Məhkəmə qərarları › İş №e-2-2(113)-3654/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3654/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3654/2025 30.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Aypara Development" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 03 sentyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi və onun 1 saylı Əlavəsinə əsasən ödənilmiş 53.853,60 manat məbləğində avans, 9.693,65 manat məbləğində 18% ƏDV, ümumilikdə 63.547,25 manat məbləğində borc məbləğinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 350 manat məbləğində pul vəsaitinin və 281 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (alıcı) ilə Cavabdeh (satıcı) MMC arasında 03 sentyabr 2024-cü il tarixli Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 saylı Əlavəsinə əsasən, malların qiyməti 47500 (qırx yeddi min beş yüz avro) EUR (ƏDV xaric) müəyyən edilmiş, İddiaçı MMC müqavilə üzrə müqavilə qiymətinin 60%-ni avans olaraq Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüş, 010AZ**********7 nömrəli ödəniş sənədinə əsasən 53853.60 (əlli üç min səkkiz yüz əlli üç manat altmış qəpik) AZN məbləğində avans, **********660772 nömrəli ödəniş sənədinə əsasən 9693.65 (doqquz min altı yüz doxsan üç manat altmış beş qəpik) AZN məbləğində 18% ƏDV, ümumilikdə 63547.25 (altmış üç min beş yüz qırx yeddi manat iyirmi beş qəpik) AZN məbləğində pul vəsaiti ödəmişdir. Cavabdeh MMC malları müqavilə bağlandıqdan sonra 7 təqvim günündən gec olmayaraq İddiaçı MMC-yə çatdırmağı, təhvil verməyi və quraşdırmağı öhdəsinə götürmüşdür. Tərəfimizdən borcluya dəfələrlə şifahi və yazılı qaydada müraciət edilmiş, qanunvericiliyə uyğun olaraq pretenziya göndərilmiş, lakin Cavabdeh MMC öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və İddiaçı MMC-yə olan borcunu geri qaytarmaqdan boyun qaçırmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (alıcı) ilə Cavabdeh (satıcı) arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan satınalma sifarişində göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları alır, 1.2-ci bəndinə əsasən satıcı alıcının tələbi ilə alıcının olduğu yerdə malların alıcının təyin etdiyi yerə çatdırılması, daşıyıcı nəqliyyat vasitəsindən boşaldılması, boşaldıldıqdan sonra təyinat nöqtəsinə daşınması və tara və qabın açılaraq malların təhvil verilməsini, qoşulmasını, yerləşdirilməsini, asılmasınıı, bərkidilməsini təmin edir və bu sadalananlar üçün qiymət müqavilə qiymətinə daxildir. Buna görə satıcı əlavə ödəniş tələb etmir.

12. Alqı-satqı müqaviləsinə 1 saylı Əlavəyə əsasən alıcı bu müqavilə üzrə müqavilə qiymətinin 60%-ni avans olaraq satıcıya ödəyəcək.

13. Müqavilə, və ona Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

15. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına xx.xx.2024-cü il tarixli müqavilə üzrə avans olaraq 53.853,6 manat və ƏDV olaraq 9.693,65 manat məbləğində pul köçürülmüşdür.

16. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən malın verilmədiyini bildirərək, ödənilmiş 53.853,60 manat avans və 9.693,65 manat ƏDV ödənişinin geri qaytarılmasını xahiş edir.

17. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, müqavilə üzrə malların verilməsinə dair dəlilləri məhkəməyə təqdim etməmişdir.

18. Ona görə də, Məhkəmə hesab edir ki, ödənilmiş, ancaq verilməyən malların dəyəri olan 63.547,25 manat (53.853,6+9.693,65) məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

19. Məhkəmə hesab edir ki, iddianın 350 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı “LCG” Vəkil Bürosunun vəkili Nümayəndə3 xx.xx.2025-ci il tarixli order verilmişdir.

21. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş sənədindən görünür ki, hüquqi yardım göstərilməsi üçün “LCG” Vəkil Bürosunun hesabına 350 manat məbləğində ödəniş edilmişdir.

22. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 281 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 53.853 (əlli üç min səkkiz yüz əlli üç) manat 60 (altmış) qəpik, ƏDV borcu üzrə 9.693 (doqquz min altı yüz doxsan üç) manat 65 (altmış beş) qəpik, ümumilikdə 63.547 (altmış üç min beş yüz qırx yeddi) manat 25 (iyirmi beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 281 (iki yüz səksən bir) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar