Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3645/2023 19.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul və digər tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh MMC (VÖEN **********) arasında imzalanmış xx.xx.2020-ci il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 943 ədəd palet (23575 AZN) (943*25 AZN) ödənilmiş 400 manat mediasiya rüsumunun və 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC (VÖEN **********) arasında xx.xx.2020 il tarixdə “Məhsulların alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı ("xxxx" MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcının (“FF Supply Services MMC”) mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alqı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. “Malların Alqı-Satqısı haqqında” Müqavilənin 6.2-ci bəndinə görə Ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin Müqavilənin 6.3-ci bəndinə görə X1 faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdeh: Cavabdeh MMC-yə (VÖEN **********) xx.xx.2022-ci il tarixdə **********, **********, **********, **********, **********, ********** nömrəli xx.xx.2022-ci il tarixdə ********** nömrəli xx.xx.2022-ci il tarixdə **********, **********, **********, **********3, **********, **********0, **********, **********, **********, **********7, **********, ********** nömrəli malların təhvil-qəbul aktları əsasında ümumilikdə 149748,81 manat məbləğində spirtsiz içkilər və 943 ədəd Palet təhvil verilmişdir. Həmin tarixdən bu günə qədər cavabdeh tərəfindən müəyyən ödənişlər həyata keçirilsə də, hazırki vəziyyətdə cavabdehin "xxxx" MMC-yə 138819,99 manat ödənilməmiş pul məbləği və 943 ədəd Palet borcu qalmışdır. "xxxx" MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq isə, dəyəri 800 dollar olan 1 ədəd SDVC tipli, soyuducu "xxxx" MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh MMC-yə əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, İstifadəçi əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir, əmlakın göstərilən müddət ərzində təhvili təmin edilmədikdə, İstifadəçi əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, “İstifadəçi” müqavilə şərtlərindən hər hansı birini pozarsa müqaviləyə xitam verilir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh MMC-dən (VÖEN **********) müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı (həmçinin alqı-satqı müqaviləsinə aid olan borcla bağlı) olaraq Cavabdeh MMC-yə (VÖEN **********) pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 gün ərzində iddiaçı təşkilata qaytarılması və borcun ödənilməsi tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı və borcun ödənilmədiyi təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh MMC (VÖEN **********) üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı "xxxx" MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin hal hazırda müəssisəmizə 17135 AZN borcu qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh MMC sifarişi əsasında İddiaçı MMC-nin malları paletlər (tara) üzərində müştəriyə təhvil verilmiş, lakin malların dəyəri ödənilsə də, malların daşınması zamanı tara kimi istifadə edilmiş 943 ədəd palet geri qaytarılmadığına görə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin izahatında İddiaçı MMC-nin palet satışı ilə məşgul olmadığını, boş paletlərin Cavabdeh MMC-nin sifarişinə əsasən alıcıya təhvil verildiyini və həmin paletlərində geri qaytarılmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020 il tarixdə "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış “Məhsulların alqı-satqı” müqaviləsindən görünür ki, həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı ("xxxx" MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcının (FF Supply Services MMC) mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alqı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. Müqavilənin 6.2-ci bəndinə görə Ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Müqavilənin 6.3-ci bəndinə görə X1 faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödənilməlidir. xx.xx.2019-cu il tarixli "xxxx" MMC ilə Cavabdeh MMC arasında imzalanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq dəyəri 800 dollar olan 1 ədəd SDVC tipli soyuducu "xxxx" MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh MMC-yə əvəzsiz istifadəyə verilmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, İstifadəçi əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir, əmlakın göstərilən müddət ərzində təhvili təmin edilmədikdə, İstifadəçi əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, “İstifadəçi” müqavilə şərtlərindən hər hansı birini pozarsa müqaviləyə xitam verilir. xx.xx.2020-ci il tarixli ACCB-007/2020 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC alıcı "xxxx" MMC-yə qovaq və ya şam ağacından istehsal olunmuş paleti (bundan sonra məhsul adlandırılacaq) satmaqla onun mülkiyyətinə verməyi və alıcı isə məhsulu qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür. Paletlər "xxxx" MMC-nin standartlarına uyğun olmalıdır. xx.xx.2020-ci il tarixli ACCB-007/2020 nömrəli alqı-satqı müqaviləsinə 01 nömrəli əlavə razılşmadan görünür ki, 1 ədəd paletin qiyməti ƏDV-siz 26 manatdır. xx.xx.2020-ci il tarixli 038/2020 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC alıcı "xxxx" MMC-yə qovaq və ya şam ağacından istehsal olunmuş paleti (bundan sonra məhsul adlandırılacaq) satmaqla onun mülkiyyətinə verməyi və alıcı isə məhsulu qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür. Paletlər "xxxx" MMC-nin standartlarına uyğun olmalıdır. xx.xx.2020-ci il tarixli 038/2020 nömrəli alqı-satqı müqaviləsinə 01 nömrəli əlavə razılşmadan görünür ki, 1 ədəd paletin qiyməti ƏDV-siz 26 manatdır. xx.xx.2020-ci il tarixli 98302 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 14 ədəd palet təhvil verilib. xx.xx.2020-ci il tarixli 790596 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 4 ədəd palet təhvil verilib. xx.xx.2020-ci il tarixli 048952 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 48 ədəd palet təhvil verilib. xx.xx.2020-ci il tarixli 987403 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 24 ədəd palet təhvil verilib. xx.xx.2020-ci il tarixli 018222 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2020-ci il tarixli 033410 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 23 ədəd palet təhvil verilib. xx.xx.2020-ci il tarixli 432461 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 30 ədəd palet təhvil verilib. xx.xx.2020-ci il tarixli 415652 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 4 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 459823 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 16 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 455400 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 24 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 414448 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 40 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 414690 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 398162 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 6 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 709558 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 16 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 482691 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 12 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 464325 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 24 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 711592 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 37 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 711594 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 12 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 711590 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 16 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 711697 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 334646 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 48 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 891652 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 13 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 703299 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 703298 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 703294 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 703295 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 703297 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 703296 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 703293 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 703292 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 703291 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 903320 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 903321 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 903319 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 683093 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 683094 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 7 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 782495 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 782102 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 782740 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 782102 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 788741 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 782742 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2021-ci il tarixli 773919 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 5 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 892586 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 892585 nömrəli malların təhvil-qəbul aktından görünür ki, əl yazma ilə 8 ədəd palet qaldı. xx.xx.2022-ci il tarixli 892587 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet qalıb. xx.xx.2022-ci il tarixli 892582 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 892584 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 892583 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 862148 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 864457 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 864476 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 864463 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 846935 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618708 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618706 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618707 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618710 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618711 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618712 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618713 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618724 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618723 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618722 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618725 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618717 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618715 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618714 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618716 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618721 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618720 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618719 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618718 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 618709 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667177 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667178 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667313 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667316 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667182 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667183 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667322 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667321 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667181 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667192 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667323 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667324 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667189 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667188 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667190 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667187 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667185 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667186 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 615521 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 667325 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 776088 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 760830 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 760831 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 760833 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 760834 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 760835 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 760824 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 760822 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 760823 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 760839 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 760838 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 760836 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli 760837 nömrəli malların təhvil-qəbul aktından görünür ki, 8 ədəd palet təhvil verilib. xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Cavabdeh MMC “X2 Bottlers” MMC-nin hesabına 10300,01 AZN ödəmişdir. xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Cavabdeh MMC “X2 Bottlers” MMC-nin hesabına 112262,73 AZN ödəmişdir. xx.xx.2022-ci il tarixli MŞB/18-00113 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tətqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2020 il tarixdə "xxxx" MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən satıcı "xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcı Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi və tara kimi istifadə edilən paletləri geri qaytarmağı öhdəliyi götürmüşdür. Göründüyü kimi iddiaçının satdığı məhsul Azerbaijan Coca-Cola Bottlers” MMC istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkilər olmuş, paletlər isə həmin məhsullarınn daşınması üçün tara kimi istifadə edilmişdir. Məhkəmə 84 təhvil-təslim aktına (82 akt - 8 ədəd palet, 1 akt - 5 ədəd palet, 1 akt - 7 ədəd palet) əsasən təhvil verilmiş 668 (82x8=656+5+7) ədəd paletlərin Cavabdeh MMC tərəfindən qəbul edildiyini, lakin geri qaytarılmadığını mübahisəsiz hal kimi qəbul edir, belə ki, həmin təhvil-təslim aktlarında təhvil alma hissəsində Cavabdeh MMC-nin möhürü olmasa da, həmçinin qəbul edən şəxsin səlahiyyətli olması ilə bağlı sübutlar təqdim edilməsə belə, alıcı Cavabdeh MMC həmin paletlərin üzərində olan "xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri qəbul edib, borcunu tam həcmdə ödəməklə, onların daşıması üçün istifadə edilən taranı (paletləri) qəbul etdiyi təsdiq etmiş, lakin alıcı Cavabdeh MMC həmin paletlərin qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, "xxxx" MMC məhkəməyə təqdim etdiyi 22 təhvil-təslim aktları ilə paletlərin Cavabdeh MMC-yə təhvil verildiyini sübuta yetirə bilmədiyinə görə rədd edilməlidir. Belə ki, həmin 22 aktda boş paletlərin təhvil verilməsi göstərilmiş, satıcı həmin paletləri qəbul edən şəxslərin səlahiyyətli olması ilə bağlı sübut təqdim etməmiş, həmçinin paletlərin üzərində "xxxx" MMC-nin malları olmadığına görə Cavabdeh MMC heç bir ödəniş etməməklə onların qəbul edilməsini təsdiq etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin əsas fəaliyyət növü istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkilərin satışı oldugu halda, tərəflərin arasında paletlərin alqı-satqı ilə bağlı müqavilə münasibətlərin mövcudluğu ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli 892585 nömrəli malların təhvil-qəbul aktında əsasən tələb də rədd edilməlidir, belə ki, kompyuterdə tərtib edilmiş aktda paletlər göstərilməmiş, “8 ədəd palet qaldı” sözləri isə qələm ilə yazılmışdır (sonradan yazılması ehtimalları vardır). Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) hissəsində də iddiaçı məhkəməyə sübut təqdim etmədiyi üçün rədd olunmalıdır. Məhkəmə hər paletin qiymətinin 25 manat dəyərində olması ilə bağlı razılaşır, belə ki, "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi paletlərin alqı-satqısı müqavilələrində paletlərin satış qiyməti 26 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 668 ədəd palet və ya onun dəyəri 16700 (668x25 manat) manat, həmçinin 400 manat mediasiya xərcinin ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 668 ədəd palet və ya onun dəyəri 16700 (668x25 manat) manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 668 ədəd palet və ya onun dəyəri 16700 (668x25 manat) manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3645/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3645/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver