Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3646/2022 18.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (MMM) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı müqavilə öhdəliklərinin icra olunması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 iyul 2018-ci il tarixli 871-L/18 saylı kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin tələblərinə əsasən traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289200, traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289224, traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289223, traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289586, çiləyici Ventilyatorlu 3000 litr AR-1604, şassi nömrəsi: 616, çiləyici Ventilyatorlu 3000 litr AR-1604, şassi nömrəsi: 617, çiləyici Ventilyatorlu 3000 litr AR-1604, şassi nömrəsi: 618, çiləyici Ventilyatorlu 3000 litr AR-1604, şassi nömrəsi: 619 avadanlıqlarının onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “MARS-FK LTD" MMM ilə “Aqrolizinq" ASC arasında bağlanmış 13 iyul 2018-ci il tarixli, 871-L/18 saylı kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən, lizinq alan ümümi məbləği 350000 manat olan kənd təsərrüfatı texnikalarını 140000 manat ilkin ödəniş etməklə, qalan ödənişləri müqavilənin 2 nömrəli əlavəsində göstərilən qrafik üzrə həyata keçirməsi öhdəliyi ilə lizinqə götürmüş, lizinq verən isə texnikaların dəyəri tam ödənildikdən sonra müvafiq sənədləşmə apararaq, sözügedən texnikaları lizinq alanın mülkiyyətinə verməsini öz öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, “Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra - Agentlik) keçir. “MARS-FK LTD" MMM tərəfindən müqavilənin 2 nömrəli əlavəsində göstərilən qrafik üzrə ödənişlər vaxtı-vaxtında həyata keçirilərək, borc məbləği tam olaraq bağlansa da, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmiş, texnikalar (2-si istisna olmaqla) “MARS-FK LTD" MMM-in mülkiyyətinə verilməsi üçün müvafiq sənədləşmə aparılmamışdır, müvafiq texnikalar iddiaçının mülkiyyətinə verilməli olsa da, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməməklə, həmin texnikaların mülkiyyətə verilməsindən imtina edilir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri və müqavilə öhdəlikləri kobud şəkildə pozulduğundan, "MARS-FK LTD” MMM dəyərini ödədiyi texnikaların mülkiyyətinə alınmasından məhrum olmuşdur. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə dəfələrlə şifahi və yazılı müraciətlər edilmişdir. Cavabdeh tərəfindən 'İddiaçı MMM-ə ünvanlanmış 01 iyun 2022-ci il tarixli məktubda bildirmişdir ki, 1302-GL/18 (əvvəlki NQ 871-L/18) nömrəli lizinq müqaviləsi üzrə ümumi lizinq borcu ödənilmiş və hazırda həmin müqavilə üzrə borc qalığı mövcud deyil. İddiaçı MMM tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. İddiaçı MMM-in nümayəndəsi tərəfindən 100 manat mediasiya xərci ödənilmiş, mediator X3 tərəfindən isə 08 aprel 2022-ci il tarixli, MŞB/6-1607 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış təqdim edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, 13 iyul 2018-ci il tarixli 871-L/18 saylı kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin tələblərinə əsasən traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289200, traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289224, traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289223, traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289586, çiləyici Ventilyatorlu 3000 litr AR-1604, şassi nömrəsi: 616, çiləyici Ventilyatorlu 3000 litr AR-1604, şassi nömrəsi: 617, çiləyici Ventilyatorlu 3000 litr AR-1604, şassi nömrəsi: 618, çiləyici Ventilyatorlu 3000 litr AR-1604, şassi nömrəsi: 619 avadanlıqlarının iddiaçının mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında qeyd etmişdir ki, “MARS-FK LTD" MMM ilə “Aqrolizinq" ASC arasında bağlanmış 13 iyul 2018-ci il tarixli, 871-L/18 saylı kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə borc məbləği tam ödənilsə də, eyni tərəflər arasında bağlanmış digər müqavilə üzrə “MARS-FK LTD" MMM-in borcu olduqca yüksək məbləğdədir. Belə olan halda, texnikaların iddiaçının mülkiyyətinə verilməsi məqsədəmüvafiq hesab olunmur. Sonda cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan: 13 iyul 2018-ci il tarixli, 871-L/18 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 350000 manat olan (ümumi dəyərindən 140000 manat məbləği əvvəlcədən ödənilməklə) müvafiq texnikaların dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 13 iyul 2018-ci il tarixli “Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini X2 lizinqə verilməsi barədə əmrə əsasən traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289200, traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289224, traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289223, traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289586, traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289587, traktor "Tümosan 8195 4WD" markalı, mühərrik nömrəsi: 289585, çiləyici Ventilyatorlu 3000 litr AR-1604, şassi nömrəsi: 616, çiləyici Ventilyatorlu 3000 litr AR-1604, şassi nömrəsi: 617, çiləyici Ventilyatorlu 3000 litr AR-1604, şassi nömrəsi: 618, çiləyici Ventilyatorlu 3000 litr AR-1604, şassi nömrəsi: 619 lizinqə verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “MARS-FK LTD" MMM-ə ünvanlanmış 01 iyun 2022-ci il tarixli, MİHO/1.2.2-2- 2022-1728 nömrəli məktubda qeyd olunmuşdur ki, “MARS-FK LTD" MMM və “Aqroservis" Açıq Səhmdar Cəmiyyəti ilə qarşılıqlı razılaşma əsasında bağlanmış 1302-GL/18 (əvvəlki 871-L/18) nömrəli lizinq müqaviləsi üzrə ümumi lizinq borcu ödənilmiş və hazırda həmin müqavilə üzrə əldə olunmuş texnikalara görə borc qalığı mövcud deyil. Məhkəmə iş materiallarını tədqiq etməklə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İşin faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında lizinq münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər tam məbləğdə həyata keçirilmişdir. Qeyd olunan xüsusat işin halları ilə təsdiqini tapdığından və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 1.1-ci bəndində kənd təsərrüfatı texnikalarının lizinq alanın mülkiyyətinə verilməsi üçün iki şərt nəzərdə tutulmuşdur: dəyərinin tam ödənilməsi və müvafiq sənədləşmə aparılması. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “MARS-FK LTD" MMM-ə ünvanlanmış 01 iyun 2022-ci il tarixli, MİHO/1.2.2-2-2022-1728 nömrəli məktubunda iddiaçının 1302-GL/18 (əvvəlki 871-L/18) nömrəli lizinq müqaviləsi üzrə ümumi lizinq borcunun ödənildiyi və hazırda həmin müqavilə üzrə borcun olmaması qeyd olunmuşdur. Cavabdehin iddiaya etirazının əsasını iddiaçının digər müqavilə üzrə xeyli miqdarda borcunun olması təşkil edir. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusat iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı müqavilənin şərtlərində digər müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Lizinq müqaviləsinin 3.6-cı bəndinə görə müqavilənin şərtlərinə uyğun olaraq sonuncu ödənişin həyata keçirilməsindən sonra mülkiyyət hüququ lizinq alana keçir. Məhkəmə hesab edir ki, lizinq müqaviləsinin 1.1-ci bəndində göstərilən şərtə (kənd təsərrüfatı texnikalarının dəyərinin tam ödənilməsi) riayət olunmuşdur və 3.6-cı bəndə müvafiq olaraq sonuncu ödəniş aparıldığından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müvafiq sənədləşmə aparılmaqla lizinq avadanlıqları iddiaçının mülkiyyətinə verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı müqavilə öhdəliklərinin icra olunması barədə iddiası təmin edilsin. 13 iyul 2018-ci il tarixli 871-L/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən “Tümosan 8195 4WD” markalı, mühərrik nömrəsi: 289200 traktor, “Tümosan 8195 4WD” markalı, mühərrik nömrəsi: 289224 traktor, “Tümosan 8195 4WD” markalı, mühərrik nömrəsi: 289223 traktor, “Tümosan 8195 4WD” markalı, mühərrik nömrəsi: 289586 traktor, 3000 litr AR-1604, şassi nömrəsi: 616 ventilyatorlu çiləyici, 3000 litr AR-1604, şassi nömrəsi: 617 ventilyatorlu çiləyici, 3000 litr AR-1604, şassi nömrəsi: 618 ventilyatorlu çiləyici, 3000 litr AR-1604, şassi nömrəsi: 619 ventilyatorlu çiləyicinin İddiaçı mülkiyyətinə verilməsi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3646/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3646/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver