Məhkəmə qərarları › İş №e-2-2(113)-3713/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3713/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3713/2021 09.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.12.2013-cü il tarixli 37-LA/13 nömrəli müqavilə üzrə 334568,75 manat gecikdirilmiş borcun, hesablanmış 94413,77 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat cəmi: 429482,52 (dörd yüz iyirmi doqquz min dörd yüz səksən iki manat əlli iki qəpik) manat pul vəsaitinin cavabeh "A-Alyans” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış 30.12.2013-cü il tarixli 37-LA/13 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə istixana avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 18.05.2021-ci il tarixə 30.12.2013-cü il tarixli 37-LA/13 nömrəli müqavilə üzrə 334568,75 manat gecikdirilmiş borc və hesablanmış 94413,77 manat cərimə borcu yaranmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30.12.2013-cü il tarixli 37-LA/13 nömrəli müqavilə üzrə 334568,75 manat gecikdirilmiş borcun, hesablanmış 76281,68 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat olmaqla cəmi 411350,43 (dörd yüz on bir min üç yüz əlli manat qırx üç qəpik) manat pul vəsaitinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində məhkəmədən maliyyə arayışının tərtib edildiyi 18.05.2021-ci il tarixə 30.12.2013-cü il tarixli 37-LA/13 nömrəli müqavilə üzrə 334568,75 manat gecikdirilmiş borc və hesablanmış 94413,77 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 500 manat olmaqla cəmi 429482,52 manat pul vəsaitinin Cavabdeh MMC- dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi iddia ərizəsində göstərilmiş məbləğlər 18.05.2021-ci il tarixli maliyyə arayışı və cərimə qrafiki əsasında tərtib edilmişdir. Daha sonradan aparılan araşdırma zamanı tərəflər arasında “37-LA/13 nömrəli 30 dekabr 2013-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə “12 fevral 2020ci il tarixli D-37- LA/13 nömrəli Razılaşmanın mövcudluğu müəyyən edilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinin (ƏLAVƏ 1) yeni redaksiyada verilməsi müəyyənləşdirilmişdir. Həmçinin araşdırma zamanı o da müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş 18.05.2021-ci il tarixli maliyyə arayışının tərtibi zamanı səhvən lizinq alan tərəfindən lizinq obyektinin dəyərindən əvvəlcədən ödənilmiş 15000 (on beş min) manat nəzərə alınmamış, nəticədə lizinq alan (iş üzrə cavabdeh) tərəfindən ödənilmiş məbləğ ******* (bir milyon iki yüz on yeddi min üç yüz səksən) manat deyil, ******* (bir milyon iki yüz iki min üç yüz səksən) manat kimi göstərilmişdir. 18.05.2021-ci il tarixli ilkin maliyyə arayışında göstərilmiş gecikdirilmiş borc məbləği olan 334568,75 manat “37-LA/13 nömrəli 30 dekabr 2013-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə“ 12 fevral 2020-ci il tarixli D- 37-LA/13 nömrəli Razılşmanın tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə 1) uyğun tərtib edildiyindən gecikdirilmiş borc məbləği dəyişilməz olaraq qalmışdır. Hesablanmış cərimə məbləği yeni ödəniş qrafikinə əsasən hesablandığından ilkin iddia ərizəsində göstərilmiş 94413,77 manat cərimə məbləği də azalmış, 76281,68 manat təşkil etmişdir. Bu ərizə üzrə tələb edilən gecikdirilmiş borc və hesablanmış cərimə məbləği 18 may 2021-ci il tarixə hesablanmış məbləğdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış 30.12.2013-cü il tarixli 37-LA/13 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus istixana avadanlıqlarının quraşdırılma ilə birlikdə lizinqə verilməsi müqaviləsindən görünür ki, Lizinq verən ümumi dəyəri 2 288 000,0 (iki milyon iki yüz səksən səkkiz min) manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) (bundan sonra- Obyekt) dəyərini lizinq ödəniş qrafikində (İ nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə verir, Lizinq alan isə Obyektin dəyərindən 15 000,0 (on beş min) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində (l nömrəli əlavə) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən Lizinq alan Obyekti qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra Obyektin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu Müqavilə üzrə öhdəliklərindən azad etmir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən Lizinq alan Obyektin istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə 1) uyğun olaraq ödənişləri həyata keçirir. İş materiallarına əlavə edilmiş 10.12.2013-cü il tarixli Aktdan görünür ki, Abşeron rayonunun “Quldar” adlanan qış otlaq sahəsi ərazisində yerləşən 2 ha torpaq sahəsində xüsusi polietilen örtüklü, tünel tipli istixana avadanlıqları və konstruksiyaları lizinq verən "xxxx" ASC tərəfindən icraçı təşkilat "xxxx" MMC-dən təhvil alınaraq Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarında olan 30.12.2013-cü il tarixli 37-LA/13 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinə edilmiş əlavə 1 ödəniş qrafikindən görünür ki, 2 ha sahədə xüsusi polietilen örtüklü komplek istixana avadanlıqları quraşdırılması ilə birlikdə ümumilikdə ******* manat ödəniş edilməlidir. İş materiallarında olan 30.12.2013-cü il tarixli 37-LA/13 nömrəli tarixli müqaviləyə dəyişiklik edilməsi barədə 12.02.2020-ci il tarixli D-37-LA/13 nömrəli razılaşmadan görünür ki, "Aqrolizinq” ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli 37-LA/13 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilməsi razılaşdırılmışdır. Həmin razılaşmanın 1.1-ci bəndinə əsasən “Lizinq verən ümumi dəyəri 2 288 000,0 (iki milyon iki yüz səksən səkkiz min) manat olan 2 ha sahədə xüsusi polietilen örtükülü kompleks istixana avadanlıqlarının (bundan sonra - Obyekt) dəyərini lizinq ödəniş qrafikində (1 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki (Əlavə 1) yeni redaksiyada verilsin (əlavə olunur). Həmin razılaşmanın 2-ci bəndinə əsasən bu razılaşma "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 30 dekabr 2013-cü il tarixli 37-LA/13 nömrəli lizinq müqaviləsinin tərkib hissəsi hesab olunmaqla imzalandığı gündən qüvvəyə minir. İş materiallarına əlavə edilmiş 12.02.2020-ci il tarixli D-37-LA/13 nömrəli razılaşmaya dair ödəniş qrafikindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə ******* manat ödəniş edilməlidir. İş materiallarına əlavə edilmiş 29.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə cavabdehin qeyd olunan müqavilə üzrə etdiyi ödəniş ******* manat gecikdirilmiş borcu 334568,75 manat hesablanmış cərimə 76281,68 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC arasında 30.12.2013-cü il tarixli 37-LA/13 nömrəli lizinq müqaviləsi bağlanmış, müqavilələrə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus istixana avadanlıqlarının quraşdırılma ilə birlikdə lizinqə verilməsi müqaviləsindən görünür ki, Lizinq verən ümumi dəyəri 2 288 000,0 (iki milyon iki yüz səksən səkkiz min) manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) (bundan sonra- Obyekt) dəyərini lizinq ödəniş qrafikində (İ nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və 30 dekabr 2013-cü il tarixli 37-LA/13 saylı müqavilə üzrə gecikdirilmiş borcu 334568,75 manat hesablanmış cərimə 76281,68 manat cərimə ödənilməmiş borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə satmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Mülki Məcəllənin 425.1. və 425.2. maddələri). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh MMC-nin lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz onun təqsiri üzündən pozulması, 30 dekabr 2013-cü il tarixli 37-LA/13 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun və ona hesablanmış cərimə pulunun ödənilməməsi, işin mübahisəsiz halları olmaqla, həmin faktlar iş materialları ilə də öz təsdiqini tapdığından, cavabdeh 30 dekabr 2013-cü il tarixli 37-LA/13 saylı müqavilə üzrə 334568,75 manat əsas borcu qanunsuz saxlamış, onun ödənilməsini gecikdirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) lizinq alandan (Cavabdeh MMC) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə cavabdehə 30 dekabr 2013-cü il tarixli 37-LA/13 saylı müqavilə üzrə 76281,68 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi üzrə göstərilmiş 30 dekabr 2013-cü il tarixli 37-LA/13 saylı müqavilə üzrə 76281,68 manat cərimə məbləği cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hüquqi yardıma görə vəkilə ödənilən məbləğin əvəzi olaraq 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 30 dekabr 2013-cü il tarixli 37-LA/13 saylı müqavilə üzrə gecikdirilmiş borcu 334568,75 manat hesablanmış cərimə 76281,68 manat və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat olmaqla cəmi 411350,43 (dörd yüz on bir min üç yüz əlli manat qırx üç qəpik) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 30.12.2013-cü il tarixli 37-LA/13 nömrəli müqavilə üzrə 334568,75 (üç yüz otuz dörd min beş yüz altmış səkkiz manat, yetmiş beş qəpik) manat gecikdirilmiş borcun, hesablanmış 76281,68 (yetmiş altı min iki yüz səksən bir manat altmış səkkiz qəpik) manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat olmaqla cəmi 411350,43 (dörd yüz on bir min üç yüz əlli manat qırx üç qəpik) manat pul vəsaiti tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar