Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3705/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 30333,55 (otuz min üç yüz otuz üç manat əlli beş qəpik) manat əsas borc, 1710,81 (bir min yeddi yüz on manat səksən bir qəpik) manat gecikdirilmiş faiz borcu, 187 manat ödənilən rüsum olmaqla, cəmi 32231,36 (otuz iki min iki yüz otuz bir manat otuz altı qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 07 yanvar 2020-ci il tarixində 01 nömrəli müqavilə bağlanmıdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 30333,55 manat əsas borc, 1710,81 manat gecikdirilmiş faiz borcu, cəmi 32044,36 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Lakin bugünə kimi cavabdeh tərəfindən İddiaçı MMC-yə ödəniş edilməmişdir. Əlavə olaraq, tərəflər arasında müqavilə bir dəfə bağlansa da, alqısatqı münasibətləri davam etmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.1, 442, 445.7, 448.1, 448.2, 598.1, 598.2, 739.1, 739.2, 740.2, 743-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 01 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları (bundan sonra hazırkı müqavilədə “mal adlandırılacaq) alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı malın verildiyi məqamda alıcının ona məlum olmuş tələbatını nəzərə almaqla alıcıya malı müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən malın keyfiyyəti qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun olmalıdır.
8. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli, 01 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə üzrə mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Təhvil vermə anında borc 8343 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli, 01 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə üzrə mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Təhvil vermə anında borc 21990 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 794689 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6341,78 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 804875 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 570,01 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 999852 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1140,02 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 347427 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 427,50 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 348032 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 136,04 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 508910 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 600,50 manat (ƏDV daxil) təşkil edir.
16. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 558602 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1140 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 881713 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2736,07 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 883068 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1815,07 manat (ƏDV daxil) təşkil edir.
19. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 164808 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 427,50 manat (ƏDV daxil) təşkil edir.
20. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 467152 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1114 manat (ƏDV daxil) təşkil edir.
21. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 478176 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 668,40 manat (ƏDV daxil) təşkil edir.
22. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 481545 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1159 manat (ƏDV daxil) təşkil edir.
23. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 507313 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 636,50 manat (ƏDV daxil) təşkil edir.
24. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 507648 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 214,70 manat (ƏDV daxil) təşkil edir.
25. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 507693 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 175 manat (ƏDV daxil) təşkil edir.
26. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 750733 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2052 manat (ƏDV daxil) təşkil edir.
27. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 808687 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2052 manat (ƏDV daxil) təşkil edir.
28. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 164574 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1285 manat (ƏDV daxil) təşkil edir.
29. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 165010 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 70 manat (ƏDV daxil) təşkil edir.
30. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 165531 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 769,50 manat (ƏDV daxil) təşkil edir.
31. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 234246 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 288 manat (ƏDV daxil) təşkil edir.
32. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 369332 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1026 manat (ƏDV daxil) təşkil edir.
33. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 633964 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 915,23 manat (ƏDV daxil) təşkil edir.
34. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 206781 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 624,35 manat (ƏDV daxil) təşkil edir.
35. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 209011 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1216 manat (ƏDV daxil) təşkil edir.
36. xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 360585 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1334,75 manat (ƏDV daxil) təşkil edir.
37. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış borcların qarşılıqlı üzləşdirilməsi aktından görünür ki, İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixə Cavabdeh MMCyə 28998,80 manat borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
38. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
41. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini tam şəkildə iddiaçıya ödəməmiş, qalıq borcu yaranmışdır.
42. İddia tələbinin bir hissəsini cavabdehdən Cavabdeh MMC-dən ödənilməmiş qalıq borc olan 30333,55 manat məbləğində qalıq borcun tutulması təşkil edir.
43. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 30333,55 manat (otuz min üç yüz otuz üç manat əlli beş qəpik) əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu cavabdeh tərəfindən imzalanış möhürlənən xx.xx.2021-ci il tarixli təhvil-təslim aktları (21990+8343=30333) və digər sübutlarla öz təsdiqini tapır.
44. İddia tələbinin digər hissəsini cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 fazilə hesablanmış 1710,81 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.
45. Müəyyən olunur ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirmişdir. Ona dörə də məhkəmənin qənaətinə əsasən iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 fazilə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
46. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən tələbə uyğun illik 5 (beş) faizlə hesablanan 1710,81 manat (min yeddi yüz on manat səksən bir qəpik) pul iddiaçının xeyrinə tutulmalıdır.
47. Eləcə də, ödənilmiş 187 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
48. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 186,13 manat (hazırkı tələblə bağlı ödənilməli olan dövlət rüsumunun məbləği 186,13 manat təşkil etmişdir) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 30333,55 manat (otuz min üç yüz otuz üç manat əlli beş qəpik) əsas borc, gecikdirilmiş vaxt hesablanmış 1710,81 manat (min yeddi yüz on manat səksən bir qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 186,13 manat (yüz səksən altı manat on üç qəpik) olmaqla, cəmi 32230,49 manat (otuz iki min iki yüz otuz manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova