Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3698/2024 14.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarş kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2019-cu il tarixli, 108 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 17 aprel 2019-cu il tarixli 108 nömrəli malların alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı hazırki müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəyə götürür. 3.1-ci bəndinə əsasən satıcı bu müqavilə imzalandığı tarixdən 30 təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda keyfiyyətli malları alıcının səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verir 4.1 və 4.2-ci bəndlərinə əsasən alıcı malın qəbul olunmasını təmin edir və malın satış qiymətini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. 6-cı bəndinə əsasən satdan malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti qiymət razılaşdırma protokolu ilə müəyyən edilir. Materialların qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olmur. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdı. 8.2-ci bəndinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.01%-i məbləğində dəbbə pulu ödəyir. 10.1-ci bəndinə əsasən müqavilə, tərəflərlə onu imzaladığı andan qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirənə qədər, yaxud bu müqavilə pozulana qədər qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC tərəfindən alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 22.200,01 manat dəyərində xx.xx.2019-cu il tarixli EAAY seriyalı 169892 nömrəli; ƏDV daxil 6012,01 manat dəyərində xx.xx.2019-cu il tarixli EAAY seriyalı 310696 nömrəli; ƏDV daxil 12.720,01 manat dəyərində xx.xx.2019-cu il tarixli EAAY seriyalı 897781 nömrəli; ƏDV daxil 10.800,01 manat dəyərində xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 220153 nömrəli; ƏDV daxil 1240 manat dəyərində xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 391788 nömrəli; ƏDV daxil 7200,01 manat dəyərində xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 526282 nömrəli; ƏDV daxil 11.898,02 manat dəyərində xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 589674 nömrəli; ƏDV daxil 4120,01 manat dəyərində xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 614584 nömrəli; 7200,01 manat dəyərində xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 834982 nömrəli; ƏDV daxil 4220 manat dəyərində xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 905012 nömrəli; ƏDV daxil 4220 manat dəyərində xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 941513 nömrəli; ƏDV daxil 7820 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAA seriyalı 176028 nömrəli; ƏDV daxil 3600 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAA seriyalı 360181 nömrəli; ƏDV daxil 2880 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAA seriyalı 502958 nömrəli; ƏDV daxil 4220 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAA seriyalı 772259 nömrəli; ƏDV daxil 3600 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAB seriyalı 016449 nömrəli; 3600 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAB seriyalı 316502 nömrəli; ƏDV daxil 4220 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAB seriyalı 432941 nömrəli; ƏDV daxil 4220 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAB seriyalı 698347 nömrəli; ƏDV daxil 4220 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAB seriyalı 995002 nömrəli; ƏDV daxil 4220 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAC seriyalı 603126 nömrəli; 3600 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAC seriyalı 741529 nömrəli; ƏDV daxil 3600 manat dəyərində xx.xx.2019- cu il tarixli EBAD seriyalı 426939 nömrəli; ƏDV daxil 3600 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAD seriyalı 428925 nömrəli; 3600 manat dəyərində xx.xx.2019cu il tarixli EBAD seriyalı 617250 nömrəli, ƏDV daxil 3600 manat dəyərində xx.xx.2019cu il tarixli EBAD seriyalı 867945 nömrəli; ƏDV daxil 3600 manat dəyərində xx.xx.2019cu il tarixli EBAE seriyalı 440578 nömrəli, ƏDV daxil 3600 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAE seriyalı 537396 nömrəli; ƏDV daxil 3420 manat dəyərində xx.xx.2020-ci il tarixli EBAE seriyalı 814140 nömrəli; ƏDV daxil 3420 manat dəyərində xx.xx.2020-ci il tarixli EBAE seriyalı 938368 nömrəli; ƏDV daxil 3420 manat dəyərində xx.xx.2020-ci il tarixli EBAF seriyalı 147894 nömrəli; ƏDV daxil 11803,01 manat dəyərində xx.xx.2020-ci il tarixli EBAF seriyalı 869531 nömrəli; ƏDV daxil 3544 manat dəyərində xx.xx.2020-ci il tarixli EBAG seriyalı 625720 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
3. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli borcların qarşılıqlı üzləşdirməsi haqqında akta əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixə 29.225,34 manat borcu vardır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. 06.08.2021-ci il tarixli ödəniş tapşırıqlarına əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 8000 manat və 1440 manat (ödəişin təyinatı: qalıq borc ödənişi) məbləğində ödənişlər edilmişdir.
5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 10 iş gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC – dən 19785,32 manat əsas, 1013 manat gecikdirilmiş faiz, 153 manat ödənilən dövlət rüsumu, cəmi 20951,32 manat pul vəsaitinin tutularaq İddiaçı MMC – yə ödənilməsi barədə qətnamə qəbuledəsiniz.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 17 aprel 2019 – cu il tarixində 108 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh İddiaçı MMC – dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC – yə 19785,32 manat əsas borc, 1013 manat gecikdirilmiş faiz borcu, cəmi 20798,32 manat məbləğində borcun olması müəyyən edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən İddiaçı MMC – yə ödəniş edilməmişdir. Tərəflər arasında müqavilə bir dəfə bağlansa da, alqı – satqı münasibətləri davam etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC – dən 19785,32 manat əsas, 1013 manat dəbbə pulu, 153 manat ödənilən dövlət rüsumu, cəmi 20951,32 manatın pul vəsaitinin tutularaq İddiaçı MMC – yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4 425.1, 425.2, 427.1, 442, 445.7, 448.1, 448.2, 598.1, 598.2, 739.1, 739.2, 740.2, 743-cü maddələrinə və “İnsan Hüquqları və X2 Haqqında” Konvensiyanın 6.1-ci maddəsinə istinad etmişdir b) İddiaya qarşı etirazın dəlilləri
İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilən suallara cavab olaraq iddiaçının nümayəndəsi alıcı malın satış qiymətinin ödənilməsini 512 gün gecikdirdiyini, cavabdeh tərəfindən sonradan 8000 və 1440 manat məbləğində ödənişlər edildiyini bildirdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
V. MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 17 aprel 2019-cu il tarixli 108 nömrəli malların alqısatqısı haqqında müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmiş, cavabdeh isə həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 19785,32 manat məbləğində borcu yaranmışdır.
19. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 19.785,32 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
20. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 1013 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
21. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Bundan əlavə o da qeyd edilməlidir ki, cavabdehdən tutulması tələb edilən dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsas yoxdur.
22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 153 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
23. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 153 manat təşkil edir.
24. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 153 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 19.785,32 manat əsas borc, 1013 manat məbləğində dəbbə pulu, cəmi 20.798,32 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 153 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva