Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3668/2023 28.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 2500,10 məbləğində əsas borc, 12187,5 manat məbləğində dəbbə pulu, 565,10 manat məbləğində əldən çıxmış fayda, 60 manat məbləğində mediasiya xərcləri, 200 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ, ümumilikdə 15512 manat məbləğində pul və 77 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə №AS1 saylı malların alqı-satqısına dair müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən alıcı sifariş etdiyi 3000 AZN limit çərçivəsində olan Malın dəyərinin 100%-ni müvafiq Mal partiyasının Satıcının anbarına daxil olduğu tarixdən etibarən 30 (otuz) gün ərzində satıcının hesabına ödəməlidir. Əgər alıcı bu müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, Satıcı müvafiq Malların alıcıya göndərilməsini dayandırmaqla yanaşı, əldən çıxmış faydanı da alcıdan tələb edə bilər. Həmin müqavilənin 8.7-ci maddəsinə əsasən alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikdirmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Tərəflər arasında xx.xx.2020-ci il tarixli №AS1 saylı müqaviləyə uyğun olaraq aşağıdakı tarixlərdə və məbləğlərdə elektron qaimələr kəsilmişdir: xx.xx.2020-ci il tarixli və 428276 nömrəli elektron qaimə üzrə 652,04 manat məbləğində; xx.xx.2020-ci il tarixli və 805793 nömrəli elektron qaimə üzrə 220 manat məbləğində; xx.xx.2020-ci il tarixli və 362190 nömrəli elektron qaimə üzrə 520 manat məbləğində; xx.xx.2020-ci il tarixli və 443508 nömrəli elektron qaimə üzrə 472 manat məbləğində; xx.xx.2020-ci il tarixli və 516730 nömrəli elektron qaimə üzrə 636,07 manat məbləğində. Müqaviləyə əsasən Cavabdehnə sifarişləri əsasında avtonəqliyyat vasitələrinin ehtiyat hissələri təhvil verilmiş və alıcının şirkətə olan borcu aşağıda qeyd edilən məbləğdədir: 2500,10 manat məbləğində əsas borc; xx.xx.2020 tarixindən xx.xx.2023 tarixinədək olan 12187,5 manat məbləğində dəbbə pulu. Müqavilənin 8.7-ci maddəsinə əsasən alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikdirmənin hər günü üçün borclu olduğu məbləğin 0,5% -i miqdarında cərimə ödəməlidir. Odur ki, dəbbə pulunun hesablanma qaydası aşağıdakı kimidir: 2500 (əsas borc) x 0,5 % (cərimə məbləği) = 12,5 (bir gün üçün) 12,5 (bir gün üçün) x 972 (xx.xx.2020-ci il tarixindən xx.xx.2023 tarixinədək olan günlərin sayı) =12.187,5 ( ümumi dəbbə məbləği) xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinədək olan 565,1 manat məbləğində əldən çıxmış fayda. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.2.-ci maddəsinə əsasən Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əldən çıxmış faydanın hesablanıldığı gün üçün Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsi isə 8.75 %-dir. Odur ki, əldən çıxmış faydanın hesablanma qaydası aşağıdakı kimidir: 2500 (əsas borc) x 8,75 (uçot faiz dərəcəsi) = 218,75 (bir il üçün) 218,75 (bir il üçün) x 2(xx.xx.2020 tarixindən xx.xx.2022 tarixinədək olan illərin sayı) = 437,5 (iki il üçün olan əldən çıxmış fayda məbləği) 218,75 (bir il üçün) x 7/12(xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinədək olan ayların sayı)=127,6 (yeddi ay üçün olan əldən çıxmış fayda məbləği) 437,5 (iki il üçün olan əldən çıxmış fayda məbləği) + 127,6 (yeddi ay üçün olan əldən çıxmış fayda məbləği) = 565,1 (ümumi əldən çıxmış fayda məbləği) Odur ki, hal-hazırda Cavabdeh "xxxx" MMC-ə olan borcu 2500,10 manat məbləğində əsas borc, 12187,5 manat məbləğində dəbbə pulu, 565,1 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 15252,7 manat məbləğindədir. Həmçinin xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən, Cavabdeh MMC-nin "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixinə olan borcu 2500,10 AZN-dır. Üzləşmə aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Yuxarıda qeyd edilən elektron qaimələr üzrə mallar alıcıya təhvil-təslim edilməsinə baxmayaraq alıcı tərəfindən 2500,10 manat məbləğində malın dəyəri bu günə qədər ödənilməmişdir. Cavabdeh tərəflə əlaqə saxlanılaraq dəfələrlə ödənilməli olan məbləğ tələb edilsə də, Cavabdeh MMC tərəfindən heç bir ödəmə həyata keçirilməmişdir. Cavabdeh MMC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə uyğun olaraq Satıcı tərəfindən verilmiş mallar və Alıcı tərəfindən həyata keçirilən ödəmələrlə bağlı hesabdan çıxarış iddia ərizəsinə qoşmaya əlavə edilir. Belə ki, Cavabdeh MMC-yə xx.xx.2020-ci ildən başlanılmaqla xx.xx.2020-ci il tarixinədək müxtəlif vaxtlarda müqavilə üzrə mallar təhvil verilmişdir. Ümumilikdə 2940,12 manat məbləğində mallar Alıcıya təhvil verilmiş, 440,02 manat dəyərində mallar geri qaytarılmışdır. 2500,10 manat məbləğində borc isə bu günə qədər ödənilməmişdir. Qeyd etmək istəyirik ki, tərəfimizdən xx.xx.2022-ci il tarixində cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, borcun 10 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə 2500,10 manat əsas borc, dəbbə pulu, əldən çıxmış fayda, mediasiya xərcləri, işin məhkəməyə verilməsinə görə ödənilən xərclər və digər xərclərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə kommersiya mübahisəsinin həlli məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. (Pretenziya qaydasında xəbərdarlıq məktubunun qarşı tərəfə çatdırılması ilə bağlı qəbzi qoşmaya əlavə edirik. Lakin cavabdeh tərəfindən heç bir məbləğ ödənilməmişdir. Odur ki, 2500,10 manat əsas borc, dəbbə pulu, əldən çıxmış fayda, mediasiya xərcləri, vəkil xərcləri, poçt xərcləri, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu və digər xərclərin "xxxx" MMC-dən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli AS1 nömrəli iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.1-ci bəndindən görünür ki, alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş edir, satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcıya təhvil verəcək və alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alır və malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəyir. Müqavilənin 8.7-ci maddəsinə əsasən alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikdirmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, "xxxx" MMC-nin "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixə 2500,10 manat borcu var. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC-nin "xxxx" MMCyə 2500,10 manat qalıq borcu var. xx.xx.2020-ci il tarixli EBAP seriyalı 428276 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə cəmi 552,58 manat, ƏDV 99,46 manat, yekun 652,04 manat məbləğində məhsul təhvil vermişdir. xx.xx.2020-ci il tarixli EBAP seriyalı 805793 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə cəmi 186,44 manat, ƏDV 33,56 manat, yekun 220 manat məbləğində məhsul təhvil vermişdir. xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 362190 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə cəmi 440,68 manat, ƏDV 79,32 manat, yekun 520 manat məbləğində məhsul təhvil vermişdir. xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 443508 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə cəmi 400 manat, ƏDV 72 manat, yekun 472 manat məbləğində məhsul təhvil vermişdir. xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 516730 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə cəmi 539,04 manat, ƏDV 97,03 manat, yekun 636,07 manat məbləğində məhsul təhvil vermişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC 77 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC vəkil Nümayəndə hesabına 201 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Bakı 12 saylı Mediasiya Təşkilatının hesabına 62 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/12/2023-00069 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 467-ci maddələrinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı "xxxx" MMC "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, alıcı 2500,10 manat məbləğində dəyərini ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlar işə əlavə edilmiş müqavilə, elektron qaimələr və üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsas borc 2500,10 manat, 200 manat hüquqi yardıma görə xərcin, 60 manat mediasiya xərcinin ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə bağlı isə qeyd edir ki, dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək hesablandığına görə azaldılaraq 249,90 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, əldən çıxmış fayda kimi 565,10 manat məbləğində pul tələbi hissədə iddia rədd edilməlidir, belə ki, iddiaçı istinad etdiyi Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən cavabdehin “özgənin pul pul vəsaitini saxlamaqla faydalanması” ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə dövlət rüsumu ilə bağlı hissədə qeyd edir ki, iddianın təmin olunan hissəsi iddianın 19,98%-ni təşkil etdiyi üçün, tələb olunan 77 manat məbləğində dövlət rüsumunun 19,98%-i, yəni 15,38 manat təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh "xxxx" MMC-dən əsas borc 2500,10 manat, 249,90 manat dəbbə pulu, habelə hüquqi yardıma görə ödənilmiş 200 manat, mediasiya xərci 60 manat cəmi 3010 manat, həmçinin dövlət rüsumu 15,38 manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən əsas borc 2500,10 manat, 249,90 manat dəbbə pulu, habelə hüquqi yardıma görə ödənilmiş 200 manat, mediasiya xərci 60 manat cəmi 3010 manat, həmçinin dövlət rüsumu 15,38 manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3668/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3668/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver