan mənzilin - ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müaciət edərək, ödənilmiş dövlət rüsumunu qüvvədə saxlayaraq verilmiş iddia ərizəsini geri qaytarmasini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər X6, X7, X8, X1 və X4 qarşı “müqavilənin və yüklülüyün ləğvi, istifadə hüquqlarına xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılması və əmlakın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3641/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3641/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver