Məhkəmə qərarları › İş №e-2-2(113)-3712/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3712/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3712/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı MMC-nin cavabdeh X2 və Cavabdeh2 qarşı İddiaçı MMC ilə cavabdeh X4 arasında bağlanmış 30 may 2023-cü il tarixli D133 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi, 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi, Cavabdeh2 İddiaçı MMC-nin mülkiyyətində olanBakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937- ciməhəllə,ev 8, mənzil 661 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi, onun mənzildən qeydiyyatdan çıxarılması və mənzildən çıxarılması, Ödənilmiş 142 manat məbləğində dövlət rüsumunun və lizinq müqaviləsinə əsasən hesablanmış 17 115 AZN məbləğində cərimənin cavabdeh X1 tutulması və Lizinq obyekti olan mənzilin-Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 661 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı İddiaçı MMC ilə cavabdeh X4 arasında bağlanmış 30 may 2023-cü il tarixli D133 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi, 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi, Cavabdeh2 İddiaçı MMCnin mülkiyyətində olanBakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937ciməhəllə,ev 8, mənzil 661 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi, onun mənzildən qeydiyyatdan çıxarılması və mənzildən çıxarılması, Ödənilmiş 142 manat məbləğində dövlət rüsumunun və lizinq müqaviləsinə əsasən hesablanmış 17 115 AZN məbləğində cərimənin cavabdeh X1 tutulması və Lizinq obyekti olan mənzilin-Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 661 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmişdir. İddia ərizəsinin Cavabdeh2 tərəfindən alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunsa da, cavabdeh X4 tərəfindən iddia ərizəsinin alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh X2 və Cavabdeh2 qarşı İddiaçı MMC ilə cavabdeh X4 arasında bağlanmış 30 may 2023-cü il tarixli D133 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi, 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi, Cavabdeh2 İddiaçı MMC-nin mülkiyyətində olanBakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937- ciməhəllə,ev 8, mənzil 661 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi, onun mənzildən qeydiyyatdan çıxarılması və mənzildən çıxarılması, Ödənilmiş 142 manat məbləğində dövlət rüsumunun və lizinq müqaviləsinə əsasən hesablanmış 17 115 AZN məbləğində cərimənin cavabdeh X1 tutulması və Lizinq obyekti olan mənzilin-Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 661 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar