Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3685/2023 26.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" MMC) X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən (VÖEN: **********) 17 mart 2022-ci il tarixli, 155-A/22 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 756,8 borc, 113,52 manat penya, ödənilmiş 40 manat mediasiya xərci olmaqla, cəmi 910,32 manat (doqquz yüz on manat otuz iki qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X8 arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 17 mart 2022-cu il tarixli, 155-A/22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə satıcı özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını alıcının sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. İddiaçı öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən alıcıya verdiyi məhsulların bir vahidinin qiyməti və ümumi dəyəri, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV faktura ilə müəyyən edilir və nağdsız qaydada 30 gün müddətinə ödənilməsini alıcı təmin etməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndi nəzərə alınmaqla, alıcı tərəfindən mal(ların) faktura ilə müəyyən olunmuş dəyəri köcürmə yolu ilə satıcıya ödənildikdə, müvəkkil banka verilən ödəniş tapşırığının müvəkkil bank tərəfindən təsdiq olunmuş surətini təqdim edərək, satıcını xəbərdar etmək alıcının vəsifəsidir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən alıcı təhvil alınan mal(ların) dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,2 % həcmində penya ödəyir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən alıcı son istifadə müddətinə 30 gün qalmış bütün malları satıcıya rəsmi (qaimə-faktura əsasında) təhvil verməlidir. Qeyd edilən müddət keçdikdən sonra mallar satıcı tərəfindən qəbul edilmir və bu müqavilənin alıcısı həmin malların tam dəyərini ödəyir. Müqavilənin 5.1.1-ci bəndinə görə tərəflər arasında qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll olunur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci və xx.xx.2022-ci tarixli elektron qaimələrdən görünür ki, cavabdeh X1 müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 756,8 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh borcu ödəməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 155A/22 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən satıcı özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını alıcının sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən satılan malların hər birinin miqdarı faktura ilə müəyyən edilir; 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci maddəsinə əsaslanaraq satıcı öz anbarından realizə edilməsi üçün alıcıya verdiyi mal(ların) bir vahidinin qiymətini, ümumi dəyərini və həmçinin qanunverivciliyə müvafiq olaraq hesablanmış ƏDV-ni faktura ilə müəyyən edir. Alıcıya faktura təqdim olunan gündən etibarən nağdsız qaydada 30 təqvim günü müddətində faktura üzrə göstərilən məbləğ onun tərəfindən ödənilməlidir; 2.3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən ödənişlər Azərbaycan manatı ilə həyata keçiriləcək. Xarici valyutada göstərilmiş qiymətlər müvafiq hesab faktura üzrə ödənişin həyata keçiriləcəyi tarixdə Azərbaycan Respublikasının Mərkəzi bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə hesablanacaqdır. 3.2-ci bəndinə əsasən sifariş qəbul edildikdən sonra mal(ların) təchizi 3 (iş) iş günü ərzində həyata keçirilir. Satıcı hər-hansı səbəbdən müvafiq sifariş üzrə mal(ları) tam və ya bir hissəsini təchiz edə bilmədikdə, bu barədə ən qısa müddətdə alıcıya məlumat verir. 4.2.4-cü bəndə əsasən alıcı tərəfindən təhvil alınan mal(ların) dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,2%-i həcmində penya ödəyir. - xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 17222 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən X7 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 252 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 081485 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən X7 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 504,80 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2022 tarixli 0105-6820 nömrəli hesab fakturadan müəyyən edilir ki, 252 manat məbləğində satış olmuşdur. - xx.xx.2022 tarixli 0105-6570 nömrəli hesab fakturadan müəyyən edilir ki, 504,80 manat məbləğində satış olmuşdur. - "xxxx" MMC tərəfindən X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 təqvim gününədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə X10 arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh X4 17 mart 2022-ci il tarixli, 155-A/22 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 756,8 manat (yeddi yüz əlli altı manat, səksən qəpik) borc, 113,52 manat (yüz on üç manat əlli iki qəpik) penya, 40 (qırx) manat mediasiya xərci olmaqla, cəmi 910,32 manat (doqquz yüz on manat otuz iki qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X5 17 mart 2022-ci il tarixli, 155-A/22 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 756,8 manat (yeddi yüz əlli altı manat səksən qəpik) borc, 113,52 manat (yüz on üç manat əlli iki qəpik) penya, 40 (qırx) manat mediasiya xərci olmaqla, cəmi 910,32 manat (doqquz yüz on manat otuz iki qəpik) məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3685/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3685/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver