Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3652/2021 13.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia həcminin azaldılması ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən bank uçot dərəcəsi kimi hesablanmış 4417,875 manat ödənişin, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 8340,94 manat cərimə məbləğinin, 3534,3 manat illik 5%-lə cərimə məbləğinin, hüquqi xidmətə görə ödənilmiş 2000 manat məbləğində xərcin və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması və İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında № 7/2021 nömrəli 06 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, iddiaçı bu müqavilədə müəyyən edilmiş şərtlərlə malları cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, cavabdeh bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olaraq, malın dəyərini ödəməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, cavabdeh bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərinin qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirildiyi hər bir gün üçün ödənilməyən məbləğin 0,1 %-i həcmində cərimə ödəyəcəkdir. Müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixi bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşma protokoluna əsasən müəyyən edilir. №01 saylı qiymətlərin razılaşma protokoluna əsasən müəyyən edilmişdir ki, malın dəyəri 70686 manat, ƏDV 18%,cəmi 83409,48 manat təşki ledir. 06 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi və №01 saylı qiymətlərin razılaşma protokolu tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə müqavilə və protokol qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanmış və həmin andan tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş,alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdehə təhvil verilmişdir. 03.03.2021-ci il tarixli 05823 nömrəli təhvil-təslim aktı ilə təsdiq edilir ki, razılaşdırılmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, təhvil-təslim aktı cavabdeh tərəfindən imzalanmışdır. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə malın verilməsini təsdiq edən 03.03.2021-ci il tarixli EBAYseriyalı № 215271 nömrəli elektron qaimə də təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən yalnız 12.723,48 manat məbləğində ƏDV ödənilmiş, qalan əsas borc məbləği isə bugünədək ödənilməmişdir. Hal-hazırda Cavabdeh MMC-nin iddiaçıya 70686 manat məbləğində əsas borcu qalmışdır. İddiaçı MMC həmin məbləği keçən müddət ərzində banka depozit hesabına qoysaydı xeyli miqdarda gəlir əldə edə bilərdi. Cavabdeh bizim pulu özündə saxlamaqla ondan faydalanmışdır. İddiaçı cavabdehdə olan pullardan istifadə edə bilmədiyi üçün iddiaçıya maddi ziyan vurulmuşdur. Odur ki, qüvvədə olan qanunvericiliyə əsasən, cavabdehdən bank faizinin uçot dərəcəsi də tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi intemet səhifəsindən olan çıxarışa əsasən, 2020-ci il 18 dekabr tarixdən etibarən bugünədək bank faizinin uçot dərəcəsi 6,25 % təşkil edir. Ona görə bank faizinin uçot dərəcəsi kimi hesablanmış 4417,875 manat (70.686 x 6,25 % x 1 il) məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqaşəxsin hesabma pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onunmüvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən, hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,1%-i həcmində cərimə də ödənilməlidir. Belə ki, 03.03.2021-ci il tarixli elektron qaimə əsasında ödəniş 30 gün müddətində həyata keçirilmədiyinə görə, 04.04.2021-ci il tarixdən bugünədək hər gün üçün 0,1 % olmaqla,cəmi 2120,58 manat (70686 x 0,1% x 30 gün (24.05.2021-ci il tarixədək)) məbləğində cərimə də cavabdehdən tutulmalıdır. Bundan əlavə, iddiaçı cavabdehdən borcun tutulması işinin aparılması üçün hüquq şirkəti ilə xidmət müqaviləsi bağlamış və həmin müqavilə əsasında göstərilən hüquqi xidmətlərə görə 2.000 manat məbləğində ödəniş etmişdir. Hesab edirik ki, iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ də cavabdeh tərəfindən tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsindən göründüyü kimi qanunla cərimə məbləği olaraq illik 5% müəyyən edilməsi müəyyən edilmişdir. Odur ki, əsas borc məbləği olan 70686 manat məbləğin 5%-i, yəni 3534,3 manat məbləğində pul da cərimə olaraq Cavabdeh MMC-dən tutulmalı və iddiaçıya ödənilməlidir. İddiaçı MMC tərəfindən 27.05.2021-ci il tarixdə Cavabdeh MMC-yə pretenziya məktubu göndərilmiş və sözügedən borc məbləğinin 3 gün müddətində ödənilməsi xahiş edilmişdir. Lakin pretenziyaya bugünədək cavabdeh verilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, məhkəməyə müraciət edərək borc məbləğinin cavabdehdən məhkəmə qaydasında tutulması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkili Vəkil iddianı müdafiə edərək, izahatında 70686 manat məbləğində borcla bağlı elektron qaimənin 03.03.2021-ci il tarixdə tərtib edildiyinə baxmayaraq, cavabdeh məhkəmə gedişatında həmin borcun 36686 manatını 16.06.2021-ci il tarixində, qalan 34000 manatını isə 02.08.2021-ci il tarixində ödədiyinə görə tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC və Cavabdeh MMC arasında 06 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. 03.03.2021-ci il tarixli elektron qaimədə iddiaçı tərəfindən ümumi dəyəri 70686 manat məbləğində olan malların cavabdehə təhvil verildiyi görünür. 16.06.2021-ci il tarixli 552367 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 36686 manat məbləğində vəsait ödənilmişdir. 02.08.2021-ci il tarixli 560607 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 34000 manat məbləğində vəsait ödənilmişdir. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabma pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onunmüvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 449.1, 467, 567, 598.1 və 598.2-ci maddələri). Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflərin arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı 70686 manat məbləğində satdığı mala görə elektron qaiməni 03.03.2021-ci il tarixində cavabdehə təqdim etsə də, sonuncu həmin borcdan 36686 manatını 16.06.2021-ci il tarixində, qalan 34000 manatını 02.08.2021-ci il tarixində ödəmişdir. Göründüyü kimi cavabdeh 70686 manat vəsaitdən 36686 manat məbləğində olan borcu 104 gün, 34000 manat məbləğində olan borcu isə 45 gün gecikməklə ödəmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 70686 manat borca görə illik 5%-lə hesablayaraq 3534,3 manat məbləğində vəsait tələb etsə də, məhkəmə hesab edir ki, həmin vəsait aşağıdakı qaydada hesablanmalıdır: 70686 manat borca görə 104 gün gecikməyə görə illik 5%-lə hesablamaqla 1021,02 manat (70686 x 5% = 3534,30 : 360 = 9,8175 x 104 gün), 34000 manat borca görə 45 gün gecikməyə görə illik 5%-lə hesablamaqla 212,49 manat (34000 x 5% = 1700 : 360 = 4,7222 x 45 gün) cəmi 1233,51 manat təşkil edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən tələbi qismən, yəni 1233,51 manat həcmində təmin edilməlidir. Bununla yanaşı iddiaçının müqavilənin 3.2-ci bəndinə əsasən 2120,58 manat cərimə tələbi ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 64,37 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən və hüquqi xidmətə görə müvafiq olaraq 4417,87 manat və 2000 manat tələbləri hissəsində iddia rədd olunmalıdır, belə ki, iddiaçı cavabdehin 4417,87 manatdan faydalanması və 2000 manatla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, 31 manat iddiada dövlət rüsumu kimi tələb olunsa da, yalnız 30 manat hissədə təmin edilməlidir, belə ki, 30 manat dövlət rüsumudursa, 1 manat bank xərcidir, iddiaçı isə həmin vəsaiti bank xərci kimi deyil, dövlət rüsumu kimi tələb etmişdir. Bununla yanaşı iddia tələbinin 7,09%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 7,09%-i, yəni 2,12 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 1233,51 manat, 64,37 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 2,12 manat cəmi 1300 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia bank uçot dərəcəsi kimi hesablanmış 4417,875 manat və hüquqi xidmətə görə ödənilmiş 2000 manatın tələbi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 1233,51 manat, 64,37 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 2,12 manat cəmi 1300 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia bank uçot dərəcəsi kimi hesablanmış 4417,875 manat və hüquqi xidmətə görə ödənilmiş 2000 manatın tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3652/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3652/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver