Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-371/2020 06.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Zamanova Könül Dağlar qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçının xeyrinə 7.176,06 ABŞ Dolları əsas borc, 717,66 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 7.893,72 ABŞ Dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçının xeyrinə 7.176,06 ABŞ Dolları əsas borc, 717,66 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 7.893,72 ABŞ Dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018ci il tarixdə SFSM015 saylı alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini Satıcı/Təchizatçı tərəfindən qiyməti, sayı, çeşidi, modeli və s. müqavilənin ayrılmaztərkib hissəsi olan Əlavələrdə qeyd olunan yüksək keyfiyyətli mallarınmüqavilə müddəti dövründəAlıcıyasatılması vəAlıcı tərəfindən həminmalların qəbul edilərək, dəyərinin hazırki müqavilədə nəzərdə tutulmuş qaydada Satıcıya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən müqavilə üzrə malların təchizedilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə xx xxx 2018-ci il tarixdə 2.152,81 ABŞ Dolları, xx xxxx 2018-ci il tarixdə isə 5.023,25 ABŞ Dolları, cəmi 7.176,06 ABŞ Dolları məbləğində pul vəsaiti ödənilmişdir. Pul vəsaitinin qarşılığında mallar ən geci xx xxxx 2018-ci il tarixində təslim edilməli idi. Lakin, cavabdeh malın təslimini həyata keçirməmişdir. İddiaçı tərəfindən cavabdehlə malın təslimi baradə danışıqlar aparılmış, cavabdeh hər dəfə müxtəlif tarixlər versə də nəticədə malı təslim etməmişdir. Mallar təslim edilmədiyindən ən sonunda mallara görə iddiaçı ödədiyi pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, bu tələb də cavabdeh tərəfindən icra edilməmişdir. Cavabdeh malların təslimini gecikdirdiyi üçün müqavilənin 5.2-ci bəndinə əsasən iddiaçının gecikdirilən hər gün üçün malların ümumi dəyərinin 0.1% məbləğində cərimə tələb etmək hüququ yaranmışdır. Cərimənin məbləği müqavilədə cərimə üçün müəyyən edilmiş son həddə, yəni malların ümumi dəyərinin 10% çatmışdır. İddiaçının nümayəndəsi və vəkili Zamanova Könül Dağlar qızı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumlarının Dövlət reyestri məlumatından görünür ki, İddiaçı xx xxxx 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixdə SFSM015 saylı müqavilənin surətindən görünür ki, cavabdeh tərəfindən qiyməti, sayı, çeşidi, modeli və s. müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə qeyd olunan yüksək keyfiyyətli malları müqavilə müddəti dövründə iddiaçıya satmağı və iddiaçı tərəfindən həmin malların qəbul edilərək, dəyərinin hazırki müqavilədə nəzərdə tutulmuş qaydada cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən verilmiş hesab-fakturanın surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya satılması nəzərdə tutulmuş malların dəyəri 7176,06 ABŞ dolları təşkil etmişdir. Bank hesabından çıxarışların surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına xx xxx 2018-ci il tarixdə 2152,81 ABŞ dolları, xx xxxx 2018-ci il tarixdə 5023,25 ABŞ dolları olmaqla cəmi 7176,06 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixdə SFSM015 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən qiyməti, sayı, çeşidi, modeli və s. müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə qeyd olunan yüksək keyfiyyətli malları müqavilə müddəti dövründə iddiaçıya satmağı və iddiaçı tərəfindən həmin malların qəbul edilərək, dəyərinin hazırki müqavilədə nəzərdə tutulmuş qaydada cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya satılması nəzərdə tutulmuş malların dəyəri 7176,06 ABŞ dolları təşkil etmiş, iddiaçı tərəfindən cavabdehin hesabına xx xxx 2018-ci il tarixdə 2152,81 ABŞ dolları, xx xxxx 2018-ci il tarixdə 5023,25 ABŞ dolları olmaqla cəmi 7176,06 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Lakin cavabdeh tərəfindən hesab-fakturada göstərilən mallar iddiaçıya verilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınacaq malların dəyərini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixdə SFSM015 saylı müqaviləyə əsasən 7176,06 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən iddiaçı cavabdehdən gecikdirilən hər gün üçün malların ümumi dəyərinin 0.1% məbləğində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 7.176,06 ABŞ Dolları əsas borc, 717,66 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 7.893,72 ABŞ Dolları məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-371/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-371/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver