Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3668/2024 19.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən GS-194 saylı, xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsinə, xx.xx.2023-xx.xx.2023-ci il tarixləri ərzində göndərilmiş hesab-fakturalara əsasən çatdırılan malların dəyəri olan 6.740,16 AZN, bu ödənişlərə əlavə olaraq Müqavilənin 6.9-cu bəndində göstərildiyi kimi, gecikdirilən ödənişə görə dəbbə pulunun məbləği 674,01 AZN, ümumilikdə 7414.17 AZN, buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC 2014-cü ildə Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahəsini müxtəlif çeşidli mallar üzrə təchizat xidmətləri təşkil edir. 21 iyun 2023-cü il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra Satıcı) və Cavabdeh (bundan sonra Alıcı) arasında GS-194 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq Satıcı Əlavədə göstərilən malları Alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq təhvil verməyi öz üzərinə götürmüş və Alıcı də öz növbəsində həmin malları qəbul edərək, razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3-cü maddəsinə uyğun olaraq tərəflər öz vəzifələrini vaxtında yerinə yetirməyi öhdələrinə götürmüşlərdir. Müqavilənin tələblərinə uyğun olaraq müxtəlif çeşidli mallar müqavilənin 3.2.1-ci maddəsinə uyğun olaraq İddiaçı QSC tərəfindən satılmış və tam qaydalara uyğun şəkildə təhvil-təslim aktları əsasında təhvil verilmişdir. Satılmış olan məhsullara dair hesab-fakturalar müqavilənin 6.2-ci maddəsində razılaşdırılmış şərtə uyğun olaraq tam şəkildə Cavabdeh MMC-yə göndərilmişdir. Beləliklə Satıcı İddiaçı QSC müqavilə üzrə öhdəliklərini razılaşdırılmış qaydada və tam şəkildə yerinə yetirmişdir. Lakin, yuxarıda sadalananlara baxmayaraq, Alıcı tərəf uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə İddiaçı QSC tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. Alıcının müqavilə öhdəliklərindən irəli gələn, 25.08.23cü il tarixli 4244 nömrəli hesab-faktura əsasında 115,64 AZN, 29.08.23-cü il tarixli 4284 nömrəli hesab-faktura əsasında 2.482,72 AZN, 29.08.23-cü il tarixli 4318 nömrəli hesabfaktura əsasında 830,72 AZN 11.09.23-cü il tarixli 4510 nömrəli hesabfaktura əsasında 953,44 AZN, 15.09.23-cü il tarixli 4589 nömrəli hesab-faktura əsasında 33,04 AZN, 15.09.23-cü il tarixli 4590 nömrəli hesab-faktura əsasında 236 AZN, 15.09.23-cü il tarixli 4591 nömrəli hesab-faktura əsasında 1.817,20 AZN, 18.09.23-cü il tarixli 4610 nömrəli hesab-faktura əsasında 82,6 AZN, 06.10.23-cü il tarixli 5036 nömrəli hesab-faktura əsasında 122,72 AZN, 19.10.23-cü il tarixli 5198 nömrəli hesab-faktura əsasında 66,08 AZN ümumilikdə 6.740,16 AZN, bu ödənişlərə əlavə olaraq Müqavilənin 6.9-cu bəndində göstərildiyi kimi, gecikdirilən ödənişə görə dəbbə pulunun məbləği 674,01 AZN, toplam olaraq 7414.17 AZN borcu vardır. Müqavilənin 3.4.4-cü maddəsində göstərilmişdir ki, təhvil verilmə anında malların keyfiyyət və ya kəmiyyətində hər hansı çatışmamazlıq ortaya çıxarsa, bu barədə Satıcıya xəbər verilməlidir. Cavabdeh MMC-nin belə bir halla bağlı hər hansı iddiası olmamış və mallar yoxlanıldıqdan sonra təhvil-təslim aktı əsasında təhvil alınmışdır. Həmin təhvil-təslim aktlarından göründüyü kimi qarşı tərəfin nümayəndəsi xx.xx.2023-xx.xx.2023-ci il tarixində qəbul etdiyi malların razılaşdırılmış kəmiyyət və keyfiyyətə uyğun olaraq təhvil alındığını öz imzası ilə təsdiqləmişdir. Müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq, malın dəyəri müqaviləyə ediləcək Əlavələrdə başqa cür razılaşdırılmayıbsa, 30 iş günü ərzində ödənilməlidir. Lakin bu müddət ərzində hər hansı ödəniş həyata keçirilməmişdir. Cavabdeh əlavə müddət ərzində də ödənişi həyata keçirmədiyi üçün ona xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanmışdır. Lakin bütün cəhdlərə baxmayaraq, cavabdeh indiyə qədər hər hansı ödəniş həyata keçirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GC- 230/2023 saylı alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən Mal - Bu Müqavilə üzrə “Satıcı” tərəfindən ‘;Alıcı”nın mülkiyyətinə verilən və adı, çeşidi, qiyməti bu Müqavilənin aynlmaz tərkib hissəsi olaı Əlavədə göstərilən mallardır. Mal “Satıcı”nın mülkiyyətindədir və üçüncü şəxslərin hüquqları ilə yüklü deyildir.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən malın təhvil verilməsi - Malın “Satıcı” tərəfindən “Alıcının ünvanında tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq olunmuş “Təhvil-təslim aktı” və digər sənədlər (qaimə, vergi hesab-fakturası, və s.) əsasında “Alıcı” ya təhvil verilməsidir.
10. Müqavilənin 1.3-cü bəndinə əsasən Əlavə - Tərəflərin imzalan və möhürü ilə təsdiq olunmuş və bu Müqavilənin aynlmaz tərkib hissəsini təşkil edən sənədlərdir.
11. Müqavilənin 1.4-cü bəndinə əsasən təhvil - təslim aktı - Sifarişlərin yerinə yetirilməsini təsdiqləyən sənədlərdir.
12. Müqavilənin 1.5-ci bəndinə əsasən təklif - Müqavilənin bağlanması anınadək Malın növü, çeşidi, zəmanət müddəti, qiyməti, çatdınlma şərtləri və müddəti, digər əlamətləri və xarakterik xüsusiyyətlərini özündə əks etdirən və tərəflər arasında elektron poçt vasitəsilə razılaşdınlan sənəddir. Təklif bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılır.
13. Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya sifariş olunmuş Malları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilənin ayrılmaz tərkib hissələri sayılan Əlavə ilə razılaşdırılmış qaydada Malın dəyərini Satıcıya ödəyir.
14. Müqavilənin 2.2-ci bəndinə əsasən "Alıcı" elektron poçt vasitəsi ilə tələb olunan Malın adını sifariş verir, "Satıcı" isə Mal haqqında təklifi elektron poçt vasitəsi ilə "Alıcı"ya göndərir. Təklif Əlavə ilə razılaşdırıldıqdan sonra sifariş tamamlanmış hesab olunur.
15. Müqavilənin 2.3-cü bəndinə əsasən “Satıcı” tərəfindən elektron poçt vasitəsilə “Alıcı”ya göndərilmiş və “Alıcı” tərəfindən elektron poçt vasitəsilə təsdiqlənmiş təklif Müqavilənin ayrılmaz tərkib hissəsidir və yalnız hər iki tərəfin qarşılıqlı razılığı əsasında növbəti elektron poçt vasitəsilə dəyişdirilə bilər.
16. Müqavilənin 2.4-cü bəndinə əsasən malın növü, çeşidi, zəmanət müddəti, qiyməti, çatdırılma şərtləri, digər əlamətləri və xarakterik xüsusiyyətləri "Satıcı" tərəfindən göndərilən təklif əsasında hazırlanmış, Tərəflər arasında onların imzaları və möhürləri ilə təsdiqlənmiş və "Satıcı" tərəfindən Alıcıya göndərilmiş Əlavə ilə təsdiq olunur.
17. Müqavilənin 3.1-ci bəndinə əsasən “Satıcı”nın hüquqları:
18. Müqavilənin 3.1.1-ci bəndinə əsasən Müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi “Alıcı”dan tələb edir.
19. Müqavilənin 3.1.2-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb edir.
20. Müqavilənin 3.4-cü bəndinə əsasən “Alıcı”nın vəzifələri:
21. Müqavilənin 3.4.1-ci bəndinə əsasən malı təhvil-təslim aktı əsasında Satıcıdan dərhal təhvil almaq;
22. Müqavilənin 3.4.7-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür.
23. Müqavilənin 6.1-ci bəndinə əsasən malın qiyməti bu Müqaviləyə ediləcək Əlavələr ilə müəyyənləşdirilir.
24. Müqavilənin 6.2-ci bəndinə əsasən “Alıcı” tərəfindən ödəniş Əlavələrdə başqa şərt nəzərdə tutulmazsa, Mallar çatdırıldıqdan sonra “Satıcı”ının təqdim etdiyi hesab faktura əsasında 15 (on beş) təqvim günü ərzində həyata keçiriləcəkdir.
25. Müqavilənin 6.9-cu bəndinə əsasən bu Müqavilə üzrə və Əlavələrlə müəyyən olunmuş müddət ərzində “Alıcı” tərəfindən ödənişlərin həyata keçirilməsi gecikdirildiyi halda “Alıcı” gecikdirilən hər gün üçün Malların dəyərinin 0.1 %-i (sıfır tam onda bir faiz) məbləğində cərimə ödəməyi öhdəsinə götürür. Cərimənin məbləği gecikdirilən ümumi ödəniş məbləğinin 10%-dən (on faiz) artıq ola bilməz.
26. xx.xx.2023-cü il tarixli, 4244 saylı hesab fakturaya əsasən 115,64 manat, xx.xx.2023-cü il tarixli 4284 saylı hesab fakturaya əsasən 2482,72 manat məbləğində, xx.xx.2023-cü il tarixli hesab fakturaya əsasən 830,72 manat, xx.xx.2023-cü il tarixli, 4510 saylı hesab fakturaya əsasən 953,44 manat, xx.xx.2023-cü il tarixli, 4589 saylı hesab fakturaya əsasən 33.04 manat, eyni tarixli, 4590 saylı hesab fakturaya əsasən 236 manat, eyni tarixli 4591 saylı hesab fakturaya əsasən 1817,2 manat, xx.xx.2023-cü il tarixli 4610 saylı hesab fakturaya əsasən 82.6 manat, xx.xx.2023-cü il tarixli, 5036 saylı hesab fakturaya əsasən 12272 manat, xx.xx.2023-cü il tarixli, 5198 saylı hesab fakturaya əsasən 66.08 manat dəyərində mal satışı həyata keçirilmişdir.
27. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, EBDN078758 saylı e-qaiməyə əsasn 2482,72 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDN116256 saylı e-qaiməyə əsasən 830,72 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDN996525 saylı e-qaiməyə əsasən 953,44 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDO403932 saylı, e-qaiməyə əsasən 33.04 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDO406075 saylı e-qaiməyə əsasən 236 manat dəyərində, eyni tarixli EBDO410474 saylı e-qaiməyə əsasn 1817,20 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDO534913 saylı e-qaiməyə əsasən 82.60 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDP932441 saylı e-qaiməyə əsasən 122,72 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDQ875488 saylı e-qaiməyə əsasən 66.08 manat dəyərində məhsul satışına dair e-qaimə tərtib edilmişdir.
28. İddiaçı QSC-yə məxsus xx.xx.2023-cü ili əhatə edən hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən EBDİ331467 saylı e-qaimə üzrə 116 manat, xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa əsasən EBDM846345 saylı e-qaimə üzrə 500 manat həddində ödənişlər edilmişdir.
29. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
32. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
33. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GC-230/2023 saylı alqısatqı müqaviləsinin 2.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya sifariş olunmuş Malları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilənin ayrılmaz tərkib hissələri sayılan Əlavə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir.
36. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, hesab-faktura, elektron qaimə və qaimələr üzrə qismən ödənişlər ilə təsdiq olunduğu üçün iddiaçının 6740,16 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
37. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 6740,16 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6740,16 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
38. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.9-cu maddəsinə əsasən hesablanmış 674,01 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
40. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
41. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 337 manat məbləğində müəyyən edilməlidir.
42. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 95 manat dövlət rüsumu ödənilmişdir.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorunun göstəricisinə uyğun olaraq) 91 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən 6740,16 manat əsas borc məbləği, 337 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 91 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova