Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3705/2025 20.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 144055,54 manat borc, 25 929, 99 manat ƏDV məbləği olmaqla cəmi 169.985,53 manat məbləğində əsas borcun, 6587,40 manat məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsi üçün beş faizin, 48.088 manat miiqdarında cərimə məbləğinin, cəmi 224.660,93 manat məbləğində vəsaitin, 320 manat miqdarında vəkil xərcinin və 515 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq “Cyberspace" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC “Satıcı” (“İcraçı”) ilə Cavabdeh2 MMC “Alıcı” (“Sifarişçi”) arasında 2024-ci il 24 iyun tarixli, 27/24 nömrəli Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bu “Müqavilə”yə əsasən, “Satıcı” (“İcraçı”) “Müqavilə”nin tərkib hissəsi sayılan “X2”nda (bundan sonra- Əlavə) əks olunan Mal və/və ya Xidmətləri (bundan sonra- Mallar) “Alıcı” (“Sifarişçi”)-yə təhvil verməyi, “Alıcı” (“Sifarişçi”) isə bu “Mallar”ın haqqını ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən “Alıcı” (“Sifarişçi”) “Müqavilə”nin umumi dəyərinin 100%-i miqdarından məbləği “Mallar” təhvil verildikdən sonra, təqdim olunan sənədlər (e-qaimə, hesab faktura, təhvil-təslim aktları və s.) əsasında ən geci 10 təqvim günü ərzində “Satıcı” (“İcraçı”)-ya ödəyir. Həmin Müqavilənin 4.5.-ci bəndinə əsasən “Alıcı” (“Sifarişçi”) “Müqavilə” üzrə, ona təhvil verilmiş “Mallar”ın qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin Müqavilənin 4.9.-cu bəndinə əsasən “Tərəf” bu “Müqavilə”nin 2.1-ci bəndində nəzərdə tutulmuş öhdəliyi vaxtında icra etmədikdə, digər “Tərəf” icra edilməyən öhdəliklər üzrə gecikdirilmiş hər bir gün üçün 0,1% həcmdə cərimə tətbiq edə bilər. Həmin Müqavilənin 4.8.-ci bəndinə əsasən “Müqavilə”də nəzərdə tutulmuş pul öhdəliklərinin icrası üçün “Alıcı” (“Sifarişçi”)-nin direktoru “Alıcı” (“Sifarişçi”) ilə birgə öz şəxsi əmlakı ilə məsuliyyət daşıyır. Beləliklə, həmin müqaviləyə əsasən cavabdehin 169 985, 54 (bir yüz altmış doqquz min doqquz səksən beş manat 54 qəpik) manat miqdarında borcu vardır. Baş verən pozuntunun aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdalıq olmasına və münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə və bugünə qədər səbr və təmkinlə gözləməyimizə baxmayaraq, müxtəlif bəhanələr gətirərək cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən qəsdən yayınmışdır.
3. xx.xx.2025-ci il tarixində Cavabdeh2 MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş məhkəmənin icraatındadır. İş materiallarından göründüyü kimi, iddia tələbinin əsası olan xx.xx.2024-cü il tarixli, 27/24 saylı müqavilə məhz "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən həm "xxxx" MMC, həm də şirkətin direktoru Cavabdeh1 cavabdeh olaraq göstərilmişdir. Həmçinin, müqavilə üzrə yarandığı iddia olunan borcun "xxxx" MMC ilə Cavabdeh1 müştərək qaydada tutulması xahiş edilmişdir. AR Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq MMC-nin direktoru MMC-nin öhdəliklərinə görə şəxsi məsuliyyət daşımamaqdadır. Lakin iddiaçı "xxxx" MMC tərəfindən şirkətin direktoru Cavabdeh1 da cavabdeh olaraq göstərilmişdir. Belə olan halda, Cavabdeh1 hüquqları pozulmaqdadır. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 152-ci maddəsinə uyğun olaraq iddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirir ki, müqavilə bağlanarkən direktorun subsidiar məsuliyyəti də müəyyən olunmuşdur. Müqavilə Mülki Məcəlləyə əsasən qarışıq müqavilə formasında bağlandığı üçün zaminlik müqaviləsi bağlamamışdır. Direktorla bağlı müqavilədə zamin sözü müəyyən olunmasa da, faktiki olaraq zamin hesab olunmuşdur. Cavabdehin tərəfin etirazı ilə tanışdır, lakin müqavilə bağlanarkən etiraz etməmişdirlər. Direktorla hüquqi şəxs eyni şəxs olduğu üçün bunu texniki məsələ hesab etmişlər, 23000 manatlıq təhvil-təslim aktını qarşı tərəfə təqdim etsələr də, imzalanmamışdır. Eqaimələrinin heç birinə aid etiraz daxil olmamışdır. Cavabdeh etirazında da bildirir ki, məbləğə deyil, direktorun məsuliyyətə cəlb olunmasına etiraz edir. Cərimə ilə bağlı məsələ müqavilənin 4.9-cu maddəsində müəyyən olunub.
5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında 2024-ci il 24 iyun tarixli, 27/24 nömrəli mal və xidmətlərin alqı-satqısı müqaviləsi bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu “Müqavilə"yə əsasən. “Satıcı”(“İcraçı”) “Müqavilə”nin ayrılmaz tərkib hissəsi sayılan “X1"nda (bundan sonra - Əlavə) əks olunan Mal və/və ya Xidmətləri (bundan sonra - Mallar) “Alıcı” (“Sifarişçi")-yə təhvil verməyi “Alıcı” (“Sifarişçi") isə bu “Mallar”ın haqqı ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 1.2 -ci bəndinə əsasən “Mallar"ın adı, ölçüsü, miqdarı, hər vahidinin dəyəri, texniki tələbləri və digər məlumatlar “Miiqavilə"nin müvafiq “Əlavə"də göstərilir.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən “Əlavə"də müəyyən edilmiş qiymət sabitdir və hər-hansı bir dəyişikliyə məruz qala bilməz.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən “Alıcı" (“Sifarişçi") “Müqavilə"nin ümumi dəyərinin %-i miqdarında məbləği “Mallar" təhvil verildikdən sonra, təqdim olunan sənədlər (e-qaimə. hesab-faktura, təhvil-təslim aktları və s.) əsasında ən geci 10 təqvim günü ərzində “Satıcı” (“İcraçı")-va ödəyir.
13. Müqavilənin 2.2-ci bəndinə əsasən “Satıcı" (“İcraçı") “Mallar"la bağlı işlərin yerinə yetirilməsi üçün “Miiqavilə“nin dəyərinin % -i miqdarında avans tələb edir.
14. Müqavilənin 2.3-cü bəndinə əsasən avansın məbləği “Müqavilə"nin ümumi məbləğinə daxildir.
15. Müqavilənin 2.4-cü bəndinə əsasən “Alıcı" (“Sifarişçi”)-nin bankında “Mallar"ın ödənilməsi ilə bağlı bütün bank komissiyaları və xərcləri “Alıcı" (“Sifarişçi") tərəfindən ödənilir. “Satıcı" (“İcraçı")-nın bankında “Malların ödənilməsi ilə bağlı bütün bank komissiyaları və xərcləri “Satıcı" (“İcraçı") tərəfindən ödənilir.
16. Müqavilənin 2.5-ci bəndinə əsasən “Mallar"ın həcmində baş verəcək hər-hansı dəyişiklik “Əlavə"də rəsmiləşdiriləcəkdir. Bütün hesablaşmalar Azərbaycan manatı ilə “Satıcı" (“İcraçı")-nın bank hesabına köçürülməsi yolu ilə aparılır.
17. Müqavilənin 2.6-cı bəndinə əsasən “Alıcı" (“Sifarişçi") tərəfindən ödənişin həyata keçirilməsi gecikərsə və “Satıcfnın (“İcraçı") təhvil verdiyi mallara görə göndərdiyi Eqaimənin göndəriş tarixindən 30 bank günündən sonra baş tutarsa, ödəniş aşağıda qeyd olunduğu kimi icra olunmalıdır: AR Mərkəzi Bankı tərəfindən xarici valyutalarla bağlı (USD. EUR. RUB və s.) Azərbaycan manatına qarşı təyin edilmiş məzənnəsində əhəmiyyətli dərəcədə (ən azı 2% nisbətində) dəyişiklik (azalma və ya artma) baş verdiyi təqdirdə, “Alıcı" (“Sifarişçi") ödənişi AR Mərkəzi Bankının ödəniş tarixinə olan rəsmi məzənnəsini nəzərə almaq şərti ilə həyata keçirir, ‘“Satıcı" (““İcraçı") isə göndərdiyi E-qaimədəki malların dəyərində (xidmətlərin dəyəri istisna təşkil edir) müvafiq düzəlişlər edir.
18. Müqavilənin 3.1-ci bəndinə əsasən "Tərəflər“ müəyyən edirlər ki. bu “Miıqavilə"nin predmeti olan "Mallaf'ın mülkiyyəti və təhlükəsiz saxlanma riski “Satıcı“ ("İcraçı“) tərəfindən "Alıcı“ ("Sifarişçi“)-yə təhvil verildiyi andan "Alıcı” (“Sifarişçi“)-yə keçir.
19. Müqavilənin 3.2-ci bəndinə əsasən "Mallar“ "Alıcı” ("Sifarişçi“)-yə “Tərəflər”in müəyyən etdiyi yerdə təhvil verildiyi andan qəbul olunmuş hesab olunur.
20. Müqavilənin 3.3-cü bəndinə əsasən “Mallar“ın tərkibində “Alıcı” (Sifarişçi)-yə göstəriləcək xidmətlər olarsa həmin xidmətlərin tam yerinə yetiridiyi andan qəbul olunmuş hesab olunur.
21. Müqavilənin 3.4-cü bəndinə əsasən “Mallar”’ın çatdırılması və xidmətlərin yerinə yetirilməsi “Tərəflər”-in təhvil-təslim aktının imzalaması ilə təsdiqlənir.
22. Müqavilənin 3.5-ci bəndinə əsasən “Mallar“ın çatdırılması yeri “Tərəflər”-in qarşılıqlı razılaşması əsasında müəyyən olunur.
23. Müqavilənin 3.6-cı bəndinə əsasən “Mallar” çatdırılması “Satıcı” (“İcraçı”)-nın hesabına həyata keçirilir.
24. Müqavilənin 3.7-ci bəndinə əsasən “Mallar”ın bir qismi və ya hamısı qaytarıldıqda həmin “Mallar”ın “Satıcı" (“İcraçı“)-nm müəyyən etdiyi yerə qaytarılması “Alıcı“ (“Sifarişçi)nin hesabına həyata keçirilir.
25. Müqavilənin 4.8-ci bəndinə əsasən “Müqavilə”də nəzərdə tutulmuş pul öhdəliklərinin icrası üçün “Alıcı" (“Sifarişçi”)-nin direktoru “Alıcı” (“Sifarişçi") ilə birgə öz şəxsi əmlakı ilə məsuliyyət daşıyır.
26. Müqavilənin 4.9-cu bəndinə əsasən “Tərəf” bu “Müqavilə”nin 2.1-ci bəndində nəzərdə tutulmuş öhdəliyi vaxtında icra etmədikdə, digər “Tərəf' icra edilməyən öhdəliklər üzrə gecikdirilmiş hər bir gün üçün 0.1% həcmdə cərimə tətbiq edə bilər.
27. İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 1903,34 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 396,24 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 15867,70 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 16546,52 manat, xx.xx.2024cü il tarixli X1na əsasən malların qiyməti 2473,47 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 513,77 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 26106,51 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 21591,89 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 21099,18 manat, xx.xx.2024cü il tarixli X1na əsasən malların qiyməti 521,18 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 96,17 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 25041,01 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 7849,57 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 637,20 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 7478,25 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 3803,26 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 1971,28 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 15840,50 manat, xx.xx.2024-cü il tarixli X1na əsasən malların qiyməti 259,60 manat məbləğlərində müəyyən edilmişdir.
28. X1nında göstərilən məbləğlərdə mallar müfaviq olaraq protokolla eyni tarixli malların təhvili-təslimi haqqında Aktlarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə təhvil verilmişdir. Aktlar (xx.xx.2024-cü il tarixli təhvil-təslim aktları istisna olmaqla) hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
29. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2024-cü il tarixli MT**********67 saylı 1218,04 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********68 saylı 15328,50 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********02 saylı 15867,70 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********47 saylı 396,25 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********10 saylı 112,10 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********04 saylı 1791,24 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********16 saylı 6554,95 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********22 saylı 19551,57 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********37 saylı 318,36 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********12 saylı 31,86 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********94 saylı 163,55 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********24 saylı 2473,47 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********86 saylı 2690,40 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********54 saylı 18408,78 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********93 saylı 21580,79 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********76 saylı 25041,01 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********77 saylı 96,17 manat, xx.xx.2024-cü il tarixli MT**********93 saylı 521,19 manat, xx.xx.2024-cü il tarixli MT**********43 saylı 7478,25 manat, xx.xx.2024-cü il tarixli MT**********27 saylı 637,20 manat, xx.xx.2024-cü il tarixli MT**********92 saylı 7849,58 manat, xx.xx.2024-cü il tarixli MT**********99 saylı 259,60 manat, xx.xx.2024-cü il tarixli MT**********74 saylı 15189,15 manat, xx.xx.2024-cü il tarixli MT**********13 saylı 651,36 manat, xx.xx.2024-cü il tarixli MT**********56 saylı 1971,29 manat, xx.xx.2024-cü il tarixli MT**********23 saylı 3803,26 manat məbləğində eqaimələr göndərilmişdir. E-qaimələr sistem tərəfindən təsdiqlənmişdir.
30. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
33. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
34. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
35. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
36. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. Göründüyü kimi tərəflər arasında bağlanmış 2024-ci il 24 iyun tarixli, 27/24 nömrəli mal və xidmətlərin alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu “Müqavilə"yə əsasən. “Satıcı” “Müqavilə”nin ayrılmaz tərkib hissəsi sayılan “X1"nda əks olunan Mal və/və ya Xidmətləri “Alıcı”ya təhvil verməyi “Alıcı” isə bu “Mallar”ın haqqını ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, Cavabdeh2 MMC-nin iddiaçıya müqavilə üzrə ƏDV daxil 169.985,53 manat ödənilməmiş borcu qalmışdır.
39. Cavabdehlər heç bir məhkəmə iclaslarında iştirak etməmişlər. Lakin, EMİS-dən görünür ki, hər iki cavabdehin e-kabinetləri mövcüddur. Məhkəmə araşdırılması dövründə cavabdehlər tərəfindən məhkəməyə iddiaçı tərəfindən malların təhvil verilməsinə, iddia ərizəsində tələb olunan ƏDV daxil 169.985,53 manat borc məbləğinə dair hərhansı etirazları daxil olmamamışdır. Cavabdeh2 MMC tərəfindən məhkəməyə EMİS vasitəsi ilə təqdim olunan xx.xx.2025-ci il tarixli etirazı yalnız Cavabdeh1 cavabdeh qismində cəlb edilməsi ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, baxmayaraq ki, son dörd ədəd təhvil-təslim aktları cavabdeh şirkət tərəfindən təsdiq edilməmişdir, lakin, həmin dörd aktda göstərilən mallar təhvil verilməmiş olseydı, cavabdeh şirkət məhkəməyə ünvanladığı etirazında həmin aktlara və ümumi məbləğə öz etirazını bildirərdi, həmçinin göndərilən son dörd ədəd e-qaiməyə də vaxtında etiraz edilərək geri qaytarılardı. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, son təhvil-təslim aktlarında göstərilən mallar cavabdehin əməkdaşlarına hesabat dəftərinə qol çəkdirməklə təhvil verilmişdir (həmin dəftərdən çıxarışların surətləri məhkəməyə təqdim edilmişdir).
40. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, qiymət razılaşdırma protokolları, təhvil-təslim aktları, təsdiq edilmiş e-qaimələr ilə təsdiqini tapdığı və cavabdeh tərəfindən nə malların təhvil verilməsinə və də ki, iddia məbləğinə etiraz daxil olmadığı üçün, iddia tələbinin ƏDV daxil 169.985,53 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
41. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh2 MMC-nin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 169.985,53 manat borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 169.985,53 manat əsas borc Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
42. Bundan əlavə iddiaçı 48088 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
43. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
44. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
45. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
46. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (169.985,53 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu 8500 manat məbləğində müəyyən edilməlidir.
47. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq (illik 5%) hesablanmış 6587,40 manat məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə əsassız hesab edir.
48. Belə ki, Mülki Məcəllənin:
49. 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
50. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
51. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
52. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.
53. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:
54. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;
55. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;
56. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.
57. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.
58. İddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu və Mülki Məcəllənin 445.7-ci maddəsi ilə faiz tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödəmək öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə iki məsuliyyət tədbirinin – müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun və illik 5% olmaqla faizlərin tutulmasını tələb edir. Bu zaman dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulunun hesablanması üsuluna görə növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği olaraq tutulur, bundan fərqli olaraq dəbbə pulunun digər növü olan “penya” öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərindən göründüyü kimi həmin müqavilədə nəzərdə tutulmuş dəbbə pulu, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.
59. Digər tərəfdən maddi zərərlə dəbbə pulunun nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsində zərərlə nisbətinə görə 4 dəbbə pulu növü fərqləndirilmişdir. Belə ki, həmin maddəyə görə qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə xarakterli dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan cərimə xarakterli dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur. Başqa sözlə desək, cərimə xarakterli dəbbə pulu istisna olmaqla dəbbə pulunun sadalanan digər növlərinin tətbiqində məqsəd şəxsin öhdəliyin pozuntusuna görə cəzalandırmaq deyil, öhdəliyin icrasını təmin etmək və öhdəliklərin pozulması nəticəsində zərərçəkmiş şəxsin hüquqlarını bərpa etməkdən ibarətdir.
60. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavildə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.
61. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.
62. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.
63. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.
64. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, gecikdirilmiş 169985,53 manat borca illik 5% ilə iddiaçını hesabladığı faiz borcu 6587,40 manat təşkil edir, cavabdehə tətbiq edilən dəbbə pulu məbləği isə 8500 manat təşkil edir.
65. Göründüyü kimi iddiaçının xahiş etdiyi 6587,40 manat məbləğində faiz məbləği hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (8500 manat) ilə əhatə olunduğu üçün, yuxarıda qeyd edilən normaların təhlilinə əsasən əlavə olaraq əldən çıxmış fayda qismində 6587,40 manat faiz borcunun tutulması üçün əsaslar mövcud deyil.
66. Beləliklə, məhkəmə hesab edir ki, iddia faiz borcuna dair hissədə təmin edilməməlidir.
67. İddiaçının borcun müştərək qaydada Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 da tutulması tələbinə dair məhkəmənin münasibəti:
68. İddiaçının nümayəndəsi iddia tələbinin Cavabdeh1 münasibətdə belə əsaslandırmışdır ki, həmin şəxs MMC-nin direktoru olaraq bu alqı-satqı münasibətlərində zamin qismində çıxış edir, ona görə də borc məbləği ondan da müştərək qaydada tutulmalıdır. Lakin, 2024-ci il 24 iyun tarixli, 27/24 nömrəli mal və xidmətlərin alqı-satqısı müqaviləsindən görünür ki, müqaviləni Cavabdeh1 MMC-nin adından səlahiyyətli şəxs – direktor olaraq imzalamış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmçinin müqavilənin 4.8-ci bəndinə əsasən “Müqavilə”də nəzərdə tutulmuş pul öhdəliklərinin icrası üçün “Alıcı" (“Sifarişçi”)-nin direktoru “Alıcı” (“Sifarişçi") ilə birgə öz şəxsi əmlakı ilə məsuliyyət daşıması qeyd olunsa da, lakin, məhz kimin, hansı direktorun (ad, soyad, ata adı) qeyd edilməmişdir. Nəzərə alınsa ki, MMC-nin direktoru əmək müqaviləsi nəticəsində işə qəbul olunan və istənilən an dəyişdirilə bilən vəzifəli şəxs olduğundan, müqavilədə olan “direktor” ifadəsi Cavabdeh1 ilə zamin olaraq eyniləşdirilə bilməz.
69. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin :
70. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
71. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
72. 471-ci maddəsiinə əssaən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
73. Göründüyü kimi, iki MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərə görə qanunvericiliyin tələblərinə cavab verən zaminlik müqaviləsi rəsmiləşdirilməmişdir. Alqı-satqı müqaviləsində cəmi bir - 4.8-ci bəndin mövcüd olması, ona qarışıq (alqı-satqı və zaminlik) müqaviləsi kimi qiymət verilməsi üçün yetərli deyil. Alqı-satqı müqaviləsi Cavabdeh1 tərəfindən sırf Cavabdeh2 MMC-nin səlahiyyətli şəxsi qismində imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Əgər Cavabdeh1 zamin qismində də çıxış etmiş olseydi, alqı-satqı müqaviləsi əlavə olaraq zamin göstərilərək və fiziki şəxs olaraq ona məxsus rekvizitlər və şəxsiyyət vəsiqəsi məlumatları əks olunaraq ikinci dəfə və ya MMC-ni direktoru və müqavilə üzrə zamin qeydi ilə bir dəfə imzalanardı.
74. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hsab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
75. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 320 manat məbləğində vəkil xərci və 515 manat dövlət rüsumu ödənilmişdir.
76. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
77. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
78. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 469 manat və vəkil xərcinin əvəzi olaraq 320 manat məbləğində pul vəsaiti cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
79. 55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən ƏDV daxil 169.985,53 manat əsas borc məbləği, 8500 manat dəbbə pulu, vəkil xərcinin əvəzi olaraq 320 manat və dövlət rüsumunun əvəzi olaraq 469 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova