Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3663/2023 09.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 108957,50 manat borcun və 405 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmas barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 005/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixində 20612,50 manat, xx.xx.2023-cü il tarixində 43851,50 manat, xx.xx.2022-ci il tarixində 54493,50 manat, xx.xx.2023-cü il tarixində 425,03 manat məbləğində mal vermişdir. Tərəflər arasında bağlanılan 005/22 saylı alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən Cavabdeh MMC aldığı malların dəyərini 30 təqvim günü müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin göstərilmiş alqı-satqı müqaviləsi üzrə öhdəlik Cavabdeh MMC tərəfindən lazımi qaydada icra edilməmiş və nəticədə Cavabdeh MMC-nin İddiaçı MMC qarşısında xx.xx.2023-ci il tarixinə 108957,50 manat icra edilməmiş öhdəliyi yaranmışdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılan alqı-satqı müqaviləsinin 3-cü maddəsinə əsasən satıcı müqavilənin şərtləri əsasında malları alıcıya verməyi, alıcı isə malları qəbul etməyi və razılaşdırılmış qiymətləri ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödənişlərin edilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmməmişdir. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixinə ümumilikdə 108957,50 manat borc məbləği yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş və pretenziya məktubu göndərilmiş və mübahisənin məhkəməyə qədər həlli üçün vaxt verilmişdir. Lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445.1, 445.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ünvnlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, üç qaimə üzrə məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən cəmi 10000 manat ödəniş edilmiş, qalan 108957,50 manat borc qaytarılmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
7. İş materiallarından görünür ki, İddiaçı MMC “satıcı”, Cavabdeh MMC “alıcı” olmaqla, tərəflər arasında 22 noyabr 2022-ci il tarixli 005/22 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən satıcı bu müqavilənin şərtləri əsasında bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən “qiymətlərin razılaşdırma protokolu”nda qeyd edilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları bu müqavilənin şərtləri əsasında qəbul etməyi və razılaşdırılmış qiymətlərini ödəməyi öhdəsinə götürür.
8. EBCJ seriyalı, 790003 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 43851,50 (ƏDV daxil) manat təşkil edir.
9. EBCL seriyalı, 934879 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 54493,50 (ƏDV daxil) manat təşkil edir.
10. EBCJ seriyalı, 784783 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 20612,50 (ƏDV daxil) manat təşkil edir.
11. İş materiallarına xx.xx.2022-ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixlərdə malların verilməsinə dair qaimələr əlavə olunmuşdur.
12. İddiaçı MMC-nin bank hesabı çıxarışından məlum olur ki, xx.xx.2022-ci il tarixində hesaba Cavabdeh MMC tərəfindən 10000 manat məbləğində mədaxil olmuş, ödənişin təyinatı olaraq “EBCJ 784783 elektron qaimə üzrə qismən ödəniş” qeyd edilmişdir.
13. xx.xx.2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh MMC-yə 118957,50 manat məbləğində mallar satılmış, 10000 manat məbləğində ödəniş olmuş, borc məbləği 108957,50 manat təşkil edir.
14. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş bildiriş (pretenziya) məktubunda 108957,50 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
15. xx.xx.2023-cü il tarixli 001XOH********** nömrəli ödəniş tapşırığından məlum olur ki, 405 manat Bakı 11 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür.
16. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsnə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
19. İddia tələbinin əsasını 22 noyabr 2022-ci il tarixli 005/22 nömrəli alqı-satqı müqaviləsi üzrə 108957,50 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulması təşkil edir.
20. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 118957,50 manat (43851,50+54493,50+20612,50=118957,50) məbləğində pul vəsaitinin ödənilməsi üçün 3 qaimə təqdim edilmişdir. Daha sonra cavabdeh tərəfindən təqdim edilmiş elektron qaimələrdən bir üzrə qismən, 10000 manat məbləğində ödəniş edilmiş, həmçinin digər iki qaimə üzrə ödəniş olunmamışdır. Qeyd edilən halları nəzərə alaraq və təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, müqavilə üzrə ödənilməli olan qalıq 108957,50 manat (118957,50-10000=108957,50) məbləğində pul cavabdeh İddiaçındən iddiaçının xeyrinə tutulmalıdır.
21. Eləcə də, iddiaçı məhkəməyə ödənilmiş mediasiya xərclərinə görə 405 (dörd yüz beş) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, 405 (dörd yüz beş) manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 108957,50 manat (yüz səkkiz min doqquz yüz əlli yeddi manat əlli qəpik) borc, 405 manat mediasiya xərci olmaqla, cəmi 109362,5 manat (yüz doqquz min üç yüz altımış iki manat əlli qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova