Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3673/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “xxx” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı X1 X3nun Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “xxx” İstehsalat Birliyi) qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X1 X3 (X1 X3) Cavabdehnə (Cavabdeh MMC) (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “xxx” İstehsalat Birliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 142943,24 manat məbləğində ƏDV borcunun tutularaq “xxx” İstehsalat Birliyinin (tapşıran) ƏDV-nin depozit hesabına, 33159,96 manat məbləğində gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin, 466,11 manat ödənilmiş dövlət rüsumunun tutularaq X1 X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24 dekabr 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000135 nömrəli əmrinə və “xxx” İstehsalat Birliyi (tapşıran) ilə X1 X3 (ticarət agenti) arasında bağlanmış 15 yanvar 2009-cu il tarixli 10 saylı “Ticarət agenti (nümayəndəsi) müqaviləsi”nin şərtlərinə əsasən tapşıran adından neft məhsullarının daxili bazarda satışının həyata keçirilməsinə dair verilmiş etibarnamə əsasında X1 X3 (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında “tapşırana məxsus neft məhsullarının satışına dair” xx.xx.2019-cu il tarixli HS-77/2-19 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı müqavilənin İİ maddəsinin 1-ci bəndində göstərilmiş miqdara, qiymətə və keyfiyyətə uyğun müxtəlif növ neft məhsullarını alıcıya satmağı, alıcı isə müqavilənin dəyərini müqavilənin İİİ maddəsinin 1-ci bəndinə əsasən tapşıranın aşağıda göstərilən hesablaşma hesabına ƏDV məqsədləri üçün qabaqcadan ödəməyi öhdəsinə götürmüşdür: VÖEN: **********, H/h:AZ16İBAZ********************, ABB ASC "ABB Premyer", kod:805250, M/h:AZO3NABZ********************, VÖEN:**********, SWİFT.BİK: İBAZAZ2X. Bildirilir ki, tərəflər arasında bağlanmış müqavilə şərtinə bir müddət əməl edilsə də, daha sonra Cavabdeh MMC tərəfindən müqavilə üzrə yaranmış öhdəliklər icra edilməmiş, satın alınmış neft məhsullarına görə ödənilməli olan ƏDV məbləği ödənilməmişdir. Alıcı tərəfindən müqavilə üzrə öhdəlikər yerinə yetirilmədiyindən X1 X3 xx.xx.2024-cü il tarixli, 14-2-27/2-338/2024 nömrəli məhkəməqabağı pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək, MMC tərəfindən “xxx” İstehsalat Birliyinə ödənilməli olan 142943,24 (yüz qırx iki min doqquz yüz qırx üç manat iyirmi dörd qəpik) manat borcun ödənilməsini xahiş etmiş, qeyd olunan tarixədək tələb olunan borc məbləği ödənilmədiyi təqdirdə əsas borc, eləcə də dəbbə pulu, məhkəməyə çəkiləcək xərclərin (vəkil xərcləri, notarial hərəkətlərə görə ödənişlər və dövlət rüsumu və s.) də iddia tələbinə əlavə edilməklə məhkəmə qaydasında alınması üçün zəruri hüquqi tədbirlər görüləcəyini bildirmişdir. Həmin pretenziya məktubu Cavabdeh MMC-nin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmiş və MMC tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul olunmuş olsa da, həmin tarixdən hal-hazıradək alıcı tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı tədbir görülməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi akt”ından görünür ki, Cavabdeh MMC xx.xx.2023-cü il tarixinə 142943,24 (yüz qırx iki min doqquz yüz qırx üç manat iyirmi dörd qəpik) manat məbləğində borcu olduğunu etiraf etmişdir. Müqavilənin Vİİ maddəsinin 1.1-ci bəndinə əsasən müqaviləyə xitam verilməsinin əsaslarından biri müqavilədə nəzərdə tutulmuş müddətin qurtarması və öhdəliklərin tamamilə yerinə yetirilməsi halıdır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “xxx” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında müqavilə bağlanılmışdır. Müqavilə şərtləri icra olunmuş, lakin ƏDV borcu ödənilməmişdir. Hesab edilir ki, iddia tələbi təmin edilməlidir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Tapşıran qismində “xxx” İstehsalat Birliyi ilə ticarət agenti X1 X3 arasında xx.xx.2009-cu il tarixli, 10 nömrəli ticarət agenti (nümayəndəsi) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ticarət agenti tapşıranın səlahiyyətini təsdiq edən müvafiq sənəd əsasında (etibarnamə, məktub və s.) xx.xx.2009-xx.xx.2009-cu il müddəti ərzində tapşırana məxsus olan Əlavədə göstərilən texniki spesifikasiya tələblərinə cavab verən məhsulun tapşıranın adından və hesabına daxili bazarda satışını təşkil edir, tapşıran isə bunun müqabilində satılmış malın bu müqavilə ilə müəyyən edilmiş həcmində komisyon muzdunu ticarət agentinə ödəyir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24 dekabr 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000135 nömrəli əmrinə və “xxx” İstehsalat Birliyi (tapşıran) ilə X1 X3 (ticarət agenti) arasında bağlanmış 15 yanvar 2009-cu il tarixli 10 saylı “Ticarət agenti (nümayəndəsi) müqaviləsi”nin şərtlərinə əsasən tapşıran adından neft məhsullarının daxili bazarda satışının həyata keçirilməsinə dair verilmiş etibarnamə əsasında X1 X3 (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında “tapşırana məxsus neft məhsullarının satışına dair” xx.xx.2019-cu il tarixli HS-77/2-19 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı, alıcının 01 saylı, xx.xx.2019cu il tarixli məktubuna əsasən neft məhsulları satmağı, alıcı isə dəyərini qabaqcadan ödəmədə həmin neft məhsullarını qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən alıcınıın tələbatına uyğun olaraq buraxılan neft məhsullarının miqdarı və qiyməti üzrə tərəflər aşağıdakı qaydada razılığa gəldilər: buraxılan məhsulların ümumi miqdarı ******* (iki milyon beş yüz iyirmi bir min) manat təşkill edir. - xx.xx.2019-cu il tarixli HS-77/2-19 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixdə 01 saylı Əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən Cavabdeh MMC-nin 06 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən X1 X3 ilə Cavabdeh MMC arasında bağlanılmış HS-77/2-19 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin İİ bölməsinin 1-ci bəndinə 300,0 ton T-22 markalı turbin yağı, 500,0 ton T-30 markalı turbin yağı, 1000,0 ton T-46 markalı turbin yağı, 500 ton 11 markalı silindr yağı, 500,0 ton AK-15 Bakı avtotraktor yağı, 300,0 ton T-1500 markalı transformator yağı artırılır. Beləliklə, müqavilə və bu əlavə üzrə T-22 markalı turbin yağının ümumi miqdarı 600,0 ton, T-30 markalı turbin yağının ümumi miqdarı 1.000,0 ton, T-46 markalı turbin yağının ümumi miqdarı 2.000,0 ton, 11 markalı silindr yağının ümumi miqdarı 1.00,0 ton, AK-15 Bakı avtotraktor yağının ümumi miqdarı 1.500,0 ton, T-1500 markalı transformator yağının ümumi miqdarı 800,0 ton təyin edilir. Əlavə üzrə məbləğ 18% ƏDV ilə birlikdə ******* manat, müqavilə və bu əlavə üzrə ümumi məbləğ isə 18% ƏDV ilə birlikdə ******* manat təşkil edir. - xx.xx.2019-cu il tarixli HS-77/2-19 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixdə 02 saylı Əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən Cavabdeh MMC-nin 07 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən X1 X3 ilə Cavabdeh MMC arasında bağlanılmış HS-77/2-19 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin İİ bölməsinin 1-ci bəndinə 1.000,0 ton T-46 markalı turbin yağı, 1.000,0 ton AK-15 Bakı avtotraktor yağı artırılır. Beləliklə, müqavilə və bu əlavə üzrə T-46 markalı turbin yağının ümumi miqdarı 3.000,0 ton, AK-15 Bakı avtotraktor yağının ümumi miqdarı 2.500,0 ton təyin edilir. Əlavə üzrə məbləğ 18% ƏDV ilə birlikdə 931000 manat, müqavilə və bu əlavə üzrə ümumi məbləğ isə 18% ƏDV ilə birlikdə ******* manat təşkil edir. - xx.xx.2019-cu il tarixli HS-77/2-19 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixdə 03 saylı Əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən “Dəniz Oil’’ MMC-nin 08 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən X1 X3 ilə Cavabdeh MMC arasında bağlanılmış HS-77/2-19 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin İİ bölməsinin 1-ci bəndinə 1.000,0 ton AK-15 Bakı avtotraktor yağı artırılır. Beləliklə, AK-15 Bakı avtotraktor yağının ümumi miqdarı 3.500,0 ton təyin edilir. Əlavə üzrə məbləğ 18% ƏDV ilə birlikdə 438000 manat, müqavilə və bu əlavə üzrə ümumi məbləğ isə 18% ƏDV ilə birlikdə ******* manat təşkil edir. - İddiaçı tərəfindən iş materiallarına xx.xx.2019-cu il tarixli HS-77/2-19 nömrəli müqavilə üzrə T-22 markalı turbin yağı üçün pasport adlı sənədlər və cavabdehə göndərilmiş elektron qaimələr əlavə edilmişdir. - X1 X3 və “Dəniz Oil’’ MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, “Dəniz Oil’’ MMC-nin xx.xx.2023-cü il tarixə X1 X2 142943,24 manat borcunun olduğu qeyd edilmişdir. Üzləşdirmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - X1 X3 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14-2- 27/2-338/2024 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC və X1 X3 arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Borcun mövcudluğu tərəflər arasında bağlanmış qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 142943,24 manat (yüz qırx iki min doqquz yüz qırx üç manat iyirmi dörd qəpik) məbləğində ƏDV borcu tutularaq “xxx” İstehsalat Birliyinin (Tapşıran) ƏDV-nin depozit hesabına, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 33159,96 manat (otuz üç min yüz əlli doqquz manat doxsan altı qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 466,11 manat (dörd yüz altmış altı manat on bir qəpik) olmaqla, cəmi 33626,07 manat (otuz üç min altı yüz iyirmi altı manat yeddi qəpik) məbləğində pul vəsaiti tutularaq X1 X2 ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 142943,24 manat (yüz qırx iki min doqquz yüz qırx üç manat iyirmi dörd qəpik) məbləğində ƏDV borcu tutularaq “xxx” İstehsalat Birliyinin (Tapşıran) ƏDV-nin depozit hesabına, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 33159,96 manat (otuz üç min yüz əlli doqquz manat doxsan altı qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 466,11 manat (dörd yüz altmış altı manat on bir qəpik) olmaqla, cəmi 33626,07 manat (otuz üç min altı yüz iyirmi altı manat yeddi qəpik) məbləğində pul vəsaiti tutularaq X1 X2 ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3673/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3673/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver