Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3692/2025 29.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2723,95 manat borc məbləği və 47,50 manat dövlət rusumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh ilə icraçı İddiaçı MMC arasında xx.xx.2024-ci il tarixdə 429 saylı “Alğı satqı” müqaviləsi bağlanmışdır. Bağlanmış xx.xx.2024-ci il tarixli 429 saylı “alğı-satqı” müqaviləsinin şərtlərinə uyğun olaraq malların alğı satqısı həyata keçirilmişdir. Sifarişçi Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh umumi dəyəri 3111,95 manat məbləğində müxtəlif çeşiddə qaimə əsasında mallar verilmişdir. Verilmiş mallar müqabilində bugünə kimi qismən ödəniş olunub: 110 manat məbləğ və akta əsasən bir dəfə qeri qaytarma 278 manat məbləğində. Ümumi qaimələrə əsasən qalıq borc 2723,95 manat pul vəsaiti bugünə kimi ödənilməmişdir və qalıq borcu ödəməktən imtina edirlər, bu səbəbdən İddiaçı MMC ziyanla qarşılaşıb. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin tələbinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan, hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, İddiaçı MMC xx.xx.2025-ci il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə “Pretenziya məktubu” ilə müraciət etmişdir. Pretenziya məktubu əsasında müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğinin ödənilməsi xahiş olunmuşdur. Cavabdeh müqavilə öhdəliyi üzrə borcu ödəməmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş məhkəmənin icraatında olduğu müddətdə 06 may 2025-ci il tarixdə, 08 iyul 2025-ci il tarixdə, 19 may 2025-ci il tarixdə cavabdeh tərəfindən 100 manat məbləğində qismən ödəniş olunduğu üçün hazırda cavabdehin iddiaçıya olan borcu 2423,95 məbləğində qalmışdır. Odur ki, 2423,95 manat borc məbləği və 77 manat dövlət rusumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425 və 385.1-ci maddəsinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, cavabdeh tərəflə qida məhsullarının satışı ilə bağlı alğı-satqı müqaviləsi bağlanmışdır. Bir müddət normal işləsələr də, sonradan tərəfin maddi vəziyyəti pisləşdiyi üçün ödənişləri etməmiş, möhlət istəmişdir. Daha sonra tərəfə qalıq borcla bağlı pretenziya məktubu göndərsələr də, heç bir məlumat verilməmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Məhkəmə prosesi dövründə cavabdeh tərəfindən 3 dəfə müxtəlif vaxtlarda 100 manat miqdarında qismən ödənişlər olunmuşdur. 8 iyul 2025-ci il tarixli qəbz üzrə ödəniş olunduqdan sonra qalıq borcu 2423,95 manat təşkil etmişdir. Bununla bağlı iddia ərizəsinə dəqiqləşdirmə tələbini məhkəməyə təqdim etmişlər. Tərəflə üzləşməyə çalışsalar da, müxtəlif vasitələrlə boyun qaçırmışdır, lakin işlə əlaqədar təhvil-təslim aktları mövcuddur. Eyni zamanda iddia tələbinin dəqiqləşdirməsi ərizəsində 77 manat dövlət rüsumu texniki səhv nəticəsində yazılmışdır, ilkin iddia ərizəsində olan 47,50 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edirlər. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Satıcı” İddiaçı MMC ilə “Alıcı” Cavabdeh arasında imzalanmış 04 sentyabr 2024-cü il tarixli 429 nömrəli alğı-satqı müqaviləsinə əsasən, Satıcı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları (bundan sonra mallar) alıcıya satır, alıcı isə öz növbəsində bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəyir. Müqavilənin 2.5-ci bəndinə əsasən, tərəflər razılığa gəlirlər ki, əgər təhvil təslim aktı hər hansı səbəbdən tərtib edilməsə, Satıcının malları təhvil verildikdən sonra Alıcıya təqdim etdiyi elektron vergi qaymə faktura təhvil-təslim aktı əvəz ədəcəkdir. Müqavilənin 2.6-cı bəndinə əsasən, Satıcı tərəfindən elektron vergi qaymə faktura təqdim edildiyi gündən 2 (iki) iş günü ərzində, Alıcı həmin qaymə fakturanı geri qaytarmazsa və yaxud mallara dair hər hansı (yazılı şəkildə) etiraz bildirməzsə, həmin mallar Satıcı tərəfindən təhvil verilmiş, Alıcı tərəfindən isə təhvil alınmış hesab edilir. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini "Alıcı"dan tələb etmək Satıcının hüququdur. Müqavilənin 4.2ci bəndinə əsasən, bu müqavilə üzrə e-qaimə təqdim edildiyi tarixdən 14 (on dörd) iş gün müddətində ödəniş köçürmə və yaxud nəğd şəkildə həyata keçirilir. Mallara görə edilən ödənişlərdən hər hansı tutulmalara yol verilmir. Təhvil-təslim aktı imzalı olmalıdır hər iki tərəfdən. Müqavilənin 7.2-ci bəndinə əsasən, tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. MT2410 seriyalı, 11071364 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən, 390 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. MT2409 seriyalı, 11393354 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 785,2 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. MT2409 seriyalı, 11025354 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 109,99 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. MT2411 seriyalı, 11051141 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1826,74 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. 19 sentyabr 2024-cü il tarixli UT-20179 nömrəli malların satışı barədə təhvil-təslim aktına əsasən İddiaçı MMC 785,2 manat məbləğində olan müxtəlif məhsulları Cavabdeh təhvil vermişdir. 13 oktyabr 2024-cü il tarixli UT-21754 nömrəli malların satışı barədə təhvil-təslim aktına əsasən İddiaçı MMC 390 manat məbləğində olan müxtəlif məhsulları Cavabdeh təhvil vermişdir. 7 noyabr 2024-cü il tarixli UT-23334 nömrəli malların satışı barədə təhvil-təslim aktına əsasən İddiaçı MMC 1826,75 manat məbləğində olan müxtəlif məhsulları Cavabdeh təhvil vermişdir. 01 noyabr 2024-cü il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 110 manat köçürülmüşdür. 06 may 2025-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 100 manat köçürülmüşdür. 19 may 2025-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 100 manat köçürülmüşdür. 08 iyul 2025-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 100 manat köçürülmüşdür. İddiaçı MMC Cavabdeh xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək, 2723,95 manatı məbləğində pul vəsaitinin 10 gün ərzində ödənilməsini xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 04 sentyabr 2024-cü il tarixli 429 nömrəli alğı-satqı üzrə mal göndərmə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə mallar satmış, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək aldığı malların dəyərinin bir qismini ödəmiş, qalanını tam ödəməmişdir. Bu fakt e-qaimələr, təhviltəslim aktları, ödəniş qəbzləri ilə də öz təsdiqini tapmışdır. Müqaviləyə əsasən malların dəyəri elektron qaimə alındıqdan sonra 14 gün ərzində ödənilməlidir. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, işə məhkəmədə baxıldığı müddətdə 300 manat ödəmiş etmişdir ki, bu da onun həmin malları aldığını və borc məbləğini mübahisələndirmədiyini göstərir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, təhvil aldığı malların dəyərindən 2423,95 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, iddiaçı tərəfindən satılan malların elektron qaimələrinin cavabdehə göndərildiyini, cavabdehin qismən ödəniş etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 2423,95 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 47,5 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2423 (iki min dörd yüz iyirmi üç) manat 95 (doxsan beş) qəpik borc və ödənilmiş 47 (qırx yeddi) manat 50 (əlli) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3692/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3692/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver