Məhkəmə qərarları › İş №e-2-2(113)-3674/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3674/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3674/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X6 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMMC-dən 19477,52 manat artıq ödənilmiş vəsaitin, 5,514.20 manat çatdırılmamış mala görə vəsaitin, cəmi 24991,72 manat pulun və dövlət rüsumunun tutularaq İddiaçı MMC-ninxeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, FCxx.xx.2023 saylı malların, işlərin və xidmətlərin alğı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə və xx.xx.2023cüiltarixliSifarişəəsasənCavabdehcəmi116,458,68 (ƏDVdaxil) manat məbləğində müxtəlif növ palet və poddonların təchiz edilməsi razılaşdırılmışdır. Müqavilə üzrə avans məbləği kimi cavabdehə 27 oktyabr 2023-cü il tarixində 39 477,52 manat ödənilmişdir (ödəniş tapşırığı əlavə edilir)(ƏDVxaric). Daha sonra məbləğ təkrarən ƏDV daxil olmaqla ödənilmiş (ödəniş tapşırığı əlavə edilir) və ilkin ödənilən məbləğin geri qaytarılması razılaşdırılmışdır, lakin ilkin ödənilmiş məbləğ tərəfinizdən 19 477,52 manat az geri qaytarılmışdır. Bundan əlavə Cavabdeh 5,514.20 manat məbləğində malı çatdırmamışdır. Malın uyğunsuzluğuna dair cavabdehlə aparılmış danışıqlarnəticəverməmişdir. Cavabdehlə xx.xx.2023-cü il tarixli görüş zamanı ödəməli olduğu 19 477,52 AZN məbləğin ən gec xx.xx.2023-cü il tarixədək ödəyəcəyini və malları təchiz edəcəyini vəd etmişdi. Bundan sonra tərəflər arasında olan e-mail yazımalarına, telefon danışıqları vasitəsilə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq ilkin ödəniş tarixindənbügunəqədərbirneçəaydanartıqmüddətkeçmiş lakinməbləğgeriqaytarılmamışdırmallarınqalanhissəsitəchiz edilməmişdir. Qarşı tərəfə borcun ödənilməsi üçün 08 noyabr 2024-cü il tarixdə sifarişli bildirişli poçtla pretenziya göndərilmiş lakin borc indiyə qədər ödənillməmişdir. Qarşı tərəflə hər-hansı formada əlaqə yaratmaq olmur.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-dən 19477,52 manat artıq ödənilmiş vəsaitin, 2871,49 manat çatdırılmamış mala görə vəsaitin, cəmi 22349 manat pulun və dövlət rüsumunun tutularaq İddiaçı MMCninxeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi G.Zeynalzadə izahatında iddianı 19477,52 manat artıq ödənilmiş vəsait hissəsində qəbul etmiş, lakin 5,514.20 manat çatdırılmamış mala görə vəsait hissəsində isə 1100 manat borcun olmasını bildirmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 16 oktyabr 2024cü il tarixli məhkəməyə ünvanlanmış ərizəsində cavabdeh işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı MMC (“Sifarişçi”) ilə Cavabdeh MMC (“təchizatçı”) arasında imzalanmış xx.xx.2023-cü il tarixli FC-xx.xx.2023 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə uyğun olaraq, Təchizatçı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən və Sifarişçi tərəfindən rəsmiləşdirilən ayrı-ayrı Sifariş Tapşırıqlarında (bundan sonra, “Əlavə” adlandırılacaqdır) bütün xarakteristikası, kəmiyyət göstəriciləri qeyd edilən mallarla (bundan sonra, “mallar” adlandırılacaqdır) və/və ya Xidmətlərlə (bundan sonra, “xidmətlər” adlandırılacaqdır) Sifarişçini razılaşdırılmış müddətdə təmin etməyi, sifarişçi isə həmin Malları və/və ya Xidmətləri çatdırıldıqdan və icra edildikdən sonra təhvil alıb dəyərini bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrdə müəyyən edilmiş məbləğdə və şərtlərlə təchizatçıya ödəməyi öhdəsinə götürür. - 2.2-ci bəndinə əsasən malların və xidmətlərin dəyəri, çatdırılma və icra şərtləri, xarakteristikası bu Müqavilənin ayrılmaz tərkib hissəsi və əlavəsi hesab edilən Sifariş Tapşırığında qeyd olunur. - 3.1-ci bəndinə əsasən Malların Sifarişçiyə çatdırılması Sifariş Tapşırığında müəyyənləşdirilən qaydada Təchizatçı tərəfindən həyata keçirilir. Malların çatdırıldıqdan sonra quraşdırılması, texniki xidmətin göstərilməsi və s. xidmətlər də Sifarişçinin müvafiq sifarişi olduqda Sifariş Tapşırığında qeyd edilən qaydada Təchizatçı tərəfindən həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. xx.xx.2023-cü il tarixli FC-xx.xx.2023 nömrəli nömrəli alqı-satqı müqaviləsinə əsasən imzalanmış FC00-001339 saylı,xx.xx.2023-cü il tarixli alış sifarişindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 116458,68 manat (ƏDV daxil) məbləğində mal sifariş verilmişdir.Alış sifarişi hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

11. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən (xx.xx.2023-cü il tarixli FC-xx.xx.2023 nömrəli nömrəli alqısatqı müqaviləsinə əsasən) Cavabdeh MMC-nin hesabına 39477,52 manat məbləğində 40% avans ödənişi köçürülmüşdür.

12. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən (xx.xx.2023-cü il tarixli FC-xx.xx.2023 nömrəli nömrəli alqısatqı müqaviləsinə əsasən) Cavabdeh MMC-nin hesabına 39477,52 manat məbləğində 40% avans ödənişi köçürülmüşdür.

13. Cavabdeh MMC xx.xx.2024-cü il tarixli 001 saylı məktubunda təsdiq etmişdir ki, iddiaçı tərəfindən cavabdehə iki dəfə avans ödənişinin köçürülmüş, lakin hesablarında sərəncam olduğu üçün iddiaçının ödənişini vaxtında geri göndərə bilmədiklərini və əlavə ödəniş 1 həftə gec ödəndiyi üçün iddiaçının ƏDV ödənişi daxil olan zaman sərəncama silinmişdir. Həmin məktubda ödənişlərin 20 gün ərzində yerinə yetiriləcəyi iddiaçıya bildirilmişdir.

14. Malların təhvil-qəbul aktlarına əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-yə 02 sentyabr 2024-cü il tarixində 1924 manat,17 noyabr 2023-cü il tarixində 6490 manat,07 noyabr 2023-cü il tarixində 950,49 manat,xx.xx.2023-cü il tarixində 5536,56 manat,xx.xx.2023-cü il tarixində 2170,80 manat,09 dekabr 2023-cü il tarixində 3271,20 manat,12 dekabr 2023-cü il tarixində 4036,80 manat,14 dekabr 2023-cü il tarixində 7586,40 manat,22 dekabr 2023-cü il tarixində 5002,40 manat29 dekabr 2023-cü il tarixində 3270,80 manat,19 fevral 2024-cü il tarixində 2191,80 manat,02 sentyabr 2024-cü il tarixində 7586,40 manat,06 noyabr 2023-cü il tarixində 375,06 manat dəyərində mallar təhvil verilmişdir. Akt İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

15. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir. V. Tətbiq edilən hüquq:

16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 17. - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

20. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

22. AR MPM-in 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.[145]

23. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

25. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

26. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

27. İddia ərizəsinin məzmunundan görünür ki, hazırki tələb iki hissədən ibarətdir: 1) 19477,52 manat artıq ödənilmiş vəsaitin qaytarılması və 2) 2871,49 manat çatdırılmamış mala görə vəsaitin ödənilməsi.

28. Məhəmə qeyd edir ki, cavabdeh MMC-nin direktoru G.Zeynalzadə məhkəmənin hazırlıq iclasında fasiləsiz audio video aparılan xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini artıq ödənilmiş19477,52 manat pul vəsaiti hissədində tam qəbul etmiş, iddia tələbini digər hissədə , iddiaçı ilə razındakı müqavilə münasibətləri nəticəsi olaraq tərəfindən malların çatdırılmadığını etiraf etmiş, lakin məbləğlə bağlı razı olmadığını bildirmişdir, yəni həmin hissədə iddanı qismən qəbul etmişdir. Məhkəmə işin hallarınpı nəzərə alaraq, qeyd olunan qanunvericilik normalarını işin müəyyən olunan hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əsassız varlandığından, 19477,52 manat pul tələbi hissəsində idda tam etiraf olunduğundan iddia həmin hissədə tam təmin edilməlidir. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Daha sonra ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra müqavilə üzrə ödənişləri cavabdehin hesabına köçürmüşdür. İddiaçının həmin ödənişləri cavabdehə təqdim etməsi iş materiallarında olan ödəniş tapşırığında təsdiq edilir. Lakin cavabdeh tərəfindən müaviləyə əsasən 2871,49 manat məbləğində malları iddiaçıya çatdırmamaqla müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia həmin hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 2871,49 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

30. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 165 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

31. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 157 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC -dən 19477,52 (on doqquz min dörd yüz yetmiş yeddi manat əlli iki qəpik) manat artıq ödənilmiş vəsait, 2871,49 (iki min səkkiz yüz yetmiş bir manat qırx doqquz qəpik) manat borc , cəmi 22349 (iyirmi iki min üç yüz qırx doqquz manat) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 157 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar