Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3711/2021 28.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16.01.2019 tarixli LM №339/01-2019 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə iddiaçıya olan lizinq ödənişləri və cərimələr üzrə iddia verilən tarixə cəmi 33,553.65 AZN məbləğində borc, gecikmə cərimələri üzrə: 18,000 AZN, Faiz/mükafat üzrə: 63, 458.16 AZN, əsas məbləğ üzrə: 252,095.49 AZN Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, 16.01.2019 tarixli LM№339/01-2019 saylı lizinq müqaviləsi ləğv edilməklə lizinq obyektlərinin – 05 ədəd “İsuzu Citibus” markalı 25+1 yerli avtobusun Cavabdeh1 MMC tərəfindən iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin e-2-2(113)-3711/2021 saylı, 15.07.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və işin hazırlıq iclası təyin edilmişdir. Hazırda iddiaçı məhkəməyə ərizə (vəsatət) ünvanlayaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edir. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə hazırlıq iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3711/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3711/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver